
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 11-də Türkiyəyə rəsmi səfər edəcək.
Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, C.Bayramovun sözügedən ziyarəti onun Xarici İşlər naziri kimi ölkə xaricinə ilk səfəri olacaq.
Səfər zamanı ikitərəfli və regional məsələlərin müzakirəsi, qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.(Virtualaz.org)
Nyus.Az

























