• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
19-06-2020, 16:25

Gəncədə abadlıq işləri görmək üçün sifariş alan kimdi, işi görən kim? - İTTİHAM

Gəncədə abadlıq işləri görmək üçün sifariş alan kimdi, işi görən kim? - İTTİHAM

Gəncədə abadlıq işləri görmək üçün sifariş alan kimdi, işi görən kim?
Təxminən iki aydan sonra Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasının iki ili tamam olacaq.Bu iki il ərzində Niyazi Bayramovun rəhbərliyi altında Gəncə şəhərində nə kimi işlər görülüb,nə kimi yeniliklər edilib? Bunu şəhər sakinlərindən daha yaxşı heç kim bilə,bilməz.Çünki xalqın gözü tərəzidir. Xalqın gözü ilə baxdıqda isə Niyazi Bayramovun ancaq yerində saydığını görmək mümkündür.

Qeyd edək ki,istər Dövlət Gömrük Komitəsində,istər Fövqəladə Hallar Nazirliyində,istərsə də Mingəçevir şəhərindəki 6 illik fəlliyəti dövründə Niyazi Bayramov karyerasının ən məhsuldar çağlarını yaşayıyıb.Həmin dövrdə ölkə başçısının etimadından, dövlətin verdiyi səlahiyyətlərdən sui- istifadə edən bir çox məmurlar kiimi Niyazi Bayramov da qaz vurub,qazan doldurub. Artıq o günlər keçmişdə qalıb.İndi dövlət başçısı İlham Əliyev korrupsioner məmurlara qarşı barışmaz mövqe tutub. Artıq bir neçə belə məmur layiqli cəzasını alıb və bu kimi hallar baş verdiyi halda keçmiş xidmətlərinə baxmayaraq, heç kimə güzəştlərin olunmayacağını ölkə başçısı dəfələrlə bəyan edib.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə dörd tərəfindəki tuthatulara baxmayaraq Niyazi Bayramov Gəncədəki ən yaxın adamlarının vasitəçiliyi ilə hələ də dövlət vəsaitlərinin müxtəlif yollarla mənimsənilməsinə şərait yaradır.İcra Hakimiyyətinə tabeli bütün qurumların keçirdikləri tender prosedurlarına baxdıqda bunları görməmək mümkün deyil. İl ərzində cari təmir üçün mal-materiallarının, xüsusi geyim və yumşaq inventarların ,ehtiyat hissələrinin, sürtkü materiallarının, digər mal-materialların, mətbəə xərclərinin, dəftərxana və təsərrüfat mallarının,uşaq bağçalarına ərzaq mallarının satın alınması üzrə keçirilən tenderlərdən “otkat” üsulu Gəncədə hələ də davam etdirilir. Biz bu baxımdan şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin hamısı deyil,bir neçəsi ətrafında dolaşan şübhələrə elə İcra Hakimiyyətinin rəsmiləri ilə birgə aydınlıq gətirmək istərdik.

Qeyd edək ki, İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində abadlıq-quruculuq, avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işləri üzrə 24.10.2018-ci il tarixdə “Gəncə Körpü Tikinti-2” ASC ilə 9998751.06 manat məbləğində müqavilə bağlanmışdır.

2019-cu il üçün Gəncə şəhərinin küçələrinin əsaslı təmiri,işıqlandırma sistemlərinin yenilənməsi və əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması işlərinin satın alınması üzrə 03.06.2019-cu il tarixdə 3972516 manat məbləğində vəsait ayrılıb və “Gəncə Körpü Tikinti-2” ASC ilə müqavilə bağlanılıb.

2019-cu il üçün Gəncə şəhərinin küçələrinin əsaslı təmiri,işıqlandırma sistemlərinin yenilənməsi və əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması işlərinin satın alınması üzrə 03.06.2019-cu ildə keçirilmiş tenderdə “GƏNCƏ CİHAZQAYIRMA ZAVODU”ASC ilə 981700 manat məbləğində müqavilə bağlanıb.

Müqavilələrin bağlanma tarixinə diqqət yetirdikdə onların 2018-ci ilin avqust ayından sonra,yəni Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasından sonrakı dövrü əhatə edir. Niyazi Bayramov rəhbərliyə başladıqdan bu günə qədər Gəncə şəhərində təkcə 2018-2019-cu illərdə abadlıq-quruculuq, avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərinə ümumilikdə 14 milyon 952 min manat vəsait ayrılmışdır.2020-ci ildə isə bu məqsədlə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi “ƏRDAGI”Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 7 milyon 145 min manat məbləğində müqavilə bağlanıb. Bu isə bir il altı ay ərzində 22 milyon manatdan çox dövlət vəsaiti deməkdir.Maraqlıdır,Gəncədə bu işlər görülübmü? Təbii ki görülür.Amma kimlər tərəfindən?

Gəncə şəhər İcra Hakimiyyətinin rəsmi internet portalında yerləşdirilmiş məlumata görə 04.06.2020-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov abadlıq işlərinin aparıldığı Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektləri, habelə Məmməd Xələfov küçəsində olub. Burada işlərin gedişatı ilə maraqlanıb.

