
Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən virtualaz.org-a bildiriblər ki, nəticədə evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Mülki şəxslər arasında xəsarət alan yoxdur.(virtualorg.az)

























