• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
12-09-2020, 14:42

Hansı məmurların kompromat ƏNDİŞƏSİ VAR?.. - AMEA prezidentin hədəfində kimlər ola bilər?

Hansı məmurların kompromat ƏNDİŞƏSİ VAR?.. - AMEA prezidentin hədəfində kimlər ola bilər?

Hansı məmurların kompromat ƏNDİŞƏSİ VAR?..
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev bugünlərdə “Təzadlar” qəzetinə danışaraq, “əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər” deyə bildirib. Maraqlıdır, görəsən, Ramiz Mehdiyev bu sözləri deməklə kimləri nəzərədə tutur, hansı vəzifə sahiblərinin bostanına daş atır?..

Şübhəsiz ki, Prezident Administrasiyasının keçmiş rəhbərinin hazırda yüksək postlarda təmsil olunan bir çox şəxslər haqqında ciddi məlumatlara sahib olmasında təəccüblənəcək durum yoxdur. “Boz kardinal” ləqəbi ilə tanınan Ramiz Mehdiyevin hələ sovet dönəmində ölkənin ən yüksək vəzifələrində çalışdığını nəzərə alsaq, o zaman ehtimal etmək olar ki, həqiqətən də o, dövlətin ən mühüm postlarında təmsil olunan məmurların dosyelərinə malikdir.

Onu da əlavə edk ki, Ramiz Mehdiyev “Təzadlar” qəzetinə verdiyi açıqlamasını daha sonra təkzib etməsi, onun hələ əlində olan “kartları” açmaması, Prezident Administrasiyasının keçmiş rəhbərinin gələcəkdə dövlətə qarşı daha böyük zərbə endirmək üçün münasib məqam gözlədiyindən xəbər verir.

“Biz yazmışıq ki, razılaşmaya əsasən, akademik Ramiz Mehdiyev yaxın günlərdə “Təzadlar”a müsahibə verəcək, yazmamışıq ki, müsahibə verib”

Nəzərinizə çatdıraq ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin onlara verdiyi açıqlamanı təkzib etməsinə özünün “Facebook” səhifəsində toxunub.

Mərzilinin sözlərinə görə, məlumatdan da göründüyü kimi, akademik Ramiz Mehdiyevin “Təzadlar”ın əməkdaşı ilə söhbəti inkar edilmir: “Hətta söhbət əsnasında akademikin bəzi şəxslərlə bağlı söylədiyi ittiham və məlumatları məlum yazımızda qeyd edilməyib, lakin Mətbuat və İnformasiya Xidmətinin məlumatında bu barədə bəhs edilir: “Nəhayət, Mətbuat və İnformasiya Xidməti də öz məlumatında diplomatik formada qeyd edir ki, “…bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməmişdir”. Bəli, biz də yazmışıq ki, razılaşmaya əsasən, akademik Ramiz Mehdiyev yaxın günlərdə “Təzadlar”a müsahibə verəcək, yazmamışıq ki, müsahibə verib”. Bundan başqa, Asif Mərzili “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədlinin Ramiz Mehdiyevlə 15-20 dəqiqlə telefonla danışığının baş tutduğu da əlavə edib: “Mənim yanımda əməkdaşımız Elçin Məmmədli zəng etdi, mən nömrəsini verdim. Orda qeyd edilir ki, şəhər telefonuna zəng etmişik. Amma biz onun mobil telefonuna zəng etdik. Dediklərini belə az yazdıq. Maksim Musayev və Fəzail Ağamalının da əleyhinə çox şeylər danışdı. Biz yazmadıqlarımızı da özləri açır. Mən onların məlumatına hörmətlə yanaşıram. Amma bu, təkzib deyil. “Ramiz Mehdiyev nə xarici, nə də ölkədaxili mətbuata müsahibə verib” deyirlər. Biz onsuz da onun bizə müsahibə verdiyini iddia etmədik ki”.

“Zaman-zaman belə məsələlərin və təhdidlərin olması ölkənin daxilində gedən siyasi proseslərə də kölgə salmış olur”

Mövzuyla bağlı Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü və icra katibi Natiq Cəfərli “Hürriyyət”ə açıqlamasında, Ramiz Mehdiyevin əlində kifayət qədər ciddi məlumatların olduğunu bildirib.

