• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
26-10-2020, 13:57

OTEL,YOXSA QUL BAZARI

OTEL,YOXSA QUL BAZARI

Otellər şəbəkəsi əmək qanunvericiliyinin tələblərini pozur



Kimi Marsda həyat axtarır, kimi hələ sağlığında pul xərcləməyə yer tapmadığından, Ayda dəfn olunmaq üçün sərmayə qoyur, kimi yeni ərazilər üçün yeni müharibələr aparır, kimi də zinət əşyaları toplayır, avtomobil kolleksiyasını zənginləşdirir. Amma bəşər övladı üçün həmişə ən vacib vəzifə özü üçün, ailəsi üçün ən zəruri nemət olan bir parça çörək qazanmaq olub. Əksəriyyət üçün bir parça çörək havayı başa gəlmir. Axı hamı anadan varlı ailədə doğulmur. Heç də hamıya istedad bəxş edilmir. Gərək ya əmək bazarında tələbat olan peşən, sənətin, ixtisasın olsun, ya da harama, əyri yola əla atasan, hətta onu da bacarsan…

Elə ki, əlindən gələn işin bazarında təklif tələbi üstələdi, vay halına! Qara gününü qablaşdır. Nəzərə al ki, işəgötürənlər tərəfindən diskriminasiyaya məruz qalacaqsan. Sənin nazınla oynamayacaqlar. Çünki qapının ağzında yerinə göz dikən neçə-neçə işaxtaran var. Amma heç vaxt təslim olmaq, məhrumiyyətlərlə barışmaq lazım deyil. Mübarizə, yalnız hüquqların uğrunda mübarizə yolu ilə haqqını ala bilərsən. Fələyin qapısının ağzında durub nə vaxt mərhəmətli olacağını gözləməyə dəyməz. Bəzən xoşbəxtliyi şücaətin qanadlarında da təqib edib yaxalamaq mümkündür. Hüquqların uğrunda mübarizə etmək üçünsə diplom və ya başqa imtiyaz verən sənəd mütləq deyil, savada yiyələnməyin, hüquq düşüncəsinə malik olmağın lazımdır. Bu müstəvidə əzmkarlıq etməklə, haqları tapdalanan başqalarına da nümunə göstərmək mümkündür.

Vətəndaş Zeynalov Həmid Ələkbər oğlu “Dəryaz” qəzetinin redaksiyasına müraciət edərək əmək hüquqlarının pozulduğunu bildirmişdir. Onun verdiyi məlumata görə, 17.05.2019-cu il tarixdə paytaxt Bakıda – dəniz sahilində fəaliyyət göstərən 4 ulduzlu “The Crescent Beach” Hotelində ofisiant kimi işə düzəlibmiş. Amma onunla bağlanılmış əmək müqaviləsində həftədə 5 günlük (I – V günlər), gündəlik nahar fasiləsi də daxil 8 saat (09:00 – 18:00) iş rejimi razılaşdırılsa da, tezliklə məlum olub ki, kağız üzərində əks olunan bu reqlament formal xarakter daşıyır. Əslində isə otel rəhbərliyi onun və digər ofisiantların əməyini gecə yarısınadək istismar edirmişlər. Bundan əlavə, ofisiantları heç də onların əmək funksiyalarına aid olmayan, qeyri-məqbul işləri yerinə yetirməyə, məsələn, xadimənin, fəhlənin də əvəzinə çalışmağa məcbur edirmişlər.

Zeynalov qarşılaşdığı belə vəziyyətə dözməyib və otelin inzibatçısı Samirdən xahiş edib ki, aldadılması səbəbindən narazılığını, işdən çıxmaq, son haqq-hesabını almaq istədiyini otelin aid olduğu “Prins” MMC-nin rəhbəri Fazil bəyə çatdırsın. Həmidin haqlı iradlarının digər ofisiantların da üsyanına səbəb olacağından ehtiyatlanan inzibatçı onunla mübahisə edib və başqalarına da görk olsun deyə işlədiyi 5 günün əmək haqqını ödəmək istəməyib. Lakin Zeynalov xeyli çək-çevirdən sonra nəhayət, pulunu almağa müvəffəq olub. Bununla belə, tezliklə ona məyus edən başqa həqiqət üzə çıxıb. Portalda şəxsi hesabını nəzərdən keçirəndə aşkarlayıb ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində nəzərdə tutulan əsasla — guya əmək funksiyasını, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xitam veriblər.

Doğrudur, işçinin işdən yuxarıdakı maddə ilə azad edilməsi, digər işə girməsinə əngəl yarada bilməz. Qanunvericilikdə belə bir tələb yoxdur. Amma işəgötürənin öz tələbi ilə işə qəbulla bağlı tələblərdə bu hissə öz əksini tapa bilər. Belə olan halda işəgötürən həmin şəxsi işə götürə də bilər, götürməyə də bilər. Bu, vəzifə tələblərindən və işəgötürənin öz mülahizələrindən asılıdır.

Təbii ki, bu haqsızlıqla barışmayan Zeynalov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Qaynar xəttinə zəng vuraraq qarşılaşdığı hüquqpozma ilə bağlı şikayət edib. Redaksiyaya verdiyi məlumatda bildirir ki, bundan sonra müəssisənin baş mühasibi Gülarə Rzayeva ona zəng vuraraq şikayətini geri götürməyi israr edib və fikrindən daşınacağı təqdirdə portalda göstərilən işdən çıxma səbəbini dəyişəcəklərini söz verib. Hərçənd, artıq bir dəfə aldadılan Zeynalov bu sövdələşməyə getməyib. O, hüquqları uğrunda sonadək mübarizə aparmaqda israrlıdır. Həm haqqın — ədalətin bərpa olunacağına, həm də ədalətsizliyə rəvac verənlərin əməllərinə lazımi hüquqi qiymət veriləcəyinə inanır.

Şikayətçi həmçinin bildirmişdir ki, Prins” MMC-nin bir-birinə yaxın yerləşən otellər şəbəkəsinə “The Crescent Beach” hotelindən başqa “Babək”, “Dədə Qorqud”, “Koroğlu” adlı ikimərtəbəli komfortlu mehmanxanalar da aiddir. Bu obyektlərin hamısında prinsip eynidir – müqavilə şərtlərini rəhbərliyə xatırladıb haqsız tələbləri yerinə yetirməkdən imtina edənlər bir ay çəkmir ki, işdən qovulur, əmək haqları verilmir. Bundan başqa, xalq qəhrəmanlarının adını daşıyan bu otellərdə yüngül əxlaqlı qadınların cinsi istismara cəlb olunduğu da diqqəti çəkir ki, bu da pandemiyanın tüğyan etdiyi indiki dönəmdə cəmiyyət üçün çox təhlükəlidir. Hərçənd, bu, ayrı söhbətin mövzusudur.(Deryaz.az)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az