• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
29-04-2020, 17:13

ERMƏNİDƏN ALINAN BAŞKƏND TORPAQLARI GƏDƏBƏYİN “KİÇİK PADŞAHLARININ” GƏLİR MƏNBƏYİNƏ ÇEVRİLİB


ERMƏNİDƏN ALINAN BAŞKƏND TORPAQLARI GƏDƏBƏYİN “KİÇİK PADŞAHLARININ” GƏLİR MƏNBƏYİNƏ ÇEVRİLİB

Sadiq oxucularımız yəqin ki, bir neçə gün əvvəl saytımızda dərc olunan

“Gədəbəydə balaca padşahlar koronovirusdan betər olub” başlıqlı məqaləmizi xatırlayırlar.

Həmin məqaləni “Youtobe” kanalında paylaşdığımız “Bir zibilyığanın manifesti” sərlövhəli

səs yazısı ilə birgə nəzərdən keçirənlər söhbətin kimlərdən və nələrdən getdiyini də bilirlər.

Lakin, izləyicilərimiz sırasına yeni qatılanlara məsələ ilə bağlı zəruri məlumatları verməyi

özümüzə borc bilirik.

Hər şey ondan başlayıb ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli cənab

İbrahim Mustafayev hazıki vəzifəsinin icrasına başlayanda özü ilə rayona gətirərək Gədəbəy

RİH-nin Kommunal Müəssisələri Kombinatına direktor təyin etdiyi Əkbər Kazımova birbaşa

vəzifəsi ilə əlaqəli olmayan başqa səlahiyyətlər verdi. Bu səlahiyyətlər özündə bir sıra

məsələləri, o cümlədən, kadr seçimində söz sahibi olmağı, təzə işə götürüləcək şəxsləri “saf-

çürük” etməyi ehtiva edirdi.

Lakin dövlət və hökumət strukturlarında rəhbər vəzifələrə namizədlərə, ələlxüsus da başçının

ərazi vahidləri üzrə nümayəndələrinə Əkbər Kazımovun verdiyi tələblərə əməl etmək heç də

hamının gücü, imkanı daxilində deyildi. Həmin tələblərə duruş gətirməyib ürəyi partlayıb

ölənlər də oldu, xəstəxanalıq olanlar da. Kifayət qədər rəhbərlik təcrübəsinə, yetərincə

müşahidə qabiliyyətinə malik İbrahim müəllim artan narazılıqları sezərək, Əkbər Kazımovu

əlavə səlahiyyətlərindən məhrum etdi və ona yalnız özünün birbaşa vəzifəsi ilə məşğul olmağı

tapşırdı.

Ə.Kazımov üçün bu, görünür, təkcə nüfuz baxımından deyil, həm də maddi baxımdan böyük

itki idi. O üzdən də “komxoz” rəhbəri öz işinin “dərinliyinə getməyə” başladı. Axı onun çoxu

kirayədə yaşayan “gəlmə kadrlardan” fərqli olaraq “Qızıl torpaq”da özü üçün tikdirməyə

başladığı möhtəşəm villası yarımçıq qala bilməzdi. Odur ki, Gədəbəyin ucqar kəndlərinə qaz

çəkilişlərinə nəzarət etməkdən tutmuş, “Regionların sosial-iqtisadi inkişafı Dövlət

Proqramı”nın Gədəbəy rayonunda icrasında “işıq gələn hər deşiyə barmaq basmağa” başladı.

Lakin, onun haram qazancı üçün ən əsas mənbə yerlərdə aztəminatlı əhalinin dolanışığının

təmini üçün ictimai iş yerlərinin yaradılması ilə bağlı Prezidentin verdiyi tapşırıq oldu. Belə

ki, həmin ictimai işlər dedikdə, əsasən “Komxozun” tabeliyində olan zibilyığanlar, xadimələr

nəzərdə tutulurdu. Bu məsələdə Ə.Kazımov kimisini söz sahibi etmək isə “qoyunu qurda

tapşırmaq” kimi bir şeydi. Ə.Kazımov bu müstəvidə ehtikarlıq etmək üçün yenə də icra

nüməyəndələrini özünə tərəf müqabili seçməli, onları öz maxinasiyalarına şərik etməliydi.

