
İzmirdəki zəlzələ nəticəsində həlak olanalrın sayı 105-ə çatıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib.
Hadisə nəticəsində 1000-dən artıq insan xəsarət alıb.
Hazırda 5 binada axtarış-xilasetmə işləri davam edir. Qeyd edək ki, İzmirdə oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub.
----------
09:33
İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100 nəfərə çatıb.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alan 994 nəfərdən 147-si xəstəxana şəraitində müalicə olunur, 847-si evə buraxılıb.
Nyus.Az

























