• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
18-08-2020, 18:27

Talanan Azərbaycan: Əhmədzadənin müavini ərəb şeyxlərindən də varlıdır... - Fotofakt

Talanan Azərbaycan: Əhmədzadənin müavini ərəb şeyxlərindən də varlıdır... - Fotofakt

Jurnalist Cavanşir Həsənli Meliorasiya və Su Təsərrüfatı AS-nin rəhbər şəxslərinin ölkə xaricinə daşıdığı milyonlarla bağlı sensasion məlumat açıqlayıb.ə

Məlumatda ASC-nin sədr müavini Rafiq Aslanovun xaricdəki şirkətləri, evləri və bahalı avtomobilləri əksini tapıb:

“Meliorasiya və Su Təsərrüfatı ASC yaradılandan sonra hələ bircə dəfə də olsun maliyyə hesabatı təqdim etməyib. İki il əvvəl ASC ilk dəfə maliyyə hesabatını açıqlayacağı barədə vəd versə də bu reallaşmayıb.

Yalnız o məlum olub ki, dövlətə məxsus bu qurum 2018-ci ili 31 milyon 714 min manat xalis zərər ilə başa vurub. Həmin il ASC cəmi gəlirlərini 829 milyon 402 min manat, xərclərini isə 861 milyon 117 min manat göstərmişdi.
Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurum su təsərrüfatına il ərzində az qala 1 milyard manat “xərcləyir”, amma bu sahədə bərbad vəziyyətdən dolayı ölkədə su böhranı bu il pik həddə çatıb.

Amma indiyədək apardığımız araşdırmalar zamanı baş melioratorun oğlu Cümə və qızı Vüsalə Əhmədzadələrin Azərbaycanda, İngiltərədə, Çexiyada və Türkiyədə çoxsaylı şirkətlərə, otellərə, istirahət mərkəzlərinə, villa və kottec komplekslərinə malik olduğu ortaya çıxıb.

Amma Meliorasiya və Su Təsərrüfatı ASC-nin şübhəli tenderləri, fantastik rəqəmlərlə şişirdilmiş xərcləri, on milyonlarla manat zərəri, nəhayət ölkə rəhbərliyi səviyyəsində müzakirəyə çıxarılmış su böhranı təkcə Əhmədzadə ailəsinə böyük sərvət qazandırmayıb.

ASC-nin sədr müavini Rafiq Aslanovun oğlu Afiq Aslanov da Londonda özünə dəbdəbəli həyat qurub, şirkətlər açıb, əmlak alıb, çoxsaylı bahalı avtomobillərdən ibarət kolleksiya yaradıb.

Rafiq Aslanov 2006-cı ildən yəni qurum təsis olunandan sədr müavinidir, Əhməd Əhmədzadənin ən etibarlı adamlarındandır. Bundan əvvəl – 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. 2018-ci ildə «III dərəcəli Əmək ordeni» ilə təltif edilib.

Rafiq Aslanovun kiçik oğlu, 1998-ci il təvəllüdlü oğlu İlkin Aslanov 7 ildən artıqdır ki, Londonda yaşayır, bir neçə ildir İngiltərə vətəndaşıdır. Londonda ilk şirkətini – PERFERO LIMITED-i 2013-cü ilin yanvarında (qeydiyyat nömrəsi 08350902) Oakwood Park Road 29, London, England, N14 6QB ünvanında qeydiyyatdan keçirib.

Afiq Aslanov növbəti şirkətini elə həmin il oktyabrın 22-də yaradıb. Biznesini bahalı avtomobilləri kirayəsi ilə genişləndirib.

Britaniya Şirkətlər Evində 08742824 saylı lisenziya ilə qeydiyyatdan keçmiş PERFOCARS LIMITED-in saytında (http://perfocars.co.uk/) yer alan məlumatlara görə şirkət kirayə avtomobillər təklif etməklə yanaşı, sürücü xidməti, şəxsi mühafizə, çarter uçuşlarını sifarişlər və hava limanlarına transfer xidmətləri göstərir. Londonun Holborn, Theobalds Rd 56 ünvanındakı

Sənədlərə görə PERFOCARS LIMITED Woodgate House, 2-8 Games Road, Cockfosters, Herts ünvanında hüquqi qeydiyyatdadır.

Şirkətin balansında olan avtomobillər:
* Bentley Arnage T (2009-cu il, qiyməti 250 min dollar)
* Audi A3
* Mercedes S-Class (magıc vısıon control, qiyməti 220 min avro),
* Mercedes E 63 AMG (100 min dollar)
* Mercedes Viano
* Range Rover Sport

Avtomobillərin bir qismi ASL#NOV nömrə nişanları seçilir.

2018-ci il maliyyə hesabatına görə PERFOCARS LIMITED-in aktiv və ehtiyatları 217.048 funt sterlinq təşkil edib.

Rafiq Aslanovun oğlu 2015-ci il sentyabrın 4-də Londonda üçüncü şirkətini – G.V.B LTD-ni Woodgate House, 2-8 Games Road, Cockfosters, Herts, England, EN4 9HN ünvanında təsis edib.

Bu şirkətlə eyni gündə Afiq Aslanov Londonda GENTLEMANS VANITY GROOMING LTD-ni qeydiyyatdan keçirib. Şirkət 2016-cı ilin avqustundan REFINED GROOMING LTD adı ilə fəaliyyət göstərib, bir ay sonra isə THE NOBLE GENTLEMAN LTD kimi fəaliyyətini davam etdirir. Qeydiyyat nömrəsi 09762026, hüquqi ünvanı Woodgate House, 2-8 Games Road, Cockfosters, Herts, England, EN4 9HN-dir.

Şirkət bərbərxana və gözəllik salonlarının idarəçiliyi sahəsində fəaliyyət göstərir. Şirkətə öncə yunan əsilli Britaniya vətəndaşı Kyriakos MOUIS, daha sonra Haralambos PELENTRIDES rəhbərlik edib.

Londonda Holborn, THEOBALDS ROAD 56 ünvanındakı lüks kateqoriyalı THE NOBLE GENTLEMAN bərbər salonu (ətraflı məlumat üçün http://thenoblegentleman.co.uk) 2016-cı ildən bu şirkət tərəfindən idarə olunur.

Rafiq Aslanovun oğlunun da Londonda əmlak şirkəti də var. EQUILIBRIUM STATE LIMITED (qeydiyyat nömrəsi 11358112) 2018-ci il mayın 12-də Byron Hill Road 32, Harrow On The Hill, Middx ünvanında hüquqi qeydiyyata alınıb. 2019-cu il mayın 31-nə olan məlumata görə, əmlak şirkətinin qarışıq aktivləri 853.858 funt sterlinq (təxminən1.125.000 dollar) təşkil edib.

Sənədlərə görə 2018-ci ilin sentyabrın 6-da Afiq Aslanov bu şirkət üzərindən Londondakı Octane Property Finance Limited şirkəti ilə daşınmaz əmlak alışı ilə bağlı 1135 8112 0001 saylı müqavilə bağlayıb”.(Pia.az)










Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az