• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
1-11-2020, 19:54

Ülkümüzün Qarabağ səhifəsi - Elxan Zal Qaraxanlı

Ülkümüzün Qarabağ səhifəsi - Elxan Zal Qaraxanlı

Gözlərin aydın, Mahirə Abdulla, türkün böyük xatunu, ərənliyin qan qardaşı.

Savaş işmarışı göndərmişdin, "Əvvəl-axır" dediyin oldu. Deyirdin ürəyimə damıb, Sonuncu dənizə yürüş bu dəfə Cıdır düzündən, Ziyarət dağından başlayacaq. Sənin ürəyinə damanlar düz çıxır.

İsmarışın qəbul olundu. Yurd həsrətinin qurd baxışları xəcalət hissi pərdəsini səncərlərin xəncəriylə yardı, Baş Komandan "Vur" əmrini verdi, alp ərənlər sancaqları həsrətimizin qalasına sancmaq üçün irəli atıldılar. "Gedək Qarabağa" deyirdin, şanlı Xatun, getdilər, səpdiyimiz toxumlardan cücərən ər oğlu ərlər, "Qarabağsız şeirlərin" Qarabağlı olması üçün getdilər. Şaşqın Şuşanın kövrələ-kövrələ şüşələnməməsi üçün getdilər, "xarı bülbülün" gor qoxumaması üçün getdilər. Yetim qalmış kəndlərin, ormanların, bulaqların, budaqların, budaqlarda zəngulə vuran quşların ismarışı ilə getdilər. Bu ismarış "Savaş ayələri"nin səpdiyi toxumların yetişdiyinin müjdəsiydi.

Dən cücərib yetişəndə biçin dövrü başlayır. Yurd həsrətində yuva salmış toxumlardan yetişir türk qövmünün Qızıl Alması. Sən onu arayırsan, sən onu gözləyirsən və vaxtı gələndə Qeybdən bir səs gəlir: Ey ər oğlu ər, zamanı yetişib get almanı dər.

Səkkiz qırlı bəyərənlər, səkkiz qırlı ulduzların qut verdiyi üçrəngli bayraqları yellədə-yellədə vəslimizin Əslisinə çatmaq üçün o çölləri, o dağları "qara keşiş" üfunətindən təmizləyir. Bu murdarlıq bizdə heç kimə lazım deyil. Onlar bizi Kərəm kimi yandırmağa görəvləndiriliblər.

Yurdundan ayrı salınmış bütün qarabağlılar kimi, Mahirə Abdullanın Qarabağının da öz qoxusu var. Sən 30 il ərzində bu qoxunu itməyə qoymadın, bacım, sən onu cümlə-cümlə, misra-misra həsrət alovunda qovrulan ürəklərə tamsındırdın. Bu gözəl qoxudan, müqəddəs qoxudan tamsınan oğlanlardır indi Qarabağda öz qızıl qanlarıyla qəhrəmanlıq dastanını yazanlar. Kimisi şəhidlik mərtəbəsinə yüksələcək, kimisi qazilik. Qədər Allahdandı, zəfər bəndədən. Neyləyək, bu tarix babalarımızın atlarının nal izləri ilə yazılıb, şəhidlərin qanıyla yoğrulub, oğullarını savaş meydanlarında itirmiş anaların göz yaşlarıyla suvarılıb bu çöllər.

"Əvvəl-axır" "Erməni kölgəsi"ni, üçrəngli bayraqları yelləyib Qarabağın üzərindən "Qeyb" eləyən ordumuza şükür olsun, Xatun bacım hey!!!

Biz dedik ki, "ölüm əyləncəmizdir, savaş alın yazımız. Tanrım, sən savaşımızı ver, yerdə qalanını özümüz bacararıq" - dedik. İsmarış gətirdi bizə xəbərçi, Tanrı savaşımızı verdi, çünki "könlündən fatehlik keçirsə qızıl qandır xərci".

Gəng mələyi qan istəyir, nə deyək? Bu torpaqlar bizimdirsə, bədəlini ödəyək!

