• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
21-07-2020, 14:40

Ramsin Abdullayevin fəaliyyəti niyə yoxlanılmır? - İTTİHAM

Ramsin Abdullayevin fəaliyyəti niyə yoxlanılmır? - İTTİHAM

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun vəzifəsindən azad edilməsi haqqında çoxdan gözlənilən sərəncam nəhayət iyul ayının 11-də verildi.Qeyd edək ki,Arif Qasımov sözügedən rayonda İcra Hakimiyətinin başçısı vəzifəsinə 22 sentyabr 2015-ci ildə təyin olunmuşdu.Bundan əvvəl müxtəlif sahələrdə işləmiş, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri olmuşdu.Yəni bunlar Arif Qasımovun Nizami rayonunun ərazisini çox yaxşı tanıdığını deməyə əsas verir. Bəs necə oldu ki,10 illərlə İcra başçısı işləyənlərdən fərqli olaraq Arif Qasımovun başçılıq karyerası belə tez sona çatdı?
Əlbəttə Arif Qasımov tamahının qurbanı oldu.Arif Qasımov Nizami rayon İcra Hakimiyyətinin başçısı kimi işlədiyi qısa müddət ərzində dövrü mətbuatın yazdığına görə saymaqla bitməyən mülk sahibi olub,bir çox rayonlarla yanaşı, şəhərin ən gözəgəlimli yerlərində çox sayda torpaq sahələri, eləcə də həcmi on milyonlarla ölçülən nəğd pul vəsaiti əldə edib. Hansı yollarla? Nizami rayonun ərazizisində metr-metr boş torpaq sahəsələrini satmaq yolu ilə. Arif Qasımov həm bələdiyyə sədri işləyəndə,həm də İcra başçısı olanda Nizami rayonunda yaşıllıqlar demək olar ki,məhv edilib, yerində kafe,restoran,ticarət mərkəzləri tikilib.Arif Qasımovun tamahı o qədər güc gəlib ki,“Heydər Əliyev Fondu”nun vitse prezidenti, ətraf müühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyin (İDEA) rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə Nizami rayonun ərazisində salınmış istirahət parkına da göz dikməli olub. Həmin parkın sakinlərin istirahət etməsi üçün nəzərdə tutulan ərazisində özünə restoran, çay evi və əyləncə mərkəzi tikdirmək niyyətinə düşən keçmiş başçının bu özbaşınalığı təbii ki,sakinlərin haqqlı narazılığına səbəb olub.Qeyd edək ki, sözügedən parkda gedən tikinti işləri ilə bağlı “AzTV”-nin xəbərlər proqramında da məlumatlar yayılmışdı və bundan sonra Arif Qasımovun gedişi reallaşdı.
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə keçmiş İcra başçısı bütün bu kimi qanunsuzluqları Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin əli ilə həyata keçirib. Arif Qasımovun çoxsaylı, bitib tükənməyən var-dövlətinə çatmasa da, Ramsin Abdullayevin də Nizami rayonunu talamaq yolu ilə gənc yaşında mülklərə,bahalı maşınlar kolleksiyasına sahib olması barədə dövrü mətbuatda kifayət qədər məlumatlar var.Amma biz onlara deyil,keçmiş İcra başçısı ilə Ramsin Abdullayevin Nizami rayon ərazisində məhv etdikləri yaşıllıqlara da deyil,satdıqları torpaqlardan,tikdirdikləri obyektlərdən əldə etdiklərindən də deyil,taladıqları milyonlarla manat dövlət vəsaitlərindən bəhs edəcik.
Apardığımız araşdırmalar zamanı Arif Qasımovla Ramsin Abdullayevin Nizami rayon İcra Hakimiyyətinin və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi tender prosedurlarının nəticələrini ictimaiyyətin gizlədildiyi məlum oldu. Belə ki, 31 iyul 2020-ci ildə mətbuatda dərc olunmuş,dəyişdirilməsi və cari təmir işlərinin satın alınması ilə əlaqədar,26 iyun 2019-cu uil tarixdə elan olunmuş nəqliyyat vasitələrinin cari təmiri xərclərinin (ehtiyat hissələrinin) satın alınması, 04 noyabrda elan olunmuş Nizami rayonu Şirin Mirzəyev küçəsində istirahət parkının yenidən qurulması və abadlıq işləri,30 sentyabr 2019-cu ildə elan olunmuş Nizami rayonu, Q.Qarayev prospekti 71 nömrəli binanın qarşısındakı istirahət parkının yenidən qurulması və abadlıq işlərinin satın alınması,rayon ərazisindəki çoxmənzilli yaşayış binalarının fasadının,dam örtüyünün və blokların təmiri işlərinin satınalınması,rayon ərazisində bərk məişət tullantılarının daşınması üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin satınalmalarına ayrılan vəsaitlər, qalib şirkətlər barədə heç bir məlumat yoxdur.Bu tenderlətin keçirilməsi barədə qəzetlərdə məlumatlar verilsə də,işin icrası barədə məlumatların geniş ictimaiyyətdən gizlədilməsi dövlət vəsaitlərinin təyinatı üzrə xərclənmədiyindən, keçmiş İcra başçısı və MKTB-nin rəisi tərfindən mənimsənilməsindən xəbər verir. Araşdırılarsa,belə neçə-neçə tender prosedurlarının gizlin,formal şəkildə keçirildiyi üzə çıxar,ayrılmış dövlət vəsaitlərinin talanması bəlli olar.
Qeyd etdiyimiz kimi satınalmaların vahid internet portalında Nizami rayon İcra Hakimiyyətinin son illər ərzində keçirdiyi tenderlər barədə heç bbir məlumat yoxdur.Lakin rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 03.07. 2019-cu ildə,yəni bir gündə idarənin digər xərclərinin satınalması üzrə elan etdiyi 9 tenderin “ELEMENT-5” MMC-nin qalib olması barədə məlumat var. Qeyd edək ki, sözügedən MMC 26.11.2018-ci ildə Laçın rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Laçın rayonu, Taxta Körpü (məcburi köçkünlərin məskunlaşdığı yer – red.) qəsəbəsi göstərilir. Nizamnamə Kapitalı 10 manat olan MMC reysterdən son çıxarışı elə yarandığı tarıxə aiddir. Qanuni təmsilçisi isə Namiq Nurani Firudin oglu olan bu MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdur. Qeyd edək ki internet üzərindən verdiyimiz axtarışa görə Namiq Nurani Firudin oğlu 2012-ci ildə Yevlax rayon İcra Hakimiyyəti başçısının Sosial-İqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb. Hazırda sözügedən vəzifə Yevlax rayon İcra Hakimiyyəti tərəfindən vakansiyaya çıxarılıb.Onun icra Hakimiyyətində tutduğu vəzifədən kənarlaşdırılması özü bir çox suallar ortaya çıxarır. Hansı səbəbdən İcra Hakimiyyətindən xaric edilib? Yevlax rayon İcra Hakimiyyətindən redaksiyamıza onun hansı səbəbdən çıxarıldığ barədə məlumatları olmadıqlarını və hazırda işsiz olduğunu bildirdilər.

