• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
9-10-2020, 08:22

Hikmət Babaoğlu: Ermənistan feyk xəbərlərlə informasiya müstəvisində də təxribatlarını davam etdirir

Hikmət Babaoğlu: Ermənistan feyk xəbərlərlə informasiya müstəvisində də təxribatlarını davam etdirir


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin mövqeyi birmənalıdır: münaqişə beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan bu zamana qədər münaqişənin diplomatik vasitələrlə həllinin və sülhün tərəfdarı olsa da, işğalçı Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməklə və təxribatlar törətməklə danışıqlar prosesini faktiki olaraq pozub. Prezident İlham Əliyevin Rusiyanın "Pervıy Kanal" televiziyasına müsahibəsində qeyd etdiyi kimi, ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır.

Nyus.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat deyib: "Ona görə də Azərbaycan beynəlxalq hüquq normalarında və BMT-nin nizamnaməsində əksini tapmış özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatı həyata keçirir, tarixi ədaləti və öz ərazi bütövlüyünü təmin edir. Hazırkı vəziyyətdə Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi lazımdır. Bəhs olunan qətnamələrdə konkret olaraq göstərilir ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. Ermənistan nəinki bu qətnamələri yerinə yetirmir, hətta müharibə cinayətlərini davam etdirir. Ermənistandan və Dağlıq Qarabağ tərəfindən artilleriya atəşləri nəticəsində oktyabrın 6-dək 27 dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. Eyni zamanda, Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, "Toçka U" və "Elbrus" kimi ölümsaçan sistemlərdən istifadə edilir. Bu, Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. İşğalçı ölkənin müharibə cinayətləri sırasında münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin, əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan və münaqişə zonasından kənarda yerləşən Gəncənin əhalisinin atəşə tutulması, həmçinin Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşməsi, 10-dan çox şəhərimizin, yüzlərlə kəndimizin şiddətli artilleriya bombardmanına məruz qalması xüsusi vurğulanmalıdır. Bu hallar həm də işğalçının açıq təxribatlarını əks etdirir. Ümumiyyətlə, işğalçı Ermənistan hər dəfə döyüş meydanında aciz vəziyyətə düşəndə dinc əhalini hədəfə alır.

Ermənistan, eyni zamanda, feyk xəbərlər vasitəsilə informasiya müstəvisində təxribatlarını davam etdirir, yalan məlumatlarla beynəlxalq ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır. Məsələn, Türkiyə Respublikasının guya bu münaqişəyə cəlb olunması iddiasını ortaya atmaqla Azərbaycan Ordusunun uğurlarının üzərinə kölgə salmağa və öz məğlubiyyətini müxtəlif bəhanələrlə gizlətməyə çalışır. Yeri gəlmişkən, Türkiyənin prosesə cəlb edilməsi yalnız siyasi nizamlanma kontekstində mümkündür. Məlumdur ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası ötən 28 il ərzində heç bir nəticə verməyib. Ona görə də bu kontekstdə rasional və praqmatik yanaşma ortaya qoymaq zərurəti var. Belə ki, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında obyektiv və ədalətli mövqe sərgiləyən, dünya miqyasında real güc olan Türkiyə iştirak etməlidir".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az