***

Bilirəm Mahirə xatun, yurd həsrəti ürəyində hörülmüş at quyruğu kimi hörüklənib. Heç bilmirəm Qarabağ itkisinin acılarını içində səndən çox yaşadan neçə adam var. Sənin romanlarında da, şeirlərində də bu diri dünya həmin ağrıların orbitində fırlanır. Sən Qarabağsızlığın yaşatdığı ağrıları sətir-sətir, misra-misra kitablaşdırdın. Bu ağrılarda insanın yurd həsrəti yaşayır. İnsan yurd həsrəti duyğusunu itirdiyi gün xatirələrini də itirməyə başlayır. Xatirələr itməyə başlayanda isə insanın həsrətində öləziyən yurd da itir. Qarabağdan savayı da bizim itkilərimiz çox olub. Göyçə, Zəngəzur, İrəvan, Dərbənd...

İndi bu itkiləri çox az adam xatırlayır. Çünki onların ağrısı sətirlənmədi, misralanmadı, kitablanmadı. Ermənilər arzularını kitablaşdırıb "qara keşişlərin" ovsunuyla gördükləri sərsəm yuxuları gerçəkliyə çevirdilər. Bizim olanı özlərinki elan elədilər, çünki bu ellərin savaş ismarışını göndərən olmadı bizə. İrəvan, Zəngəzur, Göyçə həsrətinin ağrıları kitablaşmadı. Nə yaxşı ki, Qarabağ həsrətinin Gil kitablarını yazan sənin kimi qələm adamlarımız var. Vətən həsrətinin Gil kitabları öylədir ki, oradakı əhvalatlar ər oğlanların köksünə yazılır...

***

Yazmaq eşqi ürəyimdə xatirələr oyandırdı. Bir dəfə Prezidentimiz İlham Əliyev İrəvanın Azərbaycan şəhəri olduğunu söyləyəndə dünyanın bütün diri canları bir-birinə dəydi. Çünki dünya bundan xəbərsizdi. Elə Azərbaycanda da çoxları dumanlı şəkildə xatırlamağa başladı ki, İrəvan bir zamanlar Azərbaycan türklərinin şəhəri olub, Eçmiədzindəki kilsələri də türk padşahları tikdirib. Milləti-sadiq dedikləri təbəələri üçün. Onlarda olunan yaxşılıqları içlərində nifrətə çevirib qarşımıza hayladılar. Padşahların yüz illərlə ovuclarında bəslədiyi haylar...

İrəvan Azərbaycan torpağıdır! - dedi. Prezident bunu elə-belə, Azərbaycan əhalisinə xoş gəlsin deyə söyləmədi, o, növbəti çıxışlarında da Azərbaycan torpaqları Zəngəzuru, Göyçəni yada saldı. Bu, öz xitabından gələcəyə nəzər salan bir rəhbərin xalqa, fikir və qələm adamlarına göndərdiyi işmarış idi.

Hər millətin cızılmış fiziki sərhədlərindən başqa, könül sərhədləri də var.

Könül sərhədləri insanların yaddaş arxivində yaşatdıqları sərhədlərdir.

Əlbəttə, Elxan Zal olaraq, mənim yaddaş arxivimdə yaşayan könül sərhədləri çox böyükdür, amma bu arxivdə Azərbaycanla bağlı da bir könül sərhədi var. Sözün düzü, bu sərhədi də bir dəfə çıxışı zamanı Başqan İlham Əliyev cızdı. O dedi ki, mən təkcə Azərbaycan Respublikasının deyil, dünyada yaşayan 50 milyon azərbaycanlının prezidentiyəm. Və nöqtə. Ariflərə bir işarə də kifayətdir. Azərbaycan türkünün könül sərhədləri cızıldı, qalanı qələm və fikir adamlarının işidir. Qədim türk dilində gözəl bir ifadə var - Eltəriş. Bu adı səpələnmiş yurdları bir mərkəz ətrafında birləşdirib dövlət quran xaqanlara verərdilər. Didilib-dağılmış Azərbaycan yurdlarını bir dəfə dərləyib dövlət qurmaq missiyası Şah İsmayılın üzərinə düşmüşdü. O bunu elədi. Mən həmişə belə hesab eləmişəm ki, özünü 50 milyon azərbaycanlının Başqanı sayan İlham Əliyev də belə bir missiya ilə görəvlidir. Bunu illər öncə "Türk əsrinin türküləri"ndə deyilməmiş kəlmələri soyluyanda söyləmişəm:



Bu məmləkət ilhamlıdır tanrıdan,

İçimizdə Şah İsmayıl qutu var.

