• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
23-12-2020, 14:16

Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM

Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM

Ölkə başçısı İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Elşən Salahov ona qədər elə sözügedən İcra Hakimiyyətinin uzun illər başçısı olmuş Gülağa İslamovun birinci müavini olub. Gülağa İslamov Xəzər rayonuna rəhbərlik etdiyi dönəmdə ətrafına ən yaxın qohum-əqrəbasını topladıği heç kimə sirr deyil. Hazırki başçı Elşən Salahov keçmiş başçıya qohum olmasa da ona yaxınlığı ilə tanınıb və onun kadrı hesab olunur. Gülağa İslamovun Xəzər rayonunu ailəliklə idarə etdiyi barədə mətbuatda yayılanlara görə oğlu İlham İslamov Şüvəlanda bələdiyyə sədri, qardaşı Böyükağa İslamov isə əvvəllər qəsəbələrin birində icra nümayəndəsi,daha sonra isə qardaşının vasitəçiliyi ilə Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi sədri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Elşən Salahov 2018-ci ilin sentyabr ayına qədər Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb və daha sonra başçının birinci müavini təyin olunub.Yəni bununla onu demək istəyirik ki, İcra başçısı Elşən Salahovla keçmiş başçı Gülağa İslamovun qardaşı,Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Böyükağa İslamovun işbirliyi çoxdan var və bu gün də davam edir. Əvvəllər bu birlik rayon ərazisində boş torpaq sahələrinin satılmasına və qanunsuz tikililərin rəsmiləşdirilməsinə nəzarət edirdilər.İndi isə Xəzər rayonu ərazisində satılası torpaq sahəsi qalmadığından onlar dövlət vəsaitlərinin çıxdaş edilməsi ilə məşğuldurlar.

Aktualinfo.org Böyükağa İslamovun rəhbəri olduğu Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2020-ci il üçün satınalmalar yolu ilə həyata keçirdiyi dövlət sifarişləri ətrafında araşdırma aparıb. Birlik son üç ayda Xəzər rayonunda asfalt örtüyünün təmir işlərinə,maşın və mexanizmlərin,xüsusi texnikaların, avadanlıqların,təsərrüfat mallarının satınalınmasına və abadlaşdırma işlərinin görülməsinə ümumi olaraq,bizim təxmini hesablamalarımıza görə 1769711 manat dövlət vəsaiti ayırıb. Sözügedən satınalmalar hansılardır və müqavilələr kimlərlə bağlanıb?

Xəzər rayon Mənzil kommunal Təsərrüfatı Birliyi tərəfindən asfalt örtüyünün təmir işlərinin ( Xəzər rayon ərazisində yerləşən Türkan qəsəbəsi, Bağ sahəsi 1, 2, 3, 4, 5 və 6 ünvanlarında asfalt örtüyünün təmir işləri) satınalınması üzrə 296 365.61 məbləğinə satınalma müqaviləsi 18.12.2020-ci il tarixdə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanılıb.

Xəzər rayon Mənzil kommunal Təsərrüfatı Birliyi tərəfindən 09.12.2020-ci il tarixdə kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması üzrə 457 151.35 manat dəyərində tenderin qalibi “İMPROTEX TRUCKS AND BUSES” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və əsas şərtlər toplusunda göstərilmişdir

09.12.2020-ci il tarixdə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə keçirilmiş tenderin qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və MMC ilə birlik arasında 158 120 manat müqavilə bağlanıb.

Birlik tərəfindən avadanlıqların satınalınması üzrə keçirilmiş tenderin nəticələri də 09.12.2020-ci il tarixdə açıqlanıb və “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə 434 263.6 manat məbləğində müqavilə bağlanıb.

Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 23.11.2020-ci il tarixdə Dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirdiyi tenderi də “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti udub və aralarında 174 657.7 manat müqavilə bağlanıb.

07.10.2020-ci il tarixdə abadlaşdırma xidmət haqqının ödənilməsi (Asfalt örtüyün təmiri işləri) üzrə birlik tərəfindən keçirilmiş tenderin qalibi “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti olub və 249 153.06 manat məbləğində dövlət sifarişinin həyata keçirilməsi üçün müqavilə bağlanılıb.

Qeyd edək ki,tender elanlarında işin başlanma tarixi ilə bitmə tarixi arasında cəmi 12 gün var.Bu müddət ərzində göstərilən işlərin həyata keçirilməsi mümkündürmü? Birliyin müqavilə bağladığı şirkətlərin buna maddi texniki bazası varmı? Yoxsa elə Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri, texnikaları,fəhlələri işləyəcək, əmək haqqları isə saxta MMC-lər vasitəsi ilə silinəcək?Bu O MMC-lərdir ki,Birlik onların bəziləri ilə ötən il başqa ad altında yarım milyon manat dəyərində müqavilələr bağlamışdı.Bunu Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da,Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Böyükağa İslamov da,biz də yaxşı bilirik.
Aktualinfo.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az