• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
2-07-2020, 17:09

“Anam hər səhər İbrahim Cəfərovu qapımızdan qovurdu” – ADAU-nun tədris ustası ilə ŞOK MÜSAHİBƏ

“Anam hər səhər İbrahim Cəfərovu qapımızdan qovurdu” – ADAU-nun tədris ustası ilə ŞOK MÜSAHİBƏ

Azərbaycan Dövlət Aqrar Universitetinin tədris ustası Hacıyev İlqar Hacı oğlu “Demokratik.Az”-a ŞOK MÜSAHİBƏ verib.
Müsahibimiz ADAU-nun tədris mühitindən, problemlər və perspektivlərdən danışıb, xüsusilə də AMEA-nın müxbir üzvü, rektor İbrahim Cəfərovun keçmişi və əsl kimliyi barədə qalmaqallı fikirlər səsləndirib.
”Demokratik.Az” maraqlı müsahibəni təqdim edir:
- Salam İlqar müəllim, ölkədə karantin günləri davam edir, əvvəlcə soruşum ki, necəsiniz?
- Şükür edək ki, salamatıq. Pulsuzluğum, maddi sıxıntılarım olsa da yaxşı olmağa, sağlam yaşamağa, virusa yoluxmamağa çalışıram. İndi cansıxıcı dönəmdir, hamı özünü qorumalıdır..
- Hiss olunur ki, darıxırsınız və çox narahatsınız...
- Təbii ki, daha çox evdə olduğum üçün darıxıram. Maddi sıxıntılarım da bir yandan darıxdırır məni. Həm koronavirusa qarşı, həm də gündəlik tələbatı qarşılamaq üçün savaşıram. Pulum, gəlirim çox olsa nə varıydı ki... Hamı deyir, görəsən nə olacaq, post-pandemiya məni də çox narahat edir...
- ADAU-da işləyirsiniz və maaşınızdan niyə belə narazısınız?
- Necə narazılıq etməyim? 260 manatla firavan dolanışıq təmin etmək olmaz axı... Elə bilirsiniz ADAU-da işləyirəm vəssalam, amma mən bu universitetdə ən az maaş alan texniki işçiyəm. Düz 25 ilimi bu elm məbədinə qurban vermişəm ki, sonu yaxşı olacaq. Deyəsən yanılmışam, səhvlər etmişəm. Təsəvvür edirsinizmi, aspiranturanı da bitirmişəm, özüm ziyalı ailəsində doğulub yağ-bal içində böyümüşəm. Mərhum atam Hacıyev Hacı Əli oğlu uzun müddət Azərbaycanın müxtəlif rayonlarında kənd təsərrüfatı sahələrində rəhbər vəzifələrdə çalışıb. Adlı-sanlı, pullu bir kişi olub, indi o cür kişinin oğlu ADAU-da tədris ustası kimi işləyib maaşının azlığından danışır...
- Deyirsiniz aspiranturanı bitirmisiniz, amma texniki işçi heyətində işləyirsiniz və az maaş alırsınız. Sizin işinizin, texniki vəzifənizin müqabilində minimum əməkhaqqı müəyyənləşibsə, nəyə üsyan edirsiniz?
- Taleyimdən narazılıq edirəm əslində. Amma, məni üzən budur ki, mənə qarşı son illər qərəzçilik edilir. Məsələ təkcə maaşımın belə azlığından getmir. 30 ildir tanıdığım rektor İbrahim Cəfərovun mənə olan şəxsi kini bütün sədləri aşıb. Bir neçə ildir müəllim keçmək üçün müraciət edirəm, rektorluq bunun qarşısını əsassız bəhanələrlə alır. Amma, illərdi kimi gəldi savadlı-savadsız müəllim götürür. Araşdırsalar bilərlər ki, nədən danışıram, bizim müəllimlərimiz var ki, aspiranturanın nə olduğunu bilmir, çoxunun heç magistr təhsili də yoxdur axı! Mənim müəllim olmaq şansım bizim təkəbbürlü rektoru çox narahat edir. Elə olmasaydı, heç olmazsa Universitetdə texniki işçilərin maaşı artanda mənim də məvacibimə artım olardı. Olmadı, əksinə, mənim alacağım pulu azaldıblar, ən az maaşı mən alıramsa bunun niyəsi, tutarlı səbəbləri olmalı deyilmi? ADAU rektoru burda özünü həm də maliyyə naziri, baş mühasib kimi aparır. Kimin maaşını istəyir artırır, mənim kimi kin saxladıqlarının da asanlıqla belini qırır. Araşdırın görəcəksiniz ki, bu hal professor-müəllim heyətinə münasibətdə də belədir...