Qızıl əsrin sabahına gedirik,

Bizi dəfnə çələngləri gözləyir.

Qəhrəmanlıq göydən gələr Qurd ilən,

Pozulmayan ülkümüz var yurd ilən.



Zaman-zaman əzilmişik-əzməyə,

Qarabağı qaytarmağa vermişik.

Yemək vaxtı gəlir fateh iştahı,

İçimizə imperyalar sığışmaz.

Qəhrəmanlıq göydən gələr Qurd ilən,

Pozulmayan ülkümüz var yurd ilən.



Bizim İlham xaqanımız eltəriş*,

Türk elini toplamağa gəlmişik.

Qızıl alma Bakıdadır, bunu bil,

Tanrı eli ülkümüzdən doğacaq.

Qəhrəmanlıq göydən gələr Qurd ilən,

Pozulmayan ülkümüz var yurd ilən.



Mən deyirəm, müqəddəsdi bu torpaq,

Azərbaycan davası var, önə dur!

Savaşdan savaşa heydərləşmişik,

Qolumuzda Şah İsmayıl gücü var.

Qəhrəmanlıq göydən gələr Qurd ilən,

Pozulmayan ülkümüz var yurd ilən.



* Eltəriş - eli bir yerə toplayan



Didilib-dağılmış torpaqları bir bayraq altına toplayan, türk dilini dövlət məqamına gətirən Heydər oğlu İsmayıl, bilərəkdən, ya bilməzlikdən türk qövmünün də, İslam ümmətinin də içində qarşıdurma ovqatı yaratdı. Prinsipcə Qızılbaşlılıq da, Osmanlılıq da çox qədim türk ülküsünün İslam qayələri ilə təzədən doğulan təzahürləri idilər. Bir ağacın iki budağı yollaşmadı, qayələr toqquşdu Allah adından. Allaha yol gedən türk torunları, Allahın adıyla düşmən oldular. Əhməd Yasəvilərin, Hacı Bektaşların ürəklərdə bəsləyib böyütdükləri böyük duyğuların yüyəni sasani dəllallarının, Həsən Sabbah xələflərinin əlinə keçdi. Azərbaycan və Anadolu türklərinin könül sərhədləri bir-birindən aralı düşdülər. Yüz illər boyu...

Və gün gəldi. Heydər oğlu İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan türk törəsinin və ümmət qayəsinin Sultan Səlim və Şah İsmayıldan başlayan pozğunluğuna son qoydular. Qəflət yuxusunda yağı pəncəsi altında inləyən İslam ümmətinə örnək göstərdilər. Çünki "göy çökməsə, yer batmasa türk törəsi pozulmaz. Bu ər oğlanların sinəsindəki "Gil kitab"lara yazılıb, türk milləti törəlidir, Törə isə əbədi. Türk törəsi var isə, Məhəmməd ümməti də var olcaq. Bu törə də bir zamanlar Allah dərgahından gəlib axı...

***

"Nal tökən yolların dil tökən daşlarını" adlayıb keçən müzəffər ordumuz həsrət hörüklərinin dolaşığını açmaq üçün yürüyür. Xan qızının, Molla Pənahın, neçə-neçə ulu insanın "qara keşiş" üfunətində inləyən ruhlarının arınması üçün yürüyür. "Eygili vaxtlarda yeriyəndə yer titrəyən qırmızı almayanaq Sultana nənə"lərin, Alı kişilərin məzarda rahat uyuması üçün yürüyür. Mən bilirəm, Zəfər günü çox tezlikə gələcək. Öz yurdunda əsir quşlar oxuduğu nəğmələri türk dilində deyəcək.

O dəyirman dibək dağlar, o tağalaq köbək dağlar qırçıntuman ipək dağlar müzəffər ordumuzun qənşərinə əlvan çiçəklər tökəcək. Mən də Zəfər duyğusunun xumarında nazlana-nazlana ədəbiyyatımızın xatunu Mahirə Abdullanın göndərdiyi savaş işmarışını "Qarabağ şikəstəsi" üstündə zümzümə edə-edə ülkümüzün Qarabağ səhifəsini oxuyacağam (edebiyyatqazeti.az)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az