
Gəncədə insanlar yüksək əhval-ruhiyyədədir, heç kim qorxmur, insanlar təşvişə düşməyib, hər şey qaydasındadır.
Nyus.Az xəbər verir ki, bunu musavat.com-a verdiyi açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov bildirib.
O qeyd edib ki, Gəncənin mərkəzi hissəsinə atılmış raket nəticəsində üç binaya zərər dəyib:
"Həmin ərazidə üç bina var. Biri iki mərtəbəli 16 mənzillidir. İkisi də birmərtəbəlidir. Birində 9 mənzil, digərində 6 mənzil var. Ümumi orda 84 ailə yaşayır. 5 nəfər həlak olub. 34 yaralı var. 2 nəfərin dağıntılar altında qaldığı bildirilir. Bütün yaralılar xəstəxanadadırlar. Əlavə məlumat veriləcək".
Nyus.Az

