Məhz onun verdiyi göstəriş əsasında icra nümayəndələri ictimai işlərə cəlb etdikləri şəxslərin

qarşısında müqavilə ilə işə düzəlmələri üçün əvvəlcə 500 manat nağd pul, sonra isə ilk 3 ayın

maaşını bağışlamaq tələbi qoydular. Müqavilə müddəti bitəndə isə müqaviləni təzələmək

üçün ilin başında daha 200 manat tələb olunur.

Bütün bu və başqa məsələlərlə bağlı Ə.Kazımovun mövqeyini öyrənmək istədikdə, bir şivən

qopardı ki, gəl görəsən.

Bunun ardından mayın 9-da Ə.Kazımov bütün icra nümayəndələrini bir araya yığıb “hal-qəziyyəni” danışıb. “Dəryaz”da gedən məlumatların həqiqətə uyğun olmaması barədə akt tərtib edərək onların hamısına qol çəkdirib. Elan edib ki, bu əsasla “Dəryaz”ı məhkəməyə verəcək. Kazımov məhkəmə fikrindən daşınmalı olub, bir az daha artıq qabaqlayıcı tədbirlər görməyə qərara gəlib.



Bir müddət bundan əvvəl Gədəbəy rayon Qaravəlilər kənd sakini Quliyev Vahid Xanbuta oğlu redaksiyamıza müraciət edərək başına gətirilən müsibətlərdən danışmışdı V.Qulievin torpaq məsələsini özünə həqiqətən də ciddi problem saymağa haqqı var. Belə ki, eyni və daha məşəqqətli hadisə keçən il onun başına gəlib. Belə ki, ona pay torpaqlarının bölgüsü zamanı payına düşən Başkənd kəndində 11 il əkib-becərdiyi 30 sot torpaq sahəsini əlindən alıblar ki, guya bu torpaq sahəsi başqasına məxsusdur. Halbuki, həmin torpaq da pay bölgüsündə Vahidə düşübmüş Vahid orada da əkin salıb. Lakin çox keçmədən Qasımov Mayıl Məhəmmədəli oğlu adlı şəxs ortaya çıxıb ki, bəs torpaq sahəsi onundur. Aralarında sözlü mübahisə düşəndə M.Qasımov “102”

xidmətinə zəng vurub. V.Quliyevin sözlərinə görə, Gədəbəy rayon Polis Şöbəsinin Novosaratovka kənd Polis Bölməsinin rəisi Yaşar İsmayılov həmin vaxt onu döyüb və 250 manat pulunu alıb. Adını da qoyub ki, bəs M.Qasımova maddi ziyan vurduğuna görə həminpul ziyanın qarşılığında kompensasiya olaraq notarial qaydada M.Qasımova ödənilib. Ancaqsonradan məlum olub ki, həmin pulu bölmə rəisi özünə götürüb.Vahid Quliyev həmin məsələ ilə bağlı, 86 yaşlı yataq xəstəsi olan anasını, yoldaşını və 2 azyaşlı uşağını da götürüb Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mustafayevin qəbulunda gedib.

Başçı da onu dinləyəndən sonra aidiyyatı şəxslərə tapşırıb ki,ona məhsuldar torpaqdan bir

hektar torpaq sahəsi ayırılsın. O,da sevincək olaraq toxumluq taxıl alıb ki, torpaq veriləcək və

əkin əkəcək. Təəssüf ki, onun aldığı toxum və arzuzu yerindəcə qalıb. Vahid bildirir

ki,yenidən dəfələrlə başçının qəbuluna getsə də, başçı ilə görüşməyə şərait yaratmayıblar.

