• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
21-05-2020, 13:02

Köhnə klanlardan qalan məmurlar, medianı müxtəlif yollarla susdurmağa çalışırlar - ILGINC GƏLIŞMƏ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Köhnə klanlardan qalan məmurlar, medianı müxtəlif yollarla susdurmağa çalışırlar - ILGINC GƏLIŞMƏ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Deyəsən Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan rayon İcra Hakimiyyətinə başçı təyin olunan Sevindik Hacıağa oğlu Hətəmov, iş fəaliyyəti ilə bağlı Gundemxeber.Az saytında tənqidi məqalələr yayımlanarkən olduqca təşvişə düşür və barəsində yayımlanmış tənqidi məqalələrə, sanki açıq-aşkar şəkildə dözümsüzlük də nümayiş etdirir.

Ola bilər ki, adı çəkilən vəzifə sahibinin belə bir yanaşma ortaya qoyması, məhz onun xarakterik xüsusiyyətindən asılı olan məsələ olsun. Amma, onu da unutmaq olmaz ki, bu gün Sevindik Hətəmov icra başçısı vəzifəsini daşıyan bir şəxsdir və rəhbərlik etdiyi Salyan rayonunun sayı-hesabı bilinməyən sayda sosial problemləri mövcuddur. Belə bir səbəblər üzündən də, bir çox media qurumları, hər zaman Salyan RİH-i başçısının iş fəaliyyətində yol verdiyi nöqsanlara, rayon ərazisində baş alıb gedən çoxsaylı sosial problemlərə xüsusi önəm verir və hər cür çatışmazlığın ictimailəşdirilməsinə də çalışır.



Onu da bildirək ki, Sevindik Hətəmov 2012-2016-cı illər ərzində Yardımlı RİH-nin başçısı vəzifəsini ​ daşıyıb və ötən illər ərzində qol qoyduğu çoxsaylı qanunsuzluqlar səbəbindən, onun iş fəaliyyəti daim tənqid atəşinə tutulub. Salyanın icra başçısı olduqdan sonra da, əksər media qurumlarında Sevindik Hətəmovla bağlı yayımlanan tənqidi məqalələrin ardı-arası kəsilmədi. Məsələn, bir müddət bundan əvvəl bəzi media qurumlarında məlumat yayılmışdı ki, Sevindik Hətəmovla birinci müavin Etibar Hüseynov arasında əməlli-başlıca qarşıdurma yaranıb. Belə bir qarşıdurmanın kökündə isə, icra başçısının birinci müavini vəzifəsindən uzaqlaşdırmaq istəyinin durduğu iddia olunurdu.

​ ​ ​ ​ Məsələnin maraqlı tərəfi odur ki, Salyan RİH-i başçısının iş fəaliyyətində qol qoyduğu çoxsaylı qanunsuzluqlarla bağlı, hələ bir neçə gün bundan öncə Anaxeber.info saytında “Turan” imzası ilə yayımlanmış “Salyanın icra başçısına həbs təhlükəsi- Növbədə Sevindik Hətəmovdur?” başlıqlı məqaləni istinad etmək şərtilə, 18 may 2020-ci il tarixdə Gundemxeber.Az saytında yayımladığımız zaman, yazının saytdan çıxarılması ilə bağlı icra hakimiyyətinə yaxın şəxslərdən müəyyən təkliflər aldıq. Amma bununla razılaşmadığımız halda, “hərtərəfli hücumlar”a məruz qaldıq. Söz yox ki, bu dəfə meydanda Sevindik Hətəmovun özü deyil, məhz onun “emisar”ları “baş rollar”da çıxış etdilər. Düzdür, onlar “ilk hücum”larının effekt verə bilməyəcəyini hiss etdiklərindən, son anda “hücum taktikaları”nı dəyişməyə məcbur oldular.

