• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
14-03-2018, 08:35

Eldar Mahmudovun həbs edilməməsinin bilinməyən səbəbləri...

Eldar Mahmudovun həbs edilməməsinin bilinməyən səbəbləri...

Sülhəddin Əkbər: “Sabiq MTN şefinin azadlıqda qalması cəmiyyətdə və beynəlxalq aləmdə çox ciddi suallar doğurur”

2015-ci ilin oktyabr ayının 17-də vəzifədən çıxarılan, “MTN işi” üzrə ötən il istintaqa çağırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı müəmma davam edir. Onun ətrafında çoxsaylı həbslər olub, komanda üzvlərinə az qala Cinayət Məcəlləsinin bütün bölümlərinə aid müxtəlif maddələrlə ittiham verib məhkəmə qarşısına çıxarıblar. Ən son həbs edilən sabiq nazirin köməkçisi işləmiş əmisi oğlu Vüqar Mahmudov oldu. Ona qədər istintaqçılarla Eldar Mahmudovun komandasının 20-dən çox yüksək çinli zabiti üz-üzə qalmışdı.

Ən müxtəlif vəzifə cinayətləri ilə bağlı ittiham edilən həmin MTN-çilərin bir çoxu haqda artıq məhkəmələrin hökmləri də var. 2014-cü ildən köməkçisi işləmiş Vüqar Mahmudov həbs ediləndən sonra ona qarşı da Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü ( vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürüldü. Ötən ilin sonlarına təsadüf edən həbsdən sonra belə xəbərlər dolaşırdı ki, tezliklə sabiq naziri də həbs edəcəklər. Hərçənd ki, bu qəbildən olan xəbərlərə artıq inananlar çox azdır...

Ləğv edilmiş MTN-də 2015-ci ildə gerçəkləşdirilən əməliyyatdan Eldar Mahmudov əli qandalsız çıxa bilib. Onun komanda üzvlərinin həbsindən sonra istintaqın, məhkəmənin aparılması qaydaları haqda təfərrüatlar meydana çıxdıqca beyinlərə belə təəssürat hakim kəsilib ki, sabiq nazir toxunulmazdır. Hazırda isə bu düşüncənin möhkəmlənməsinə rəvac verən məlumat da ortalıqdadır. Eldar Mahmudov söhbət mövzusu olanda tez-tez “bütün dünyada xüsusi xidmət orqanlarının rəhbərlərini həbs etmirlər” fikri eşidilməkdədir. Yəni bütün dünyada həbs etmirlərsə, Azərbaycanda da etməyəcəklər. Amma Azərbaycanda milli təhlükəsizlik nazirinin həbsdə olması təcrübəsi var. 1993-cü il iyul ayının 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib. 1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. Daha sonra isə əfv fərmanı ilə azadlığa buraxılıb.

Bu baxımdan Eldar Mahmudova münasibətdə fərqli münasibət göstərilməsi suallar doğurur...

Məsələ Eldar Mahmudovun şəxsinə bağlıdır, yoxsa həqiqətən də təhlükəsizlik şeflərinin həbs edilməməsi barədə formalaşan qənaətlər doğrudur?

Azərbaycanın milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər deyir ki, müxtəlif dövlətlərin təhlükəsizlik xidmətlərinin rəhbəri olmuş şəxslərlə digər vətəndaşlar arasında elə də fərq yoxdur: “Hər bir dövlətdə təhlükəsizlik orqanı rəhbəri kreslosunda əyləşmiş vəzifə sahibi ilə sıravi vətəndaş qanun qarşısında bərabərdirlər. Təhlükəsizlik orqanlarının rəhbərlərinin həbs edilməməsi ilə bağlı deyilənlərin ciddi əsasları yoxdur. Amma belə orqanların rəhbəri olmuş şəxslər bir qayda olaraq siyasi hakimiyyətə çox yaxın, etibarlı adamlar olurlar. Eyni zamanda dövlət üçün çox məlumatlı adamlar olurlar. Vəzifələrinin verdiyi imkanlardan dolayı qiymətli informasiya daşıyıcılarına çevrilirlər. O adamların özləri də həddən artıq diqqətli və ehtiyatlı olurlar. Bu səbəbdən də belə bir postda olmuş şəxslərin həbsinə çox az rast gəlinir. Amma bu o demək deyil ki, bu adamların hüquqi cəhətdən bir immuniteti var, həbs edilə bilməzlər. Onlar da qanun qarşısında adi vətəndaşdırlar”.

Sülhəddin Əkbər deyir ki, sabiq MTN şefinin azadlıqda qalması cəmiyyətdə və beynəlxalq aləmdə çox ciddi suallar doğurur: “Hamıya bəllidir ki, Milli Təhlükəsizlik Nazirliyi hərbi təşkilat olub. Orada bütün hərəkətlər, fəaliyyətlər, informasiya axınının təmini, sistemləşdirilməsi, analizi, qiymətləndirilməsi, daxil olan çoxsaylı məlumatların işlənərək informasiya halına gətirilməsi, müvafiq təkliflərin hazırlanması bütünlüklə sistem halında hərbi əmrlərlə, hərbi nizam-intizam içində yerinə yetirilib. Ona görə də hər hansı bir işin MTN daxilində gizli şəkildə gerçəkləşməsi uzun müddət davam edə bilməzdi. Orada böyük miqyaslı cinayətlər baş versin və bundan hərbi təşkilat şefinin məlumatı olmasın, bu, qeyri-mümkündür. Bu gün müşahidə edilən prosesin başqa səbəbləri var və prosesin nə ilə nəticələnəcəyi də bilinmir. Həbs edə də bilərlər”.

Yada salaq ki, ötən ilin noyabrında Vüqar Mahmudovun gözlənilmədən həbs olundu. Bunun ardınca isə sabiq naziri ilk dəfə olaraq istintaqa çağırdılar. Bu əlbəttə ki, səbəbsiz deyildi. Bilinirdi ki, Eldar Mahmudovun əmisi oğlunun ciddi ittihamlarla həbsə alınması və özünün istintaqa çağırılması sıradan qərar deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst qatından verilməlidir. Belə bir qərar verilmişdisə, E.Mahmudovun indiyədək həbs edilməməsinin də ciddi səbəbləri olmalıdır. Bu haqda indiyə qədər bir neçə versiya səslənib. Əsas versiya kimi sabiq nazirin Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən çıxardıqları külli miqdarda vəsaiti qaytarmağa söz verməsi qeyd edilir. Digər bir versiya isə E.Mahmudovun əlində ola biləcək kompromat materialla bağlıdır. Sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkədən çıxara bilib. Bu versiyalardan hansının həqiqətə yaxın olub-olmadığını demək çətindir. Ola bilsin, medianın izinə düşə bilmədiyi daha real səbəblər olsun.

E.HÜSEYNOV,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az