- İbrahim müəllim sizə qarşı niyə bu qədər qərəz, nifrət nümayiş etdirəlidir? Bununla nə əldə edir, nə qazanır?
- İbrahim Cəfərovu 30 ildir tanıyıram. Onunla dostluğumuz, yoldaşlığımız çox olub. Mənim imkanlı vaxtlarımda adam o qədər kasıb idi ki, cibinə siqaretini də mən alırdım, maşınımla hara istəyirdisə aparırdım. 90-cı illərdə qışın oğlan çağında Gədəbəyin sabiq icra başçısının yanına da mənimlə gedib-gəlirdi, niyəsini deməyəcəm. İllərlə onunla yeyib-içib hesabını da mən ödəmişəm. Məndən də 10 yaş böyükdür, həmişə ona qonaqlıq vermişəm. Bir gün anam rəhmətlik dedi ki, o İbrahim sənə araq içməyi, əyyaşlığı öyrədir, sabahdan ona yaxın getmə! Mən anamla razılaşmadım, dedim o mənim dostumdur, Gəncədə də bir qəribdir. Anama dedim ki, içməyimi istəmirsənsə, bir də içmərəm, amma dostumla işin olmasın. Beləcə, indi məni tanımayan adam hər səhər gəlib məni çağırır, xaş yeməyə, araq içməyə gedirdik. O günlərin birində İbrahim dostum məni o qədər içirdib sərxoş elədi ki, evə gələndə anam saatlarla danladı. Və sabah səhər tezdən anam qapımıza gələn İbrahim müəllimi tənbehləyib qapıdan qovmuşdu...
- O gündən bu günə qalan ədavətdir, deyirsiniz...
- Yox əşşi, həmin gündən sonra dostluğumuz illərlə davam edib. İbrahim Cəfərov məndən əl çəkərdi? Yenə gəlirdi, aparırdı və mənim pulumla nəyi var içirdik, keflənirdik. Sonralar anlamışam ki, anamın onda müşahidə etdiyi neqativ mənəvi davranışları mən görməmişəm, onun səmimiyyətinə inanmışam. Elə bilmişəm dostumdur, nə bilim. Demə, o illərlə məni içirdib, məndən istifadə edib pulumu, çörəyimi yeyirmiş...
- Bunlar bir rektorun sizə qarşı qərəzli olmasına real səbəb kimi görünmür axı?
- Sizə və kənardakılara görə görünməyə bilər. Amma, bütün ADAU ailəsi bilir ki, İbrahim Cəfərov rektor olandan sonra ona yaxşılıq edən, onu irəli çəkib "alim" edən hamıya qarşı üsyankar, yaralı keçmişinə də çox unutqan olub. Bunu Gəncədə çoxları təsdiq edə bilər...
Ümumi fikirlərlə İbrahim Cəfərovu qədirbilməz kimi təqdim etməyiniz yaxşı iş deyil...
Faktlar istəyirsinizsə, bir-ikisini deyim, eşidin. O Gəncədə qəribçilik çəkməyə başladığı illərdə ADAU-nun tanınmış alimi Nizami Seyidəliyevin evində qalıb. İndi mən sizdən soruşuram, hanı indi Seyidəliyevin ADAU-dakı yeri? Rektor olan kimi O, Seyidəliyevi asanlıqla öhdəsindən gəldiyi prorektorluq postundan qovdurubsa, onunla yola gedə bilməyibsə bu əməlinin adına özünüz qiymət verin. Bəs, tanınmış və çox savadlı aqronon alimlərimizdən biri olan dosent Sarif Əhmədova qarşı etdiklərini necə qəzəblə xatırlamayasan? İbrahim müəllim gərək yaddan çıxarmayaydı ki, ona öz pulu ilə Gəncədə ilk evi alıb bağışlayan məhz Sarif müəllim olmuşdu. Amma, ona qarşı da haqsızlıqlar edib, onun barəsində həmişə xoşagəlməz çıxışlar edib, Bəhmən Xəlilovun rektorluğunda danosçuluq edərək onun yerinə dekanlıq da əldə edib. Belə faktlar o qədərdir ki...
- Bir müddət əvvəl nazir İnam Kərimova da şikayət etmişdiniz...
- Etmişdim, nazirliyin qaynar xəttinə də dəfələrlə şikayətlənmişəm. Amma ciddi araşdıran tapılmadı, əksinə rektor mənə olan təzyiqlərini artırdı. Onlayn dərslərdə canlı dinləyici kimi şərhlər yazırdım, suallar verirdim. O belə rektora ağır gəlirdi, məni ADAU-TV-də blok belə etdirmişdi...
