• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
30-10-2020, 12:56

"Başlarına dəysin, bizə lazım deyil" - Qurban Qurbanov

"Başlarına dəysin, bizə lazım deyil" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində İstanbulda "Vilyarreal"a 1:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

Nyus.Az qol.az-a istinadla xəbər verir ki, o, ilk növbədə Türkiyənin Cümhuriyyət bayramını təbrik edib.

- Bütün türk xalqının daha möhkəm olmağını arzulayıram.

Futbolçularımdan razı qaldım, hər birinə təşəkkür edirəm. Həqiqətən də, çox təcrübəli, texniki cəhətdən sürətli komandaya qarşı oynadıq. Düşündüyümüz oyundan əl çəkmədik, onu sona qədər qorumağa çalışdıq. Ustalıq fərqi var, onların oyunçularının dəyəri bizdən qat-qat yüksəkdir. İkinci hissədə də bir az yorulduq. Bizim oyunçu sarıdan problemlərimiz var. İkinci hissədə müdafiədə dəyişikliklər etməli idik, amma edə bilmədik. Buna baxmayaraq, komandamız oyun nizam-intizamından əl çəkmədilər. Belə rəqiblərə qarşı hər bir oyun bizim üçün böyük təcrübədir.

- Bu gün sizi sevindirən üç detalı deyə bilərsiniz?

- Birincisi, ev oyunumuzu evimizdə, İstanbulda oynadıq. İkincisi, stadionu qeyd etmək istərdim. Azarkeşsiz olsa da, ab-hava xoş idi, arxamda çoxlu sayda azarkeş səsi eşidirdim. Az olsalar da, dəyərləri yüksək idi. Bu da futbolçularımıza böyük ruh yüksəkliyi verdi. Üçüncüsü, nəticənin daha yaxşı olmasını istərdik. Bəzi oyunçuların hazır olmaması məni məyus etdi. İstənilən halda oyundan razı qaldım.

- Bu gün "kaş" deyib, nəyə təəssüfləndiniz?

- Belə şeylərə elə də önəm vermirəm. Hər bir məşqçi əlindəki oyunçuların sağlam olmasını istəyər. 5 dəyişiklik imkanı verilir, ancaq bu gün istədiyim kimi əvəzetmə edə bilmədim. Rəqib isə istədiyi əvəzetmələri etdi. Kaş oyunçuların hamısı sağlam olardı.

- Sanki matçın sonuna yaxın hakimə nəsə deyirdiniz?

- Bilmirəm nə dərəcədə düzgün olar, amma görünən odur ki, çexiyalı hakimlər Azərbaycanla yola getmir. Oyunun əvvəlində iki sarı vərəqə göstərildi. Belədə futbolçu ehtiyatlı oynamalı olur. Hakimlər də belə anlarda səbrli olmalıdır. Bir neçə epizodda onların da oyunçusuna sarı vərəqə verməli idi. Penalti epizoduna gəlincə, belə oyunlarda bu cür penalti verilirmi, bilmirəm.

- Belə bir məlumat yayılıb ki, "Matc TV"də "Qarabağ"ın oyunlarının canlı yayımlanmasına qadağa qoyulub. Kanalın direktoru ermənidir. Bununla bağlı fikirlərinizi bildirərdiniz.

- Onlardan başqa nəsə gözləmək də düzgün olmaz. Düşük fikirlərdir. Başlarına dəysin, bizə lazım olmayan şeylərdir. Azərbaycanda, Türkiyədə istədiyimizdən də artıq oyunlarımızı göstərirlər. Onların göstərməsi lazım da deyil. Onlar barədə heç danışmaq da istəmirəm.

- Rahil Məmmədov hazır deyil, yoxsa zədə ona psixoloji təsir göstərir?

- Rahilə bir söz deyə bilərəm: Əhsən. Yanvardan bəri heç bir oyuna çıxmamışdı. "Zirə" ilə görüşdə də yaxşı çıxış etmişdi. Bu gün də 90 dəqiqə ərzində bir neçə epizodu çıxsaq, səhvsiz oynadı. Onun oyunu məni çox razı saldı. Bu oyun da onun üçün böyük təcrübə oldu.

- Qrupun ən güclü komandası ilə ilk hissədə başabaş çıxış etdiniz. Bu amil qalan matçlarda hədəflərinizi yüksəltməyə kömək edəcəkmi?

- Bu gün Bakıda qayıtmalı, iki gündən sonra oyun keçirməli, ardından "Sivasspor"la görüşə yollanmalıyıq. Bu təqvim bizə mane olur. İnanıram ki, zədəli oyunçular sağalacaq, rotasiyalar edə biləcəyik. Biz daim baxımlı oynamağa çalışırıq, bundan əl çəkməyəcəyik. "Sivasspor" bu gün uduzdu. Onlarla oyun hər iki komanda üçün vacib olacaq. Sivasdakı qarşılaşma bugünkündən daha maraqlı olacaq. Futbolçularımdan intizamlı və baxımlı oyun tələb etmişəm.

- Bakıda oynasaydınız, qələbə qazanacağınızı düşünmürsünüz?

- Düşünürdüm desəm, yanlış olardı. Bakı ilə İstanbul arasında heç bir fərq hiss etmədim. Qəbul edək ki, rəqib bizdən üstün idi. Bakıda bəlkə bundan daha böyük fərqlə məğlub olardıq.

- Heyətin gücləndirilməsini çempionat, yoxsa Avropa Liqası üçün istəyirsiniz?

- Elə bir fərqi yoxdur. İndi elə bir dövrdür ki, Avropada düşünülməyən nəticələr var. "Makkabi" ilə oyunumuzdan sonra qrupdakı komandaların hamısı öz çempionatında xal itirmişdi. Bunlar elə-belə şeylər deyil. Çünki komandalar çox enerji itirirlər. Bakıdakı matçda ciddi rotasiya edə bilməyəcəyəm. Təkcə Abbas Hüseynov 3-4 gündən bir 6 və ya 7-ci oyunu idi. Hətta ehtiyatlanırdım ki, zədələnə bilər. "Keşlə" ilə oyuna hazırlaşmalıyıq, ancaq müdafiədə problemlərimiz var. Sağlam oyunçu çox olanda həm çempionatda, həm də avrokuboklarda istədiyimiz keyfiyyəti göstərə bilirik. Futbolçuların orqanizmi fərqlidir, bu oyunlar da böyük enerji aparır. Çempionatda qələbələrimizin sayının az olması təsadüfi deyil. Bizim üçün asan olmayacaq. Əvvəlki illərə nisbətən hərtərəfli səviyyəmiz bir az aşağı düşüb. Ancaq yenə də səviyyəmizi qorumağa çalışırıq. Oyunçuların sayının çox olması vacibdir. Futbol sürət, güc tələb edir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az