• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
27-11-2020, 09:17

"Son günlər yoluxma saylarının artımı..."

"Son günlər yoluxma saylarının artımı..."


Son günlər yoluxma saylarının artımı heç də ürəkaçan deyil. Hazırda pandemiyanın ölkəmizə gəlməsinin 39-cu həftəsini yaşayırıq. Son bir həftə ərzində ümumi yoluxma sayı 17 min 406 nəfər təşkil edib. Təəssüf ki, koronavirus səbəbindən son həftə 164 nəfər həyatını itirib. Rəqəmlər hər birimizi narahat edir.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

"Yayda yoluxma saylarındakı azalmanın və hazırkı artımın müəyyən səbəbləri var, buna bir sıra amillər təsir edir. Dünyadakı artımın fonunda bizim ölkədə də artım var. Təbii ki, bu fəsillə, havaların soyuması ilə əlaqədardır. Artım tendensiyası gündən-günə çoxalır. Bu günün iki min xəstəsini götürsək, onların hər birinin başqaları ilə təmasda olduğunu da nəzərə almalıyıq. Bir neçə gün sonra yoluxanlarla təmasda olanlarda da əlamətlər inkişaf edir. Nəticədə yoluxma sayı riyazi silsilə ilə artır. Hazırda 30 mindən çox aktiv xəstə var. Xəstələrin böyük bir qismi evdə müalicə olunur. Onların nə dərəcədə izolyasiya qaydalarına əməl etməsi vacibdir. Həmin şəxslər yaşadıqları yeri tərk edə bilməzlər. Yoluxanların ailə üzvləri bir neçə gündən sonra potensial koronavirus xəstəsi hesab olunurlar".

N.Mustafayeva bildirib ki, dünyada koronavirusa qarşı peyvəndlərlə bağlı tədqiqatlar davam edir: "Ümidverici 11 şirkətin açıqlamaları var ki, onlar hazırda peyvənd sınaqlarının üçüncü mərhələsindədir. Ötən həftə iki şirkət elan verdi ki, onların hazırladığı peyvəndlərin qoruyuculuğu, yəni effekti 90 faizdən çoxdur. Bu, həmin şirkətlərin özünün açıqlamasıdır. Burada son sözü nüfuzlu qurumlar deməlidir. Növbəti mərhələdə isə peyvəndlərin kütləvi istehsalına başlanılacaq, ölkələrə paylanılacaq. Bu, uzun bir prosesdir. Peyvəndlər öz təsdiqini taparsa, onların istehsalına gələn ilin əvvəllərində başlanılacaq, ilin ortalarına, axırlarına doğru isə ölkələrə paylanılacaq.

Hazırda Azərbaycana gətirilən peyvəndlər isə qrip əleyhinə vaksinlərdir. Hazırda soyuq fəsildəyik, mövsümi qriplərin baş qaldırdığı dövrdə yaşayırıq. Bu dövrdə əlavə ağırlaşmaların olmaması, koronavirusla bərabər qripə yoluxmanın qarşısının alınması, səhiyyənin yükünün azaldılması məqsədilə həmin vaksinlər ölkəyə gətirilib. Hər kəs öz sahə poliklinikalarına müraciət edərək, xüsusilə də yaş faktoru, xroniki xəstəlikləri olanlar nəzərə alınmaqla, risk qrupunda olanlar həmin peyvənddən yararlana bilərlər".

Karantin qaydalarına riayət olunmasına münasibət bildirən N.Mustafayeva deyib: "Maska qoruyucu vasitədir, əks halda isə həm özümüzü, həm də ətrafımızı yoluxdura bilərik. Maskanın ən azı xarici səthi infeksiyalaşıb. Təmasda olduğumuz insanlardan kimin yoluxduğunu bilmirik. Bir maskadan dəfələrlə istifadə etmək, onu çantada, cibdə gəzdirmək və yenidən istifadə etmək yoluxma riskini artırır. Belə ki, bu zaman maskanın xarici səthinə əlimizi vururuq, əlimizi üzümüzə, hansısa səthlərə toxundururuq. Nəticədə həm özümüz yoluxa bilərik, həm də toxunduğumuz səthlərə kimsə əli ilə təmas etdikdə onlar da yoluxa bilərlər. Maskadan mütləq şəkildə düzgün istifadə eləmək lazımdır. Maska istifadəsi ilə yanaşı, əl və respirator gigiyena qaydalarına əməl olunmalıdır. Asqırarkən, öskürərkən ağzımızı dirsək bükümü ilə örtməliyik və ya birdəfəlik salfetlərdən istifadə etməliyik ki, virusu yaymayaq. Bunlar hamısı qoruyucu tədbirlərdir. Qeyd edim ki, şəxsi gigiyenaya əməl etmək bir sıra infeksiyalardan qorunmaqda mühüm rol oynayır".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az