• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-12-2020, 09:38

TƏBİB-nazirlik qarşıdurması xəstələri öldürür: - Rusiyadan gətirilən müalicə protokolu isə durumu qəlizləşdirir

TƏBİB-nazirlik qarşıdurması xəstələri öldürür: - Rusiyadan gətirilən müalicə protokolu isə durumu qəlizləşdirir


Ölkəmizdə koronavirusla bağlı vəziyyət günü-gündən ağırlaşır.

Sərt karantin rejiminə baxmayaraq, həm yoluxma, həm ölüm saylarında ciddi artım var. Belə bir zamanda Səhiyyə Nazirliyi və TƏBİB arasındakı "çəkişmə" vəziyyəti daha da gərginləşdirir.

Nəticədə bu iki qurum arasındakı fikir ayrılıqları günahsız insanlara əlavə problemlər yaradır. Yəni, xəstəliyi ağırlaşmış xəstələr bu iki qurumun fəaliyyətsizliyi nəticəsində qurbana çevirilir. İnsanlar cavabsız qalan suallarına cavab tapa bilmir, apteklərdəki dərman çatışmazlığı, “qara bazar”da satılan baha qiymətli preparatlar səhiyyə sisteminin hansı vəziyyətdə olduğunu göz önün sərir.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan həkim-terapevt Rasif Bağırov deyib ki, Səhiyyə Nazirliyi bəzi səlahiyyətlərinin TƏBİB-ə verilməsindən narazıdır. Rusiyadan gətirilən müalicə protokolu isə durumu qəlizləşdirir:

"TƏBİB və Səhiyyə Nazirliyi arasındakı çəkişmə çətin ki, bitə. Bitməz. Çünki Səhiyyə Nazirliyinin müəyyən səlahiyyəti TƏBİB-ə verilib. Yəqin, nazirlik də istəmir ki, o səlahiyyətlər TƏBİB-ə verilsin. Yəni bu proses belə də gedəcək, onu dayandırmaq olmayacaq. Arada xəstələrə böyük ziyan dəyir. Heç kəsə gizli deyil ki, xəstəxanadan kənarda da xəstələrin müalicə prosesi gedir. Hətta iş o yerə gəlib çatıb ki, tibb bacıları da müalicəylə məşğul olur. Əslində TƏBİB-in Rusiyadan gətirdiyi müalicə protokolu düzgün müalicə protokolu deyil, səhvdir. Əgər xəstənin ağciyərində ciddi pnevmaniya varsa, bu müalicə protokolu xəstəliyi ancaq ağırlaşdıra bilər. Buna görə də gündəlik nə qədər adamın ölümü ilə rastlaşırıq".

Həkim bildirib ki, xəstəxanlar ancaq yüngül xəstələri götürür:

"İndi fikir veririk ki, hansısa xəstə xəstəxanaya yerləşmək istəyir. Onda soruşurlar ki, xəstənin halı ağırdır, yoxsa yüngül? Ağırdırsa, götürmürlər. Ancaq yüngül xəstəni götürürlər ki, desinlər, sağaldı. Hər bir yaş dövrünün bu xəstəliyi keçirmə xüsusiyyəti var, amma müalicə prosesinə yanaşma düzgün deyil. Düzgün olmadığı üçün də bir az ciddi xəstəliyi olan adam orada ağırlaşır, yaxşılaşmır. Deməli, adamın ağciyəri təmiz olmalıdır ki, xəstəxanaya girəndə bir fəsad yaranmasın. Əgər təmiz olmursa, həmin müalicə prosesləri düzgün nəticə verə bilməz. Bir tərəfdən də bu, xəstələrdə ölüm sayını artırır".

R.Bağırovun sözlərinə görə, bu dönəmdə apteklərdən dərmanların yığışdırılması prosesi də ölümlərin sayındakı artıma bilavasitə təsir edir:

