• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
8-03-2018, 10:27

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələric

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələric

Ekspert deyir ki, şagirdlərin sağlamlığı üçün hətta döşəməni silmək üçün istifadə olunan xlorun da tərkibi yoxlanılmalıdır

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Son dövrlər fəsil dəyişikliyi ilə əlaqədar olaraq bəzi xəstəliklərin sayı artıb. Bu xəstəliklərə xüsusilə də, immuniteti zəif olan uşaqlar yoluxur. Əsasən də bu yoluxma məktəbdə bir biri ilə yaxın münasibətdə olan şagirdlər arasında daha çox olur. Bunun üçün də məktəb sadəcə, təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdeh olmalıdır. Bu işdə də əsas yük məktəblərdəki tibbi xidmətin üzərinə düşür. Bu yazımızda orta məktəblərdə olan tibb otaqlarının vəziyyətini, necə təchiz olunduğunu, orada çalışan tibb bacısının fəaliyyətinin nədən ibarət olduğunu öyrənməyə çalışdıq.

Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, həmin tibb məntəqələri uşaq yıxıldıqda və ya kəskin bir travma aldıqda ilkin yardımı göstərmək üçün məsuliyyət daşıyır: "Bütün uşaqların tibbi vərəqəsi məktəbdə olur. Uşağın peyvənd olunması və ya hər hansısa tibbi müayinənin nəticələri hamısı həmin vərəqdə qeyd edilir. Özəl məktəblərdə bu qaydaların əksəriyyətinə riayət olunur. Amma dövlət məktəblərindəki vəziyyətlə bağlı bir şey demək çətindir. Sovet vaxtı məktəblərdəki tibb məntəqələrinə nəzarət olduqca güclü idi. Uşaq yıxıldıqda və ya kəskin travma aldıqda ilkin yardımı göstərmək üçün həmin tibb məntəqələr məsuliyyət daşıyır. Təcili tibbi yardım maşını gələnə qədər oradakı tibb bacısı ilkin tibbi yardımı göstərməlidir. Bəzən həkiməqədərki yardım, hətta həkim yardımını belə əvəz edir. Yəni uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Bu baxımdan, orta məktəblərdə tibb məntəqələrinin olmağı olduqca zəruridir".

Ekspertdən tibb otağında zəruri olan avadanlıqların nələr olduğunu soruşduq. O bildirir ki, bütün antiseptik maddələrin olması vacibdir: "İlk olaraq yod, spirt, 3 faizli hidrogen peroksid, sarğı materialları, qanaxmanı saxlamaq üçün elastik juqut, həmçinin təzyiqi ölçmək üçün monometr, tibbi iynələr olmalıdır. Bu saydıqlarımız hər hansı bir hadisə baş verdiyi təqdirdə, ilkin yardımı göstərmək üçün istifadə edilir".

Həkim deyir ki, həmin tibb bacıları dərs bitənə qədər məktəbdə olmalıdırlar: "Bəzi məktəblər bir, bəziləri isə ikinövbəlidir. İşlədiyi məktəbin dərs saatından asılı olaraq, tibb bacısı bütün günü məktəbdə olmalıdır. Bunu da qeyd edim ki, əgər uşağın temperaturu qalxarsa və ya hər hansısa bir hadisə baş verərsə, tibb bacısının iynə vurmaq səlahiyyəti yoxdur. Amma yüngül dərmanlardan verə bilər".

Müsahibimiz dünya təcrübəsində bunun necə tənzimləndiyindən də danışdı: "Dünyanın bir sıra ölkələrində olan məktəblərdə vəziyyət bir az fərqlidir. Belə ki, onların istifadə etdiyi alətlər daha çoxdur. Süni nəfəs vermək üçün aparat, xəstənin boğulma halları olduqda, boğaza salmaq üçün xüsusi formalardan istifadə edilir. Həm də həmin məktəblərdə işləyən tibb bacıları xüsusi təlimlərdən keçirlər. Biz də çalışmalıyıq ki, belə şərait yaradaq".

