
Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Nyus.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, artıq İcra Hakimiyyətinin binasına giriş bağlanıb.
İcra Hakimiyyətinin başçısı və bir neçə müavini saxlanılıb, onlar Bakıya gətiriləcək.
Qeyd edək ki, 2011-ci ildən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevdir.
Nyus.Az

