"Camaat evlərdə müalicə alır. Hökumət də o protokolla bağlı yazılmış dərman preparatların apteklərdən yığışdırıb ki, apteklərdə olmasın, xəstələr xəstəxanalara yığılsın. Adı da odur ki, yayılmanın qarşısını alırlar. Amma əslində o xəstələrin ki, ağciyərlərində pnevmaniya yaranır, həmin adam yoluxucu deyil. Ona görə ki, COVİD inkubasiya dövründə yoluxucu sayılır. Həmin müddətdə insan bədənində diri formada olur. Artıq iltihabi proses yaradandan sonra COVİD olmur ki, yoluxma da yaratsın. Bunun nə yoluxuculuğu olacaq? Əgər bu adam ev şəraitində müalicə alırsa, kimi yoluxdura bilər? Bu dəqiqə çox adam ev şəraitində müalicə alır. Onsuz onlar oradan-buradan dərman axtarışına çıxırlar. Heç olmasa, apteklərdə dərman olmalıdır ki, insanlar bundan rahat şəkildə istifafə edə bilsin. Bu gün apteklərdə dərman tapmaq olmur. Apteklərin dərmanla təchizatı məsələsi heç kəsin yadına düşmür. Adi dərmanlar belə tapmaq olmur ki, xəstəyə verəsən. Dərman işbazları vəziyyətdən istifadə edib yüksək qiymətə satırlar".

Həkim deyib ki, əslində o dərmanların xəstələrə təsiri yoxdur və mütəxəssislər bu prosesdən kənarda saxlanılır:

"Məsələn, virus əleyhinə preparatdır, 300-400 manata satırlar. Bir soruşan yoxdur ki, virus əleyhinə preparatın bu xəstəliyə nə aidiyyəti var? Yer üzündə bu virusu öldürən dərman tapılmayıb. Bunu 400 manata satmağın nə mənası var? Ölkənin professional həkimlərini yollayıblar ki, gedin, evdə oturun, maaşınızı alın, karantindir. Gətirib 3-4-cü kurs tələbələrini xəstəxanalara salıblar ki, siz işləyin. Mənim başım çıxmır, bəlkə, Azərbaycanda elə həkim olacaq, elə müalicə üsulu tapacaq ki, bütün dünya ondan yararlanacaq? Yoxsa ki, 3-4-cü kurs tələbəsinin qarşısına Rusiyadan gətirilən səhv protokolu qoy. O səhv protokolla da bu dərmanları ver, sənin işin olmasın, xəstə bir az ağırlaşdı, reanimasiyaya ver, 5 gün sonra da zəng elə ki, gəlin, aparın, xəstə öldü. Belə müalicə prosesi gedir?"

R.Bağırov müalicə prosesinin yanlış aparıldığını vurğulayıb:

"Səhiyyəmiz ağır xəstələri müalicə etmək gücündə deyil. Nə qədər tanınmış adamlar var, ağır vəziyyətə düşdülər. Nədən düşdülər? Əvvəlcədən o protokol əsasında hər sistemi xəstəyə vururlar. Bundan sonra görürlər ki, vəziyyət ağırlaşdı. Xəstəxanaya gedirlər, orada da ağ xalatlı tələbələr bunların üstünə gəlir. Bunlar da bilmir axı, elə bilirlər, həkimdir. Başlayırlar xəstəyə kislarod verməyə. Bu kislarodun verilmə vaxtı, miqdarı var. Bəzi xəstələrdə kislarodu əvvəldən vermək lazımdır ki, heç olmasa, bronxlorda ventilyasiya prosesi güclənsin, hava daxil olsun, müalicə effektiv olsun. Bunlar gözləyirlər, gözləyirlər, bronxlar hava qəbul etmədiyi zaman xəstəyə kislarod verirlər. Nə qədər çalışırlar, saturasiyanı qaldıra bilmirlər. Ağciyər sıradan çıxarandan sonra necə qalxsın?"

Həkim son zamanlar adı geniş yayılan koronavirus xəstəliyinin müalicəsində istifadə olunduğu deyilən “Kleksan”la bağlı da fikir bildirib:,

"Bütün Avropa bağırır ki, “Kleksan”ı vurmaq olmaz. Proses trombosit səviyyəsində gedir, trombositə də təsir edən asprindir. Rusiya isə bir şovinist yanaşma irəli sürür. Deməli, Avropada elə deyirlərsə, bunlar özlərindən nəsə əlavə etməlidir. O əlavə etdikləri də “Kleksan”dır. “Kleksan”ın verilməsi ilə qanaxmadan ölən nə qədər xəstə var. “Kleksan”ı 65 yaşdan yuxarı insanlara vermək olmaz. Verirsən, bir də görürsən, koronavirus qalıb kənarda, xəstənin böyrəyindən qan açılır. Qanaxmanı dayandıra bilmirlər, xəstə bundan ölüb gedir, adını qoyurlar COVİD-19-dan öldü".

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az