Qusar Meşə İdarəsi rəisi Elşad Quliyevin İmanqulu kəndində parket sexi açması xəbəri sosial şəbəkələrdə sürətlə yayılıb.
Nyus.Az AzEuroNews.com-a istinadən xəbər verir ki, idarə rəisinin Mamed adlı şəxsin evində parket sexi açmasına dair fotolar paylaşılıb.
Sexdəki ağacların çinar və qovaq ağacları olduğu aşkarlanıb. Ancaq yerli hüquq-mühafizə orqanları tərəfindən hər hansı cərimə protokolu, akt tərtib olunmayıb.
Məsələ sosial şəbəkələrdə ictimailəşəndən dərhal sonra sexdəki həmin ağaclar ərazidən yığışdırılıb. E.Quliyevin mövqeyini işıqlandırmağa hazırıq.