• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
5-03-2018, 12:13

Qənirə Paşayeva İzmirdə Qarabağla bağlı tədbirdə Türk dünyasına çağırış edərək haqsızlıqlara qarşı birgə mübarizəyə çağırıb

Qənirə Paşayeva İzmirdə Qarabağla bağlı tədbirdə Türk dünyasına çağırış edərək haqsızlıqlara qarşı birgə mübarizəyə çağırıb

İzmirdə İzmir Azerbaycan Kültür və Dayanışma Dərnəyinin Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Türk dünyasına, dünyanın hər yerində yaşayan Türk diasporuna və diaspor təşkilatlarına çağırış edib. O, bir sıra ölkələrin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarlarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib, bu ədalətsizliyə hamımız harda doğulub harada yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar öz etiraz səslərini ucaltmalıdır deyib. Həmin ölkələri kəskin tənqid edən millət vəkili Qənirə Paşayeva işğalçı bir ölkəyə işğal etdiyin Azərbaycan torpaqlarını azad et deməyən o siyasətçilərin bu məsələlərdən öz maraqları üçün istifadə etdiklərini deyib. Tarixdə heç bir zaman türklər ermənilərə qarşı heç bir soyqırım törətməyiblər tam əksinə ermənilər həm Anadoluda, həm də Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəlində və sonunda türk insanına qarşı soyqırımlar törədiblər deyən millət vəkili Qənirə Paşayeva bir sıra ölkələrin yalanları dəstəkləməsi amma gerçəkləri görmək istəməmələri insanlarımızda böyük üzüntü yaratmaqla bərabər düşüncələrdə ciddi suallara da səbəb olmalıdır deyib. “Xocalı Soyqırımının 26-cü ildönümü tamam oldu. Amma biz qondarma erməni soyqırımı yalanlarına dəstək verənlərin Xocalı Soyqırımı ilə bağlı bir cümlə açıqlamasını belə eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Amma qondarma erməni qoyqırımı yalanlarını dəstəkləyənlər 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin vacibliyi ilə bağlı heç zaman danışmayıb. Atalarının belə görmədiyi hadisələrdən danışanlar bəs niyə hər şeyi gördükləri Xocalı üçün bir açıqlama vermirlər? Niyə Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməsi üçün təzyiq etmir, çağırış səsləndirmirlər? Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Bunlar ciddi mətləblərdən xəbər verir deyən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerində türk insanı, gəncləri gerçəkləri görməli və dünyanın hər yerində yalanlara qarşı doğruları daha çox təbliğ edərək mübarizə aparmalıdırlar deyib. Özəlliklə Avropadakı türk diaspor təşkilatlarının bu cür açıqlamalara etiraz səsini ucaltmasının vacibliyinə toxunan millət vəkili Qənirə Paşayeva gəncləri sosial mediyada yalanlara qarşı mübarizədə aktiv olmağa və duyarlı olmağa çağırıb. Diaspor təşkilatlarımız birlik və bərabərlik içində qondarma erməni soyqırımı yalanlarına qarşı artıq çox ciddi mübarizə aparmalıdırlar deyən millət vəkili Qənirə Paşayeva yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır vədünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar deyib. Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Sizə və dünyanın hər yerində yaşayan qardaş-bacılarımıza səslənərək demək istəyirəm ki, buna nail olmayana qədər bizə rahatlıq olmamalıdır və hər birimiz öz yerimizdə bu istiqamətdə daha çox çalışmalıyıq” deyib. Tədbirin sonunda millət vəkili Q.Paşayeva İzmir millət vəkilləri,rəsmi şəxsləri və İzmir Azerbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Mülazim Paşa tərəfindən plaket təqdim edilib. Tədbir çərçivəsində millət vəkili Q.Paşayeva İzmirin rəsmi şəxsləri, bələdiyyə rəhbərliyi, aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları, burada yaşayan və təhsil alan azərbaycanlılarla da görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub. Millət vəkili KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanıa bağlı suallarını da cavablandırıb.

Millət vəkili Q.Paşayevanın konfransda çıxış videosunun linkini burdan izləyə bilərsiniz.




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az