• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
8-03-2018, 09:49

Diplomat Magazine: Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir

Diplomat Magazine: Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir

Niderlandın nüfuzlu "Diplomat Magazine" jurnalında Azərbaycan qadınlarına həsr olunmuş məqalə çap olunub.

Nyus.Az Trend-ə istinadən bildirir ki, dominikanlı siyasi analitik, beynəlxalq məsələlər üzrə məsləhətçi Covanni Visente Romeronun müəllifi olduğu "Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir" adlı məqalədə bildirilir: "Bu yaxınlarda Azərbaycanın paytaxtı Bakıda ölkədə ilk dəfə olaraq qadınlar üçün "Global Startup Weekend Women" tədbiri keçirilib. Burada ölkənin sürətlə inkişaf edən startap-ekosisteminin 50 aparıcı qadın sahibkarı iştirak edib. İnsan resursları və iş axtarışı sahəsində "TalentPort" startapını təqdim edən iki qadın yarışmanın qalibi olub və Azərbaycanı Parisdə qadınlar üçün "Global Startup" Həftəsində təmsil edib".

O qeyd edir ki, "TalentPort"u tələbələrə və fiziki imkanları məhdud olan insanlara bacarıqlarının yaxşılaşdırılması üçün müvəqqəti iş yerləri təqdim etmək və şirkətləri etibarlı və səmərəli əmək mənbəyi ilə təmin etmək məqsədi daşıyan ilk korporativ sosial məsuliyyətli Azərbaycan şirkəti kimi təsvir etmək olar: "Bu şirkət qadın liderlərin Azərbaycanın müasir cəmiyyətinə qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində zəngin təcrübəyə malik dəyərli töhfəsinin bariz nümunəsidir".

Müəllif Azərbaycanda insan kapitalının inkişafına yanaşmanın qonşu ölkələrdən fərqli olmasının səbəbi barədə sual verir: "Azərbaycan Rusiya və İran arasında yerləşən, əhalisinin əksəriyyəti müsəlman olan kiçik bir ölkədir və öz müsəlman qonşularından heç nə ilə fərqlənmir. Lakin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi hökuməti qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün hər cür şərait yaratmışdı".

C.V.Romero qeyd edir ki, hətta polyak-amerikan tarixçisi Tadeuş Svetoxovski özünün "Rusiya Azərbaycanı" (1905-1920) kitabında yazırdı ki, azlıqların və siyasi qrupların proporsional nümayəndəliyini, həmçinin ümumi seçki hüququnu nəzərdə tutan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Müəssislər Məclisi haqqında Qanunu faktiki olaraq Azərbaycanı dünyada qadınlara siyasi hüquqlar verən ilk müsəlman ölkəsi etdi: "Azərbaycan qadınları hüquq məsələsində ABŞ və Avropanın bir çox inkişaf etmiş ölkələrindəki həmcinslərindən irəlidə idilər".

"Həqiqətən, azad insanlar ölkəsi və cəsurların vətəni ABŞ Konstitusiyasına amerikalı qadınlara səs hüququ verən 19-cu düzəlişi yalnız 1920-ci ildə qəbul edib. Azərbaycanda qadınlar 1918-ci ildən tərəqqi simvolu olublar. Bu ənənə XXI əsrdə də davam edir. 2000-ci ilin martında Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalayıb və bu sənəd çərçivəsində bərabərlik prinsipləri əsasında hökumətdə qadınların proporsional təmsilçiliyinin təmin edilməsi, həmçinin qadınların biznesdə və iqtisadiyyatda öz layiqli yerlərini tutmasına şəraitin yaradılması və mütəmadi olaraq qadınların cəmiyyətdə inkişafının yoxlanılması tapşırılıb", - müəllif yazır.

Qeyd olunur ki, yeni fərman Azərbaycanda qadınları yeni yüksəkliklərə aparan yolu möhkəmləndirdi. Hazırda Azərbaycanda Nazirlər Kabinetinin üzvləri arasında qadın da var. Bundan başqa, Azərbaycan parlamentinin - Milli Məclisin 125 deputatının 16 faizini qadınlar təşkil edir. BMT Komitəsinin qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Azərbaycana dair hesabatına əsasən qadınlar arasında yoxsulluğun səviyyəsi əvvəlki illərdəki 49 faizdən 2014-cü ildə 5,9 faizə enib ki, bu da öz növbəsində, ölkənin qadınların bərabərhüquqlu şəkildə iştirak etdiyi ümumi iqtisadi inkişafı ilə, həmçinin ölkə qadınları üçün mənfəətlə əlaqələndiriləcək statistikadır.

Məqalədə deyilir ki, Azərbaycan cəmiyyətində təhsilə qiymət verirlər, belə ki, qadınların 90 faizi orta məktəbi bitirir. 2000-ci ildə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanın imzalamasından etibarən 2015-ci ildə Azərbaycan sahibkarlarının 18 faizini zərif cinsin nümayəndələri təşkil edib. Bundan başqa, Azərbaycan qadınları - təqribən 1000 qadın kişilərlə birlikdə Silahlı Qüvvələrdə xidmət edir. Qadınlar üçün imkanların genişləndirilməsi siyasəti Azərbaycandakı azlıqlara da şamil olunur. Məsələn, Azərbaycan Ali Məhkəməsinin hakimi vəzifəsində çalışan qadınlardan birinin - Tatyana Aleksandrovna Qoldmanın yəhudi icmasının nümayəndəsi olması dövlət rəhbərliyinin etnik azlıqlara və qadınlara göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

Bildirilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müasir Azərbaycan qadınının ilham mənbəyidir. Birinci xanım, həmçinin YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir, onun xeyriyyəçilik fəaliyyəti isə Azərbaycanın hüdudlarını aşıb. Mehriban Əliyevanın 2004-cü ildən, yəni təsis olunduğu vaxtdan rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəni və iqtisadi inkişafın möhkəmlənməsinə, xüsusən, gənc qadınların rolunun artırılmasına mühüm töhfə verib.

Heydər Əliyev Fondunun səyləri nəticəsində Azərbaycanda və digər ölkələrdə, o cümlədən, Misir, Rumıniya, Rusiya, Niderland, Pakistan və Gürcüstanda yeni xəstəxanalar, muzeylər, məktəblər inşa olunub. Birinci xanım Mehriban Əliyeva 2017-ci ildə ölkənin Birinci vitse-prezidenti təyin edilməsi ilə Azərbaycan tarixində ən yüksək vəzifəli qadın oldu.

Müəllif yazır ki, Azərbaycan nümunəsi qadınlara münasibətdə stereotipləri necə aradan qaldırmağı, bərabərliyi necə təmin etməyi və ən başlıcası, dünyada bərabəriyi necə bərqərar etməyi nümayiş etdirir. Qadınlar hakimiyyətin yüksək mövqelərində öz töhfələrini verirlər, çünki dövlət siyasəti və siyasi diskussiyanın inkişafı üçün zəruri olan bilik və təcrübəyə sahibdirlər. Qadınlar siyasi sistemdən irəli gələn qərarların reprezentativliyini yaxşılaşdırır, Yer kürəsində daha da kök salmış bir çox münaqişələri həll edir və bəşəriyyəti gələcəyə aparırlar. Azərbaycanın gələcəyi ayrılmaz hissəsini qadın səsi təşkil edən səslər xoru ilə yazılıb.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az