- Ümumiyyətlə, ADAU-dakı təlim-tədris mühitini necə dəyərləndirərdiniz?
- Son illərdə aqrar mütəxəssis hazırlığının gücləndirilməsi və daha səmərəli nəticələrin alınması istiqamətində dövlət başçımızın ADAU-ya göstərdiyi diqqət və qayğısı sayəsində maddi-texniki baza təsəvvürə gəlməyəcək səviyyədə gücləndirilib. Yeni tikilən tədris korpusları, müasir laboratoriyalar, elektron lövhəli auditoriyalar onu deyir ki, tələbələrimiz ancaq oxusun. Amma, məncə rektorun son illərdə apardığı tədris xətti və hazırki pedoqoji heyət ADAU-nun aqrar elm mərkəzinə çevirməyə yetmir. ADAU-da innovativ elmi potensial çox aşağıdır. Belə olmasaydı, universitet hansısa aqrar elmi kəşflərə, patentlərə imza atardı. Hər şey formal xarakter daşıyır. Amma inanıram ki, gələcəkdə yaxşı olacaq, universitet öz funksiyasını daha müasir tələblər səviyyəsinə qaldıracaq.
- Yəni, siz də düşünürsünüz ki, rektor İbrahim Cəfərovla və indiki professor-müəllim heyyətilə ADAU dünya reytinq cədvəlində irəli sıçrayana oxşamır...
- Əlbətdə oxşamır, gəncləşmə, modernləşmə olmalıdır, ADAU elmi potensialı, qabiliyyəti daha yüksək olan həqiqi elm adamlarına həvalə edilməlidir. Yoxsa, rus ədəbiyyatlarını plagiat edib alim adı alanlardan nə umasan ki... hara gedir bu universitetin axırı, bilinmir...
- Biz də diqqət ayırmışdıq, yəqin ki, rektorun plagiatlığını da nəzərdə tutursunuz...
- Təkcə rektorun plagiatlığı, elmi rəzaləti deyil dərdimiz. Demək olar ADAU-nun 80 faiz alimi dissertasiya işlərini, elmi təhlillərini hazır ədəbiyyatlardan köçürür, bir-birilərini yamsılayırlar. Ona görə də rektorun dediyiniz o plagiatlıq sərgüzəştlərinə səsini çıxaran yoxdur...
- Rektor hamını "ADAU-100" yubileyinə hazırlaşdırır, bu barədə nə düşünürsünüz?
- Nə deyə bilərəm, hamı bilir ki, ADAU universitet kimi 1929-cu ildən təşəkkül tapıb. Bir-iki fakültənin yaranışı ilə belə bir niyyət aşılanırsa, yenə vay halımıza. İbrahim Cəfərov yəqin "90 illik" deyil, "100 illik" medallara həvəslidir. Araşdırmalı olanlar buyursun, araşdırsın...
- Media vasitəsilə hansısa fərdi çağırışınız, ADAU adına özəl bir istəyiniz varmı?
- İstərdim ki, hamı paradoksu görsün, Kənd Təsərrüfatı Nazirimiz cənab İnam Kərimov isə rektorumuzu yaxşı tanısın ki, bir düşünə bilsin: - Necə olur ki, dekan olanda boz bir kastyumda qalmış, mərhum akademik Siddiqə Məmmədova tərəfindən dekanlıqdan qovulmuş bir adam indi Gəncədə ən varlı adamlar sırasındadır? ADAU rektoru özünə bahalı maşınlar, villa-malikanələr ala bilir, bu qədər pula çatmağın hansısa halal yolu varmı? Varsa, İ.Cəfərov bizə də öyrətsin. Əgər İnam müəllim məni şəxsən qəbul etsə, ona burda deyə bilmədiyim daha ciddi faktları deyərəm. Aidiyyatı qurumlar isə xahiş edirəm ki, araşdırsınlar görək, niyə mənim maaşım ADAU-da ən az maaş olmalıdır, niyə mən müəllim götürülmürəm? Bu nə zillətdir, nə şəxsi pislikdir ki, mən illərdir çəkirəm?!..
Müsahibə verdiyiniz üçün minnətdarlığımı bildirirəm, inşəallah hər şey ürəyinizcə olar...
Demokratik.Az-a təşəkkür edirəm ki, mənə özəl diqqət ayırdınız. Allah xalqımızı rektorumuz demiş "şərəfsiz koronavirus" bəlasından hifz etsin, bizi də pulsuzluqla və savadsız mərdiməzarlarla sınağa çəkməsin!... (və gülür)
Söhbətləşdi: Osman Nərimanoğlu
Demokratik.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az