Onu hüqüqşünasın yanına göndəriblər. O da RİH-nin hüquqşünası Zülfüqar müəllimin

qəbulunda olub. Hüquqşünas ona deyib ki, sənə verilən torpaq sənədsiz olduğu üçün RİH

həmin torpaq sahəsi ilə bağlı münasibətlərin tənzimlənməsinə müdaxilə edə bilməz. Bu cavab

təbii ki, V.Quliyevi qane etməyib. Başa düşə bilməyib ki, əgər rayon rəhbərliyi gələcəkdə

yarana biləcək mübahisəli vəziyyətə müdaxilə etmək iqtidarında olmayacaqdısa, niyə onu

aldadırdı, xərcə, əziyyətə salırdı, camaatla üz-göz edirdi.

Hərçənd, Vahid Quliyevin dərdi daha böyükdür. Bütün həmkəndlilərindən fərqli olaraq hələ

də pay torpağı ala bilməməsindən, amma hakimiyyət və yerli özünüidarəetmə nümayəndələri

tərəfindən dəfələrlə aldadılaraq xərcə, artıq zəhmətə salındığından gileylənirdi.

Xatırladaq ki, V.Quliyevin bildirdiyinə görə, az əvvəl onun pay torpağı almaq istəyinə cavab

olaraq kənd icra nümayəndəsi və bələdiyyə sədri ona Baş kənddən 44 sot sahə göstəriblər.

Sevincək olub Novruz bayramı günündə, qarlı-yağışlı havada həmin sahəni əkdirib. Amma 3

gün sonra elə həmin səlahiyyətli şəxslər ona bildiriblər ki, səhv ediblər, göstərdikləri torpaq

sahəsi əslində başqa kənddə yaşayan və qoyun sürüsü olan İmran adlı adama məxsus imiş.

Bələdiyə sədri ona çəkdiyi xərci geri qaytarıb ki, torpaqdan əlini üzsün. Əli həm yerdən, həm

də göydən üzülən Vahid Qaravəlilər kənd İƏD üzrə icra nümayəndəsi Kamran Əliyevə giley

edib. Deyib ki, Vətən torpağından ona bir pay düşmürsə, vətəndaşlıq da cazibədar görünmür.

Xəbərdarlıq edib ki, bu ölkə yiyəsiz deyil, problemini, düşdüyü oyunu Prezidentə yazacaq.

Cavabında nə eşitsə yaxşıdır?: “Şikayət etməyən əskik oğlu əskikdir! Edərsən, işdən

qovularsan!”

İndi isə gəlin görək, V.Quliyev nə işin, hansı vəzifənin sahibidir ki, əlindən çıxmaması üçün

K.Əliyevin “silkələdiyi barmaqdan” qorxmalıdır - Gədəbəy rayon Kommunal Müəssisələri

Kombinatında zibilyığan. Dediyinə görə kənd ərazisində fəaliyyət göstərdiyinə görə icra

nümayəndəliyindən inzibati asılılığı var. Keçən il işə düzələndən bəri qazancının çoxunu da

məhz nümayəndəliyin sədri özünə götürüb: “Məni işə götürdəndə ilk əvvəl 500 manat rüşvət

aldı. Sonra 125 manatlıq maaş kartımı da ilk 3 ayda özündə saxlayıb pulu götürdü. Daha 2 ay

keçəndən sonra müqavilə müddətim bitdi. Müqavilənin müddətini artırmaq üçün əlavə 200

manat aldı. İndi də ilin başından müqaviləni yeniləməkdən ötrü əvvəl 100 manat aldı, əlavə

olaraq daha 100 manat da istəyir. Tələblərini başçının adından və komxozun müdiri Əkbər

müəllimin adından edir”.