Adıçəkilən ərazilərdə çoxmənzilli binaların həyətləri abadlaşdırılır, yol kənarındakı yaşıllıq zolaqları yenilənir, qazon səpilir. Ağaclara aqrotexniki qulluq göstərilir, yola tərəf əyilərək yol nişanlarının qarşısını kəsən budaqlar budanır. Bununla yanaşı səkilərdə səligə-səhman yaradılır, yeni bardür daşları düzülür, ehtiyac olan hissələrin asfalt örtüyü bərpa edilir. Məmməd Xələfov küçəsinə də yeni asfalt örtüyü çəkilir. Əraziyə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.

Niyazi Bayramov Gəncədə aparılan abadlıq işlərinin gedişatı ilə yerində tanış olub

Diqqət yetirirsinizmi? Tenderin qalibi olan,dövlət vəsaiti alan başqa şirkət,ərazidə işə cəlb olunanlar isə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası.

Qeyd edək ki,İcra Hkimiyyəti tərəfindən Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinin satınalması üzrə 09.04.2020-ci il tarixdə keçirilmiş tenderin qalibi isə”Rövşən Oğuz Qrup” MMC olub və tərəflər arasında 16900000 manat müqavilə bağlanmışdır.

Cəncə şəhər İcra Hakimiyyəti 09.04.2020-ci ildə “Rövşən Oğuz Qrup” MMC ilə həm də Gəncə şəhərində İdman Sarayının tikintisinin işlərinin satınalması üzrə 4600000 manat məbləğində müqavilə bağlamışdır.Sözügedən İdman Sarayının Layihə-Smeta sənədlərinin hazırlanması işlərinə isə 400000 manat vəsait ayrılmış və 30.04.2020-ci il tarixdə “Başak Proje və Dizayn”MMC ilə müqavilə bağlanmışdır.Müqavilələrdən də göründüyü kimi bütün bunlar 2020-ci ilin aprel ayında baş tutmuşdur.

Amma Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində İdman Sarayının tikintisinin davam etdirilməsi üçün 14 mart 2019-cu il tarixdə “Rövşən Oğuz Qrup” MMC ilə 4000000,00 (dörd milyon ) manat məbləğində satınalma müqaviləsi bağlanılması barədə 08.04.2019-ci il tarixdə satınalmaların vahid elektron portalında bildiriş elan olunmuşdur. Artıq bu başa düşülən deyil. Çünki 2019 cu ilin aprelində tikintinin davam etdirilməsi məqsədi ilə 4 milyon manat məbləgində müqavilənin bağlanılması barədə bildiriş elanı verilir,üstündən tam bir il keçdikdən sönra sözügedən İdman Sarayının layihələndirilməsinə və tikintisinə ümumi olaraq yenidən 5 milyon manat vəsait ayrılır. Bildiriş elanında tikintinin davam etdirilməsi göstərilirsə,deməli tikinti işlərinə 2018 ci ildə başlanılmışdır.2018-ci ildə isə bu məqsədlə nə qədər vəsaitin ayrıldığı bəlli deyil. 2019-2020 ci ildə isə İdman Sarayının tikintintisinə ümumilikdə 9 milyon manat vəsaitin ayrıldığı ortaya çıxır.

Ümumilikdə 21 milyon manat dəyərində işin icrası həvalə edilmiş “Rövşən Oğuz Qrup” MMC kimə məxsusdur?Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində 29.04.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanı Oğuz rayonu,Oğuz şəhəri,Nəsimi küçəsi ev 11, qanuni təmsilçisi isə Mustafayev Hafiz Carı oğlu olduğu göstərilib.MMC-nin http://www.rovshan.com/ saytında yerləşdirilən məlumatlara görə,bölgədə mülki inşaat işləri, keyfiyyətli mebel istehsalı, qeyri-sənaye obyektləri və mənzillərin texniki xidmət və təmiri, habelə istilik, ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması və servisi, isitmə sistemləri, avadanlıqların texniki qulluğu (generatorlar, yabalı yükləyici, qaldırıcı işçi platforma, nasoslar və s.), və özünün Oğuz rayonunda yerləşən “AFRA” mehmanxanasında istirahət xidmətlərindən ibarət bütöv bir xidmətlər spektrini təklif edən şirkətdir.

Saytda yerləşdikləri məlumatlardan da görsəndiyi kimi hərtərəfil işlərin görülməsini həyata keçirən bu MMC-nin işçilərinin sayı nə qədərdərdir? Koronavirus pandemiyasını yayıldığı,ölkədə karantin rejimi elan olunduğu bir dövrdə bu MMC işçilərini əməkhaqqı ilə təmin edirmi? Bütün bu kimi suallara cavabı təbii ki, MMC-nin bəlli olmayan sahibi deyil,Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov verməlidir.Çünki,şəhərdə abadlaşdırma işlərinin aparılmasıŞəhərin küçələrində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri çalışırsa,tenderin qalibi olan şirkətin olmayan işçilərinin əmək haqqları hara, kimə yazılır?

Bu məsələyə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də aydınlıq gətirməlidir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də açıqlmalalıdır ki,sözügedən MMC son bir ildə dövlətə nə qədər gəlir vergisi ödəyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi bu MMC-nin işçilərinin sayını cəmiyyətə açıqlamalı,Sosial Müdafiə Fonduna ay ərzində nə qədər köçürmələr etdiyini bildirməlidir.
Aktualinfo.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az