• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
30-10-2020, 14:21

Neftçala sakinləri çarəsiz durumda - GİLEY

Neftçala sakinləri çarəsiz durumda - GİLEY

Neftçalanın Mürsəqulu kəndinin 3 sakinini bələdiyyə sədri Əlibala Səlimov və oğlu Özal Səlimov məhkəməyə verib. DİA.AZ-ın məlumatına görə, Həmin sakinlər Çingiz Səmədov, Həmid Usubov və Rövşən Abdullayev və daha 7 nəfərdir.

Kənd sakinləri deyirlər ki, onların məhkəməyə verilmə səbəbi ittiham edildikləri xuliqanlıq maddəsinə görə deyil. Əsl səbəb illərdir bələdiyyə sədri olan Əlibala Səlimov barəsində aidiyyatı qurumlara şikayət məktubları göndərmələridir.

“Əsas 3 nəfərin adı keçir, ancaq ümumilikdə 10 nəfərin həbs və cərimələnmə təhlükəsi var. Biz apreldə Əlibala Səlimovun əməllərindən boğaza yığılaraq etiraz etmişdik. Səbəb də Əlibala Səlimovun kəndin inkişaf fondunun 63 hektarlıq torpağını mənimsəməsi olub. O, torpaq islahatları dövründə kənd əhalisinin öz pay torpaqlarından kəsib kəndin inkişaf torpağı fonduna bağışladığı əraziləri əkib-becərir, gəliri mənimsəyir. Üstəlik, heç həmin gəlirdən vergi də vermir”, - Çingiz Səmədov deyir.

O əlavə edir ki, Əlibala Səlimov kəndlilərə həmin torpaqdan istifadəyə imkan vermir: “Hətta həmin torpağın 9 hektarını oğlu Özal Səlimovun adına rəsmiləşdirib. Guya hərrac keçirilib və həmin hərracda 9 hektar torpaq sahəsini Özal Səlimov alıb. Halbuki kəndlilərin heyvanını otarmağa torpağı yoxdur, əziyyət çəkirik. Nə qədər deyirik, bələdiyyə sədri bizi vecinə almır. Torpaqları istədiyi kimi, özünə yaxın olan insanlara paylayır, ancaq bizə örüş sahəsi ayırmır. Nəinki örüş sahəsi, yeni evlənən ailələrə də “torpaq yoxdur”, - deyir. Ancaq oğlu budur neçə illərdir saxta yolla mənimsədiyi həmin 9 hektar ərazini əkib becərir. Yazıq kəndli də heyvanını bilmir harada otarsın”.

Çingiz Səmədov deyir ki, apreldə kənd camaatı bələdiyyə sədrinin bütün bu əməllərinə etiraz edib: “Həmin zaman Əlibala Səlimovun bacısı oğlu toplaşıb etiraz edən kəndliləri təhqir etdi. Xanımlı, kişili hamı əkin sahəsinin yaxınlığında toplaşmışdı, polis də gəlmişdi. Nə isə bu oğlan bizə dedi ki, içinizdə kişi yoxdur deyəsən, qadınları qabağa vermisiz. Onun bu sözündən qəzəblənən insanlar həmin əkin sahəsinin qapısını vurub açdı. Köhnədən, Sovet dövründən qalma qapı idi, pis gündə. Həmin qapı qırıldı. İndi Əlibala Səlimov bizi polisə, məhkəməyə verib ki, guya biz bunun qapısını qırmışıq, xuliqanlıq etmişik. Üstəlik, bununla da kifayətlənmir. Deyir, budur neçə ildir biz onun oğlunu həmin 9 hektar ərazidə əkin-biçin etməyə imkan verməmişik və onlara ziyan vurmuşuq. Buna görə də bizdən 50 min manat tələb edir”.

Sakinlər deyirlər ki, Əlibala Səlimov indiyə qədər həmin əraziləri qanunsuz əkib-becərib, heç kim də buna narazılıq etməyib. O, həmin torpaqdan azı 1-2 milyon pul əldə edib. Hələ azmış kimi bir də xalqdan pul istəyir: “Camaat əkinlə-biçinlə, heyvandarlıqla çətinliklə dolanır. Heç heyvanımızı otlatmağa örüş sahəsi, əkib-becərməyə onun qədər yer də tapmırıq, hardan alaq o qədər pulu? Deyəsən ağlı özünün var-dövlətinə gedib. Elə bilir hamının 50 minləri var”, - kənd sakinləri əlavə edir.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az