
TRT hər zaman Ermənistanın mülki Azərbaycan əhalisini hədəfə almasını işıqlandırıb.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
O, yazıb: "Ermənistan propaqandasının TRT kanalını hədəfə alması onu göstərir ki, TRT və digər Türkiyə mediası Ermənistanın hərbi cinayətlərinin və həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır".
Nyus.Az

























