• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
12-05-2020, 13:49

Suraxanıda “Tutanhamon” peyda olub: DTX Əziz Əzizovu araşdırsa...

Suraxanıda “Tutanhamon” peyda olub: DTX Əziz Əzizovu araşdırsa...

...Firon həddini aşmışdı. Onun təkəbbürü və zülmü yerə sığmırdı. Ölkəsində yaşayanlara qəddarlıq edirdi. Bu haqda Quranda yazılıb.
Amma biz neçə minilliklərin tarixini qeyd edirik. Uzaq və qədim Misirdə fironların israil oğullarına etdiyi pislikləri, özbaşınalıqları indi zəmanəmizdə yaşayırıq.
Özü də çox uzaqda deyil, Bakının tən ortasında - Suraxanı rayonunda Misir fironlarının, Tutanhamonun əməllərinin oxşarları baş verməkdədir.

Nyus.Az xəbər verir ki, Anaxeber.info-nun əldə etdiyi məlumata görə, Suraxanıya əvvəli tramvay parkının ustası olmuş, sonra alverə girişmiş, son 14 ildə isə 3 rayonda daşı-daş üstünə qoymayan Əziz Əzizovun icra başçısı təyin olunması Misir fironlarının ruhuna az qala rəhmət oxudur.
Əgər qara maskalı xilaskarlar Ə.Əzizovun qaranlıq işlərini təftiş etmək fikrinə düşsələr, gərək onun 3 kabinetində araşdırma aparsınlar. Çünki Ə.Əzizov Suraxanıya qədər də Cəlilabad və Yasamal rayonlarının icra başçısı olarkən hər iki yeri viran qoyub.
İndisə Suraxanıda "Tutanhamonluq” edən icra başçısı gözünə xoş görünən boş nə yer varsa, qarış-qarış satır. Elə sizə təqdim edəcəyimiz foto faktdan görəcəksiniz ki, Suraxanı rayon İH rəhbəri yol kənarını satıb, ərazidə obyekt tikilir.
Deyəsən, Ə.Əzizov "şir ürəyi yeyib”. İlin-günün bu vaxtında, icra başçılarının tək-tək dənlənməsi dövründə ağına-bozuna baxmadan, heç bir tərəddüd etmədən rayonun yol qıraqlarını da satmağa başlayıb.
Onun bu işləri Yasamalda axıra qədər reallaşdırmaq imkanı olmadı və indi Suraxanıda "fironluq” etməkdədir. Suraxanı mərkəzi rayon olmadığına görə, İH başçısı burada daha arxayın hərəkət edir. Şəkildən də görünür ki, yol kənarı hansısa iş adamına satılıb.
Bunu isə heç bir sahibkar Suraxanı İH rəhbərinin sərəncamı və razılığı olmadan edə bilməz. Ümumiyyətlə, qanunla yol kənarını satmaq olmaz.
Ancaq özü 2006-cı ilə qədər sahibkarlıqla məşğul olduğu üçün (guya indi nə edir ki) Əziz Əzizova sökmək, satmaq, tikmək adi haldır. Məlumatlara görə, rayona rəhbər təyin ediləndən satmadığı, dağıtmadığı ərazi qalmayıb.
Belə ki, Ə.Əzizov II qrup əlil Əliyev Ələkbərə bağışlanan dükanı sökdürüb, yeksan etdirib. Sabiq mer Hacıbala Abutalıbovun əlilə verdiyi dükanı uçurdan icra başçısı guya qanunsuz tikilini dağıtdırır, digər tərəfdən qanunsuzluq edərək yol kənarını satıb.
Anaxeber.info mediada gedən məlumatlara, Suraxanıdakı mənzərəyə və öz qohumlarını İH-də işə götürməsinə əsasən bildirir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Ə.Əzizovun fəaliyyətini də yoxlamağa ciddi zərurət var.
Rayonun yolları bərbad, abadlıq işləri həyata keçirilmir, binaların, məhəllələrin problemlərinin həllində irəliləyiş yoxdur, icra başçısı sakinlərin şikayətlərinə baxmır.