Bəs Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin Yevlax şəhər İcra Hakimiyyəti başçısının Sosial-İqtisadi məsələlər üzrə müavini olmuş və tutduğu vəzifədən kənarlaşdırılmasınin səbəbi bəlli olmayan Nurani Namiq Firudin oğluna məxsus olan “ELEMENT-5” MMC ilə işbirliyi haradan başlayıb? Yevlax şəhər İcra Hakimiyyətinin həbs olunmuş keçmiş başçısı Qoca Səmədovun kadrlarından olan Namiq Nuraninin ümumi dəyəri 439 200 manatlıq bir dövlət sifarişini həyata keçirmək imkanları nə dərəcədə olub?

Qeyd edək ki, ayrı ayrılıqda hər biri 48800 manat qiymətləndirilmiş bu tenderlərdə nə kimi işlərin görüldüyü barədə fikir bildirmək də o qədər asan deyil. Çünki burada idarənin digər xərcləri dedikdə konkret olaraq heç nə göstərilmir. Yəni burada çox şey ola bilər. Sözügedən dövlət vəsaitinin müqabilində nə kimi işlərin görülməsini isə artıq keçmiş İcra başçısı Arif Qasımovla Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevdən daha yaxşı heç kim bilə bilməz.

Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 2019-2020-ci illərdə asfalt örtüyünün təmir işlərinin satınalması üzrə ümumi dəyəri 500 min manatdan çox olan iki tenderin də qalibini yeri-yurdu bəlli olmayan, məşhur “İnpeks.N” MMC elan etmişdir.Bu MMC-nin isə dövlət vəsaitlərinin nəğdləşdirilərək təyinatından kənarlaşdırılmasına xidmət etməsi barədə təkzibolunmaz faktlar var.Odur ki,indiki halda Ramsin Abdullayevin fəaliyyətinin çiddi şəkildə araşdırılmasına ehtiyac var.
Aktualinfo.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az