• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
19-11-2020, 09:08

Fransız deputat həmkarlarını Qarabağla bağlı fikirlərində ehtiyatlı olmağa çağırdı

Fransız deputat həmkarlarını Qarabağla bağlı fikirlərində ehtiyatlı olmağa çağırdı

Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair çağırış Fransa tərəfindən qəbul edilmiş beynəlxalq və ikitərəfli öhdəliklərə ziddir və buna görə də beynəlxalq hüquqa hörmətlə yanaşanlar tərəfindən qəbul edilə bilməz. Fransa üzərinə BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı öhdəlik götürüb və hər hansı yeni diplomatik mövqe Dnestryanı (Moldova) və ya Şimali Osetiya (Gürcüstan) kimi bir çox separatçı ərazilərin tanınmasına yol açaraq, ölkəmizin beynəlxalq öhdəliklərinə yenidən dönüşünü doğurur.

AzərTAc bildirir ki, bu sözlər fransız deputat Jerom Lamberin Sosialist Partiyasından olan həmkarlarının Dağlıq Qarabağla bağlı fikirlərinə etiraz olaraq ünvanladığı məktubda yer alıb.

Məktubda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən edilmiş beynəlxalq hüquq prinsipləri Dağlıq Qarabağla bağlı məcburi kompasımız olaraq qalmalıdır. Üstəlik bu, son onilliklər boyunca fransız diplomatiyasının dəyişməz mövqeyi olub.

Fransa Sosialist Partiyasının Milli Bürosunda Dağlıq Qarabağda vəziyyətlə bağlı mətnə etiraz edən Jerom Lamber fransız siyasətçilərini bir qrup ifratçı erməninin diktəsi ilə oturub-durmamağa, hər hansı bir qərarı qəbul edərkən diqqətli olmağa və onun nəticələri haqqında düşünməyə səsləyib. O, eyni zamanda, həmkarlarının Dağlıq Qarabağla bağlı səsləndirikləri fikirlərin Fransanın qəbul etdiyi beynəlxalq və ikitərəfli öhdəliklərə tamamilə zidd olduğunu, eləcə də beynəlxalq hüququn bir neçə prinsipini, xüsusilə sərhədlərin toxunulmazlığı prinsipini pozduğunu diqqətə çatdırıb.

"Fransız xalqının maraqları ermənilərin girovuna çevrilməməlidir" deyən fransız deputat xatırladıb ki, BMT Dağlıq Qarabağ, eləcə də Ermənistanın 1993-cü ildən işğal etdiyi digər ərazilər də daxil olmaqla, bütün bu torpaqlar üzərində Azərbaycan Respublikasının suverenliyini tanıyıb. Jerom Lamber 1993-cü ilin dekabrında Fransa və Azərbaycan arasında imzalanmış dostluq, anlaşma və əməkdaşlıq müqaviləsinin məğzini də xatırladaraq bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edilmiş beynəlxalq hüquq prinsipləri Dağlıq Qarabağla bağlı məcburi kompas olaraq qalmalıdır.

O, həmçinin diqqətə çatdırıb ki, Fransa beynəlxalq səviyyədə götürdüyü öhdəliklərə əməl etməli və hətta nüfuzlu erməni mənşəli fransız icmasının təzyiqləri altında olsa da, medianı təhdid etməməli, müvafiq qurumlara, eləcə də seçilmiş məmurlara təzyiq göstərməməlidir.

“Ailə üzvlərimə ölüm hədələri də daxil olmaqla, minlərlə təhqir və təhdid mesajları alıram. Bütün bu təhqir və hədələr mənə Fransa diplomatiyasının mövqeyini xatırlatmaqdan çəkindirmək üçün ünvanlanır”, - deyə J. Lamber yazıb. Vurğulayıb ki, bəzilərinin seçki dairələrində erməni icması ilə əlaqələrini bilsələr də, Sosialist Partiyası beynəlxalq hüquqa məhəl qoymadan daim millətçi çıxışlar edən ermənilər tərəfindən ələ keçirilməməlidir.

“Dünyanın bu bölgəsində və digər bölgələrində Fransanın layiqli diplomatik mövqe tutmasını istəyiriksə, əslində çox ifratçı erməni qrupunun diktə etdiyi nöqteyi-nəzərləri qəbul etməməli və buna diqqət yetirməliyik. Əgər atəşkəs istəmiriksə, onun yerinə nə istəyirik?! Əbədi müharibəmi?”, - deyə J. Lamber həmkarlarına səslənib və onları beynəlxalq hüquq çərçivəsində regiondakı insanlar üçün sülh və firavanlığı təmin etməyə çağırıb.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az