Bunun nəticəsidir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsi, AB yaşayış sahəsi, ev 127 M. 97 ünvanda yaşayan sakinlər şikayətçi idilər.
Sakinlər - Hacıyeva Fəridə Şahmirzə qızı, Balallıyeva Günay İkram qızı, İmanova Nərgiz Rəsul qızı, Hacıyev Elşad Canəli oğlu, Hacı Elşən Elşad oğlu, İmanova Xırda Səlimxan qızı yaşadıqları binada qanunsuz tikintinin dayandırılmasını xahiş etmişdilər.
Belə ki, yaşadıqları binanın birinci mərtəbəsində iş adamlarından biri obyekt tikdirir və obyekt binanın önünü, dam örtüyü isə yaşayış binasının eyvanının qarşısını kəsib.
Bundan başqa, Suraxanının Bahar qəsəbəsi sakinləri media tv-yə bildirmişdilər ki, icra başçısı Əziz Əzizov, bacısı oğlanları və yaxın qohumları rayonu viran qoymaqdadır.
Onların sözlərinə görə, prezidentin anti-korrupsiya ilə mübarizəsini, DTX-nın keçirdiyi uğurlu əməliyyatları, icra başçılarının rüşvətxor əməllərinin ifşasını vecinə almayan Əzizov və yaxınları Bahar qəsəbəsində satmadıqları yer qalmayıb.
Qəsəbənin torpaqlarını satmaqla varlanan Ə.Əzizovun kabinetindən keçmiş həmkarı Vilyam Hacıyevin evində olduğu kimi, paçka-paçka avrolar çıxarsa, təəccüb doğurmaz.
Qeyd edək ki, Ə.Əzizov sabiq komitə sədri Kərəm Həsənovun adamıdır. Həsənovla-Əzizovun Yasamal ərazisində böyük biznesi, tikintiləri var. Eyni zamanda Cəlilabada qədər bu biznes imperiyası uzanır. Lakin Ə.Əzizovun gözü doymur, Suraxanını da satır və dövlət rəhbərliyinin son islahatlarının əleyhinə fəaliyyətini davam etdirir.
Yeri gəlmişkən, Ə.Əzizov prezidentin ona göstərdiyi etimaddan sui-istifadə edərək paytaxtın ən strateji rayonlarından olan Yasamalı tar-mar eləməkdə, əraziləri qarış-qarış satmaqda, onunla hesablaşmayan sahibkarların obyektlərini uçurmaqda, vətəndaşları qanunsuz şəkildə küçəyə tökməkdə, yerlərini iş adamlarına peşkəş eləməkdə usta məmurlardan biri idi.
Məsələn, Şərifzadə küçəsində məcburi köçkünlərin yerləşdiyi mülkləri darmadağın etdirmiş, onlara sığınacaq vermədən yaşadıqları yeri bir biznesmenə satan Ə.Əzizov ciddi şəkildə narazılıq oyatmaqdaydı. Amma Kərəm Həsənov onu qorudu və təqdimatını elə verdi ki, işsiz qalmadı, Suraxanıya göndərildi.
Məsələn, yeddi övlad atası, üç oğlu ön cəbhədə olan iş adamı Nazim Dünyamalıyev də Ə.Əzizovun qurbanlarından biri idi.
Onun Yasamaldakı obyekti heç bir əsas göstərilmədən sökülmüş, 7 uşaq atası çörəksiz qoyulmuşdu. Dünyamalıyev deyirdi ki, Ə.Əzizov onun əmlakını yerlə-yeksan etdirdi, amma Yasamal parkını sata-sata gedirdi.
Bütün bunlar göstərir ki, həbs edilən icra başçıları tək deyillər, yerli idarəetmədə korrupsiyaya bulaşan, əmlakları talayan, qəsb edən, sahibkarları və vətəndaşları incidən icra başçıları hələ çoxdurlar və hər bir rayonda sakinlər qara maskalı oğlanın yolunu intizarla gözləyirlər...


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az