• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
7-03-2018, 08:48

Artur Rasi-zadə üçün bəlkə də sonuncu hesabat hazırlığı

Artur Rasi-zadə üçün bəlkə də sonuncu hesabat hazırlığı

Ermənistan baş naziri ilə danışıqlarda Azərbaycanı yeni baş nazirin təmsil etməsi istisna deyil

Milli Məclis martın 16-da hökumətin son bir illik fəaliyyətinə qiymət verəcək. İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcək. Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini baş nazir Artur Rasi-zadənin edəcəyi gözlənilir.

Böyük ehtimalla bu, Artur Rasi-zadənin baş nazir kimi Milli Məclisdə son hesabatı olacaq.

“Yeni Müsavat”a daxil olan məlumata görə, 11 apreldə keçiriləcək prezident seçkisindən sonra yeni formalaşdırılacaq hökumətin tərkibində baş nazir Artur Rasi-zadə daxil olmaqla, bir neçə indiki nazir yer almayacaq. Artur Rasi-zadənin öz istəyi ilə fəxri təqaüdə göndəriləcəyi, bir neçə nazirin isə köhnə vəzifələrinə bərpa edilməyəcəyi bildirilir. Mənbə Artur müəllimin baş nazir vəzifəsindən gedəcəyinin tamamilə dəqiq olduğunu vurğulayıb. Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında da göstərilir ki, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır.

Sənəddə həmçinin qeyd edilib ki, dövlət idarəetmə strukturlarının optimallaşdırılması, idarəetmədə təkrarçılığın və paralelliyin aradan qaldırılması, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması, oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi, çoxpilləli idarəetmə quruluşunun ləğv edilməsi, inzibati xərclərin azaldılması, bu sahədə dövlət büdcəsinin vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədilə dövlət büdcəsi xərclərinin tərkibində idarəetmə xərclərinin xüsusi çəkisinin azaldılması istiqamətində mütəmadi olaraq işlər aparılır.

Son illərdə bir sıra nazirliklərin və komitələrinin, habelə, yerli icra orqanlarının sayının azaldılması, onların bəzilərinin ləğv edilməsi, təşkilati-hüquqi formasının dəyişdirilməsi, birləşdirilməsi həyata keçirilib.

Bundan əlavə, aparılan islahatlar sırasında iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına xidmət edən bir sıra digər tədbirlərin də icrası nəzərdə tutulur.

Seçkidən sonra formalaşdırılacaq yeni hökumətdə yenidən nazir vəzifəsinə təyin edilməyəcəyi gözlənilən şəxslərin də adı məlumdur. Sadəcə olaraq, onların məsələsi hörmətli Artur Rasi-zadənin məsələsi qədər yüz faiz qətiləşmədiyi üçün hələlik yazmağı məqsədəuyğun hesab etmirik. Baş nazir vəzifəsinə YAP-ın icra katibi Əli Əhmədovun təyin ediləcəyi deyilir. Qeyd edək ki, Əli Əhmədov 2013-cü il prezident seçkisindən sonra formalaşdırılan hökumətin tərkibinə baş nazirin müavini olaraq daxil edilib. Hazırda o, YAP-ın prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsidir.

Yayılan xəbərlərdə həmçinin bildirilir ki, seçkidən sonra baş nazir vəzifəsinin əhəmiyyəti artacaq. Burada Ermənistanda baş nazirin aprelin 2-dən sonra səlahiyyətlərinin fantastik həddə artması və Qarabağ danışıqlarını baş nazirin aparacağı faktorunun da müəyyən qədər rol oynayacağı ehtimal edilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iki gün öncə açıqlamasında deyib ki, hər iki ölkədə hökumətlər formalaşandan sonra sülh danışıqları başlayacaq. Nazirin bu açıqlamasından bu qənaətə də gəlmək olar ki, Ermənistan baş naziri ilə danışıqlarda Azərbaycanı da yeni baş nazirin təmsil etməsi istisna deyil.

Həmin baş nazirin isə fevralın 26-da 84 yaşı olan Artur Rasi-zadənin olmayacağı dəqiqdir.

Xatırladaq ki, hörmətli Artur Rasi-zadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün bir neçə dəfə ölkə rəhbərliyinə müraciət etdiyi haqda indiyə qədər mediada bir neçə dəfə xəbərlər yayılıb.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az