​ ​ ​ ​ Onu da vurğulamaq yerinə düşər ki, yuxarıda qeyd etdiyimiz bu başlıq adı altında məqalə ilk dəfə Anaxeber.info saytında, sonra isə Gundemxeber.Az daxil olmaqla, bir neçə xəbər portallarında yayımlandı. Çox keçmədi ki, həmin məqalə ilk mənbə olan Anaxeber.info saytından hansısa razılaşma əsasında silindi, az sonra isə Sevindik Hətəmovun “emisar”ı “şirinlik çatdırmaq” təklifini bizə də bildirdi. Yəqin ki, etdiyi təklifdən “əliboş” geri dönən “emisar”ın icra başçısına çatdırdığı cavab, məhz Gündemxeber.Az-ın icra başçısının “nişangahına düşməsinə” səbəb oldu. Belə ki, sosial şəbəkə üzərindən əldə etdiyimiz məlumata görə, Salyan RİH-nin başçısı tənqidi məqalə dərc edən və ilk mənbə olan Anaxeber.info saytını deyil, birbaşa Gundemxeber.Az saytını “dar ağacından asmaq” üçün məhkəməyə müraciət edib. Belə bir halın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Nədən Gundemxeber.Az saytı!

https://anaxeber.info/41424-salyanin-icra-bascisina-hebs-tehlukesi-novbede-sevindik-hetemovdur.html

​ ​ ​ Bu da onu söyləməyə əsas verir ki, hazırda köhnə klanlardan qalan məmurlar heç də vərdiş etdiyi xislətlərindən əl çəkmək istəyində deyillər. Yəni, onlar qol qoyduqları çoxsaylı qanunsuzluq əməllərini, korrupsiya faktlarını, hətta bir çox cinayət əməllərini və s. “ört-basdır” etmək üçün, ayrı-ayrı redaksiyaları məhkəmələrə sürükləmək istəyinə düşüblər. Sevindik Hətəmov da köhnə klanlardan qalma məmurlardan biridir. Fakt budur ki, hal-hazırda bu cür əməl sahibi olan məmurların fırıldaq əməllərinin, qol qoyduqları qanunsuzluqların, cinayət əməllərinin qarşısını almaq mümkün deyil. Ona görə də bu kimi halların aradan qaldırılması üçün, DTX-nın bu cür əməl sahibi olan məmurlara qarşı da əməliyyat keçirmələrinə ehtiyac duyulur. Düşünürük ki, əgər Salyan RİH-də belə bir əməliyyyat keçirilərsə, o halda nəinki icra başçısının yaxın çevrəsində olan bəzi vəzifə sahibləri, ​ hətta bu şəxsin media sahəsindəki “emisarları” da oturduqları yerdə oturmağa məcbur olacaqlar. O da hər kəsə məlumdur ki, bugünə kimi DTX​ Ağstafa, Neftçala, Biləsuvar və İmişli RİH-ində, Mədəniyyət Nazirliyində, Dövlət Sərhəd Xidmətində (DSX) həbslər həyata keçirib. Ümumi müşahidələr onu göstərir ki, rüşvət və korrupsiyaya, hər cür əyintilərə qarşı mübarizə tədbirləri bundan sonra da davam etdirilməlidir və növbəti hədəf, məhz Salyanın icra başçısı Sevindik Hətəmov ola bilər. ​

​ ​ ​ Bir anlığa diqqət yetirək ki, hal-hazırda Salyan RİH-nin başçısı hər cür əndazəni aşır və onun fırıldaq əməllərini ictimailəşdirən media qurumlarını susdurmağa çalışır. Bu da onu söyləməyə əsas verir ki, ölkə rəhbəri cənab İlham Əliyevin hər bir vəzifə sahibinə, ələlxüsus icra başçılarına etdiyi çağırışa Sevindik Hətəmov məhəl qoymur. Çünki bu şəxsin “forsmajor davranışı”, daha çox isə Gundemxeber.Az saytına qarşı bəslədiyi qisasçılıq hissi, məhz bizi bu gün belə bir qənaətə gəlməyə sövq edib.

Gundemxeber.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az