Təhsil Eksperti Kamran Əsədovbildirdi ki, bu gün məktəblərdəki tibb otaqları tam qənaətbəxş vəziyyətdə deyil: "Məktəblərdə təhsil alan şagirdlərin sağlamlığı haqqında diaqnozu məhz həmin məntəqədə çalışan tibb bacıları qoyur. Ona görə, onların üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Orta məktəblərdə tibb xidmətinin göstərilməsi qaydalarında qeyd olunur ki, şagirdlər ayda bir dəfə müayinə edilməlidirlər. 6 aydan bir isə müxtəlif sahələrin - yəni psixoloq, nevroloq, uroloq, kardioloq və s. həkimlərin iştirakı ilə yaradılmış tibbi komissiyanın yoxlanışından keçməlidirlər. Amma təəssüflər olsun ki, sadaladığım bu qaydalara bir sıra orta məktəblərdə əməl edilmir".

Müsahibimiz deyir ki, məktəblərdə çalışan tibb bacılarının işi sadəcə, uşaqları müayinə etmək və ya hər hansısa bir hadisə baş verdikdə, müdaxilə etməklə bitməməlidir: "Şagirdlərin sağlamlığı üçün onlar hətta döşəməni silmək üçün istifadə olunan xlorun tərkibini belə yoxlamalıdırlar. Həmçinin burada müəllimlərin də rolu böyükdür. Müəllimlər və tibb işçiləri birlikdə fəaliyyət göstərməlidirlər. Əgər dərs zamanı müəllim uşağın sağlamlığında bir problem hiss edərsə, dərhal onu tibb otağına yönləndirməlidir. Amma bundan başqa, tibb bacısı özü də şagirdlərin fiziki görünüşünə xüsusi nəzarət etməlidir. Yəni sinif otaqlarını gəzərək, düzgün oturmayan şagirdlərə diqqət yetirib, onların gələcəkdə skaliozdan əziyyət çəkməməyi üçün göstərişlər verməlidir".

Məktəblərdəki tibb otaqlarının vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün bir sıra təhsil müəssisələri ilə əlaqə saxladıq. Açığı, bəzi məktəblər suallarımıza cavab verməkdən boyun qaçırdılar. Nə qədər əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmədik. Hətta bəzi məktəblər şagird sayına görə onlarda tibb məntəqəsinə ehtiyac olmadığını dedilər. Bildirdilər ki, 250 şagirdi olan məktəbdə tibb otağı fəaliyyət göstərmir.

AmmaSəbail rayonunda yerləşən 51 nömrəli tam orta məktəbin tibb məntəqəsində çalışan xanımla danışıb bəzi məlumatlar əldə etdik. Tibb bacısı bildirir ki, məktəbə lazım olan dərmanlar Səhiyyə Nazirliyi tərəfindən ərazi poliklinikasına, oradan da məktəbə göndərilir: "Qalan texniki avadanlıqları isə məktəb özü təmin edir. Hazırda tibb otağımız hər bir avadanlıqla və dərmanla tam təchiz olunub. Əgər lazım olarsa, istənilən an uşaqlara tibbi yardım göstərə bilərik. Hər gün səhər tezdən, dərslər başlamazdan əvvəl iş başında oluram. Qapıda dayanıram və gələn uşaqları bir-bir nəzərdən keçirirəm. Hansısa uşaqda halsızlıq və ya rəngində dəyişmə hiss edirəmsə, dərhal tibb otağına aparıb ilkin müayinəni edirəm. Əgər ciddi bir şey olmasa, müayinədən sonra uşağı dərsə yola salıram. Yox, əksinə temperaturu olarsa, ciddi bir problem olduğunu hiss etsəm, dərhal təcilli tibbi yardıma zəng vururam və həmçinin uşağın sinif rəhbərinə, valideyninə də xəbər edirəm".

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövqeyi isə belə oldu: "Təhsil müəssisələrində tibb xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"na əsasən həyata keçirilir. Belə ki, müvafiq Qaydaya uyğun olaraq, ümumi təhsil müəssisələrinin binasında müvafiq yerlərdə tibb otağı ayrılıb. Həmin otaqlar zəruri avadanlıqlarla təmin edilib. Məktəblərdə tibbi xidmət işi isə yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir".

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az