“Elə bil, rayonun kəndlərinə aqronom təyin ediblər məni, özü də müftə işləyən aqronom, bir

torpaq göstərib əkdirirlər, sonra qovub başqa yerə göndərirlər...” – acı zarafatla deyirdi Vahid

kişi: “Kənddə məndən başqa hamının əkənəyi-biçənəyi var. İndi karantindir, qalmışam

çıxılmaz vəziyyətdə, rəsmi iş vaxtının açılmasını gözləyirəm, görək nə olur, yenidən icra

başçısının qəbuluna düşməyə çalışacağam”.

Vahid Quliyev həmçinin bildirib ki, təxminən br neçə il bundan Qızılxaç komitsinin

xətti ilə ona əkin üçün texnika veriblərmiş. Bir il kənd camaatına pulsuz işləsə də

(Cəmiyyətin bir ildə verdiyi 300 manatdan başqa), texnika onun adına sənədləşdirilsə də, bir

ildən sonra balaca padişahlar ( İcra nümayəndəsi və bələdiyyə sədri) həmin texnikanı onun

əlindən alıb başqasına veriblər.

Bu mövzuda qələmə aldığımız məqaləni Gədəbəy RİH-nin imel poçtuna göndərdik. Etiraf edək

ki, RiH başçısı bu məsələyə həssas yanaşdı və müavini - sosial-iqtisadi inkişafın təhlili və

proqnozlaşdırılması şöbəsinin müdüri Musayev Vüsal Kərim oğluna məsələni araşdırmağı

tapşırdı. Qaravəlli kəndinə yollanan Vüsal müəllim isə şikayətçi kənd sakinini icra

nümayəndəsinin otağına çağıraraq, “qaş düzəltmək əvəzinə vurub göz çıxarıb”. Başçının

müavini şikaətçinin probleminin həllinə dair əməli tədbir görməkdənsə, onu hədələyib,

amiranə tərzdə icra nümayəndəsinə deyib ki, “dediklərimizə razı olmasa, bunu işdən çıxar,

əvəzinə başqasını götür”. Kişiyə elə “xox” gəliblər ki, istədikləri izahata qol çəkməyə razı

olub. Təsdiqləyib ki, daha şikayətçi deyil, ancaq pulunu qaytarsınlar, torpaq sahəsi ilə təmin

etsinlər. Vüsal müəllim də həmin izahatı gətirib başçıya göstərib.

Vahid Quliyev bu hadisədən sonra redaksiyamıza zəng vuraraq başına gələnləri danışıb. Biz

də öz növbəmizdə başçının birinci müavini Natiq Nağıyevlə əlaqə saxlayıb xahiş etdik ki, baş

verənlər barədə hörmətli İbrahim Mustafayevə məruzə etsin. Sağ olsun, Natiq müəllim

xahişimizi yerinə yetirib. Nəticədə rayon rəhbəri Vahid Quliyevi və Qaravəlilər kənd ərazi

vahidi üzrə nümayənəndəliyinin sədri Kamran Əliyevi kabinetinə çağıraraq üzləşmələrini

təmin edib və aralarında baş vermiş insidentin təfərrüatını özlərindən öyrənmək istəyib.

Bundan sonra icra nümayəndəsi əlahiddə olaraq Vahid kişinin evinə gəlib, yenə də vədlər

verib, yalvar-yaxar edərək xahiş edib ki, onu güdaza verməsin.

Qəbul zamanı

icra nümayəndəsi yalan məlumat verib ki, Vahid Quliyevin maaş kartını guya qardaşı alıb,

pulu da o çıxarıb. “Abırına bükülən” Vahid kişi görüb ki, icra nümayəndəsi həqiqətən

qorxudan çox cılızlaşıb və bu üzdən çox üstünə getməyib, yenə də öz qanuni tələbləri yerinə

yetiriləcəyi təqdirdə qane olacağını bildirib.

Arif adam olan RİH başçısı işin qurama olduğunu çox gözəl başa düşdüyündən, icra

nümaəndəsini və yerli bələdiyyənin sədrinə Vahidin məsələsini mütləq qaydada “yoluna qoymaq”

üçün konkret vaxt verib. .

