• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
30-07-2020, 12:49

"Ütülü başçı"nın rayonunda camaat dad deyir... - "Sosial yardıma üç dəfə müraciət eləmişəm"

"Ütülü başçı"nın rayonunda camaat dad deyir... - "Sosial yardıma üç dəfə müraciət eləmişəm"

Qəbələnin Zarağan kəndində yaşayan Bəşir Zeynalov birinci qrup əlildir. Səkkiz il əvvəl avtomobil qəzasında ciddi xəsarət alan 47 yaşlı sürücü iş qabiliyyətini itirib. DİA.AZ-ın məlumatına görə, 2012-ci ildə baş verən hadisə Bəşir Zeynalovun həyatını tam dəyişib. Qəzada üç onurğa fəqərəsi zədələnib. O vaxt Bakıda əməliyyat olunub, fəqərələrdən birinə tənzim cihazı qoyulub.

“Həmin gündən ağrı bir saniyə də dayanmayıb. Qolumda, kürəyimdəki ağrılar çox əziyyət verir. Yuxusuzluq olur, səhərə qədər başağrısı verir. Məndə ilik əzilmişdi. Həkim deyirdi ki, bədən müqavimətinə uyğun bərpa olunmalıdı. Həm axsayıram, həm təngnəfəs oluram. Çox çətinliklə hərəkət eləyirəm. Beş metr gedəndən sonra dizlərim üstündə dincəlməli oluram. Elə vaxt olur ki, əzələ boşalır, ayağım getmir. Stulda, ümumiyyətlə, otura bilmirəm”.

Bəşir Zeynalov bu illər ərzində imkanı çatdığı qədər müalicə olunmağa çalışıb. İki dəfə Bakı Bərpa Mərkəzində olub: “Sonra çağırmadılar. Bir az da imkana bağlı olan məsələdi. Karantin də düşüb, heç müalicə oluna bilmirəm. Bu dəqiqə çox ehtiyac var”.

Bəşir Zeynalov bu yerdə xatırlayır ki, 8 il əvvəl əməliyyat olunanda kredit götürmək məcburiyyətində qalmışdılar: “Sonra birtəhər ödəyib qurtardıq”.

Qəzaya qədər “Kamaz” sürmək Bəşir Zeynalovun ailəsini dolandırmağa çox kömək edirmiş. Dediyinə görə, hətta böyük yükün öhdəsindən gələ bilirmiş.

“Anamdı, qardaşımın ailəsidi, mənim ailəmdi - hamımız bu köhnə evdə yaşayırıq. Anamın, mənim pensiyamın hesabına dolanmağa çalışırıq. Ailəyə başqa pul gəlmir. Ümumilikdə 9 nəfərik. Mən bu vəziyyətdə, üstəlik, qardaşımın övladlarından biri də xəstədi. Dolanışıq problemi var. Əvvəllər belə deyildi. Evə əsas pul gətirən mən idim. Böyük qardaşım var, hətta onlara da əl tuturdum”.

Bəşir Zeynalov maddi sıxıntıları çox dilə gətirmək istəmir. Utanaraq deyir ki, işığa, qaza görə borc yığılıb: “200 manat işığadı, 150 manat civarında qaza. Qaz üçün gətirib smart sayğac quraşdırıblar. Nə pul qoyuramsa, yarısı borca çıxılır”.

İş qabiliyyətini itirən sürücü pandemiya dövründə işsizlərə verilən 190 manatı ala bilməyib. Əlilliyə görə təqaüd almasını imtinaya əsas göstəriblər: “Sosial yardıma üç dəfə müraciət eləmişəm. Deyirlər ki, adına torpaq var. Halbuki, adıma heç nə yoxdu. Elə suallar verirdilər ki... Məsələn, soruşurdular ki, ayda nə qədər kontur işlədirsən? Belə məntiqsiz şeylər. Çox uzadırlar”.

Böyük bir ailənin yaşadığı ev çox yararsız görünür. Evin döşəməsi, tavanı hər şeydən xəbər verir. Bəşir Zeynalov bu problemi də həll etməyə çalışıb.

“Bir dəfə icra hakimiyyətinə müraciət elədim, istəyirdim ki, yaxınlıqdakı hərbi şəhərcikdən ev versinlər mənə. Aramızda 150-200 manat məsafə var. Cavab gəldi ki, Müdafiə Nazirliyinin nəzdindədi, yalnız hərbçilərə ev verilə bilər. Halbuki, kənddə çox adi adamlara ev verilib”.

Bəşir Zeynalov ev almaq istərkən Qəbələdə aeroport yolu layihəsi zamanı torpağının bir hissəsini itirib. Yol kənarındakı evlərə hasar çəkilib, bu zaman kənd sakininin ərazisinin 2.5 sotu kənarda qalıb: “Hasarı gözəyarı çəkiblər. İndi o yer havada qalıb. Mən onda xəstəxanada olmuşam. İndi torpağın özəlləşdirmə kağızında daha az ərazi yazılıb”.

Söhbət zamanı məlum olur ki, ailə mağzadan ərzağı nisyə götürür. Amma əlil təqaüdü borcu birdəfəlik bağlamağa imkan vermir: “Pensiya alanda gedib yarısını ödəyirəm. Sonra yenə üstünə borc yığılır”.

Bəşir Zeynalov danışır ki, qohum-əqrəbadan heç nə ummur. Çünki heç kimin sosial vəziyyəti sabit deyil: “Özümüzə baxanda bilirəm. Qınamağın yeri yoxdu. Qardaş qardaşın üstünə borca gedir, yoxdu deyə utanır”.

Onunla sağollaşanda əməliyyatdan sonrakı bir epizodu xatırlayır. Birinci qrup əlillik alanda ona araba vermək istəyiblər, götürməyib: “Dedim, kimin daha çox ehtiyacı varsa, ona verin...”

Nyus.Az






Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az