O, Ramiz Mehdiyevə bağlı insanların cəzalandırılmayacağı təqdirdə, ölkə daxilində müəyyən təhlükələrin yaranması ehtimalının olacağını qeyd edib: “Ramiz Mehdiyev müstəqillikdən üzü bəri Azərbaycanda çox vacib açar füqurlardan biri olub. Əsasən də daxili siyasətin dizaynında zaman-zaman ən öndə gedən füqurlardan olub. Xüsusən də 2000-ci illərin ortalarında kifayət qədər nüfuzu və təsir imkanları olub. Əslində, onun məlumatlı olması heç də təəccüblü deyil. Təbii ki, onun əlində kifayət qədər ciddi məlumatlar var. Sadəcə, onun dediyi fikirlər çox güman ki, xəbərdarlıq və yaxud da şantaj xarakteri daşıya bilər ki, ona qarşı olan danışıqlara və tənqidlərə son qoyulsun. Bununla da onun cavab reaksiyası xəbərdalıq xarakterli bəyanata bənzəyir”.

REAL-ın icra katibi hesab edir ki, Ramiz Mehdiyevə bağlı insanlarla bağlı məsələ birdəfəlik həll olunmalıdır: “Yəni, bunlar uzun illər dövlətin vacib postunda qalaraq, ölkə daxili siyasəti, iqtidar-müxalifət, media, sivil toplum və xarici əlaqələrlə bağlı münasibətlərin korlanmasında və yaxud da başqa cür dizayn olunmasında iştirakları olubsa, bütün bunların hamısı ortalığa çıxarılmalıdır. Bunlar ortalığa çıxarılmalı və bununla da bu səhifə qapadılmalıdır. Nə qədər bu səhifə açıq qalacaqsa, bununla bağlı, ölkədə daxilində müəyyən təhlükələrin yaranması ehtimalı da olacaq. Onların əlində hansısa məlumatın olması, heç də təəccüblü deyil. Sadəcə, heç bir məmur belə sözlərlə dövlətin işinə və iş qaydalarına şantaj edə bilməz. Bu şantajın mənbəyi kökündən həll olunmalıdır. Birdəfəlik siyasət səhnəsində daxili münasibətlər də ağarmalıdır. Zaman-zaman belə məsələlərin və təhdidlərin olması ölkənin daxilində gedən siyasi proseslərə də kölgə salmış olur. Bir növ qaranlıq dönəmlərin olmasına işarədir. Hansısa qanun pozuntuları olubsa, hamısı üzə çıxıb, birdəfəlik hər kəs layiq olduğu cəzasını almalıdır”.

“Onun sözlərinin mənə dəxli yoxdur, 1998-ci ildən bəri Ramiz Mehdiyevlə qarşı-qarşıya olan insanam”

Ramiz Mehdiyevin “Təzadlar” qəzetində eleyhinə danışdığı şəxslərdən biri də deputat Fəzail Ağamalıdır. Ramiz Mehdiyevin məlum fikirlərinə münasibət öyrənmək üçün Fəzail Ağamalıyla əlaqə saxladıq.

Deputat “Hürriyyət”ə açıqlamasında, Prezident Administrasiyasının keçmiş rəhbərinin sözlərinin ona aid olmadığını və əksinə onunla 1998-ci ildən bəri qarşı-qarşıya olduğunu bildirdi: “Onun sözlərinin mənə dəxli yoxdur. Mən 1998-ci ildən bəri Ramiz Mehdiyevlə qarşı-qarşıya olan insanam. O məni nə himayə edib, nə də hər hansısa yaxşılıq və ya köməklik edib. Əksinə, imkanları daxilində problemlər yaradıb. Onun da dediyi bu sözlərin mənə qətiyyən dəxlisi yoxdur. Artıq dediyimiz demişik”.

Ola bilsin ki, Ramiz Mehdiyevin taleyi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun taleyi kimi olacaq. Görünür, onların toxunulmazlığının əsas səbəbi dövlətdə təmsil olunan yüksək ranqlı məmurlarla bağlı çox güclü kompromatlara malik olmalarıdır.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az