Digər tərəfdən, icra nümayəndəsi öz çirkin

niyyətlərini həyata keçirmək üçün başqa təsir üsullarına əl atıb. Bakıda hüquqşünas işləyən

qardaşını işə qatıb. Qardaşı da redaksiyamıza zəng vuraraq bizi hədələdi və məqaləni saytdan çıxarmağı tələb etdi.

Amma əlbəttə ki, biz də öz növbəmizdə haqlı mövqeyimizdə

möhkəm dayandığımızı bildirdik ki, başa düşsün, “bu həna o hənadan deyil”. İcra

nümayəndəsinin Saratovka kənd Polis Bölməsində Cinayət Axtarış şöbəsinin rəisi işləyən digər qardaşı isə Vahid kişini

döyüb pulunu əlindən alan Novosaratovka polis bölməsi rəisinə qahmar çıxıb, Vahidi

hədələyərək deyib ki, polisin icraatında hələ bağlanmamış xeyli cinayət işləri var, onu

şərləyib tutdura, həmin cinaətləri üstünə yıxa bilərlər.

Polisin işdəcələri ilə bağlı artıq Gədəbəy Rayon Polis İdarəsinin rəisi Mehman Həşimova

deyil, Daxili İşlər naziri cənab Vilayət Eyvazova və baş prokurur Zakir Qaralova rəsmi

müraciət etməyə qərar vermişik. Çünki birincinin məlumatlı olduğu bu məsələyə laqeyd

yanaşdığını, özü ilə birgə gətirib Novosaratovkaya bölmə rəisi təyin etdiyi Yaşar İsmayılovun

“ayağını tapdalamayacağından” əminik.

Mövzu ilə bağlı bir vacib məlumatı da verməyi özümüzə borc bilirik ki, kənd təsərrüfatı

məhsulları istehsalçılarına subsudiya veriləndə ermənilərdən zəbt edilmiş ərazi kimi

Başkənddə məskunlaşıb torpağı becərən Gədəbəy sakinləri bu layihədən kənarda qalmışdı.

Məhz İbrahim Mustafaev rayona rəhbər təyin olunandan sonra əhalinin xahişlərini nəzərə alıb

Başkənddəki əsasən taxıl və kartof istehsalı ilə məşğul olan kəndlilərin də subsidiya ilə təmin

edilməsinə nail oldu. Amma tezliklə məlum oldu ki, “kiçik padşahlar” -

və RİH başçısının onlara qahmar çıxan

müavinləri Başkənd torpaqlarını hektarı 600 manatdan satırlar və aralarında əldə olunan

gəlirin pay bölgüsü vardır. Novosaratovka kənd bələdiyyəsinin sədri, “Kürd Fəridə” ləqəbli

Əliyeva Fəridə Çərkəz qızı da bu “çete”nin üzvüdür. Onun Saratovkadan Şınıx istiqamtinə

gedən yol boyu əkinə yararlı torpaqları sotunu 1-1,5 min manatdan obyektaltı istifadə üçün iş

adamlarına satması barədə əlimizdə kifaət qədər məlumatlar vardır. Hərçənd, bu, ayrı

söhbətin mövzusudur.

Sözardı: Biz ondan qorxuruq ki, vaxtilə babalarımızın erməniyə “icarəyə verdiyi”, sonra isə

itirdiyimiz 20 faizin qarşılığında çox cüzi təsəlli olan bu torpağı indi özümüzünkülərə satan bu

“kiçik padşahlar” bir balaca ara qarışan kimi yenə də erməniyə sata bilərlər. Amma

ümidlərimizi itirmirik. Çünki, Gədəbəydə haqqın İbrahim Mustafayev kimi bir tərəfdarı var

və inanırıq ki, RİH başçısı aidiyyati orqanlar qarşısında məsələ qaldırıb korrupsioner “kiçik

padşahlar” barədə lazımi ölçü götürülməsinə nail olacaq.

Mövzuya qayıdacağıq.

Heqiqet carçısı

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az