• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
27-04-2020, 12:34

Vasif İmanovun adı daha bir qalmaqalda... - Prezidentə müraciət olundu

Vasif İmanovun adı daha bir qalmaqalda... - Prezidentə müraciət olundu

“3 il 8 aya yaxındır, Pirallahı rayon ərazisində 02.09.2016-cı il tarixdə baş vermiş ölüm hadisəsi ilə bağlı etdiyimiz bir neçə yüz şikayət və 12 instansiya məhkəməsində keçirilən 31 məhkəmə prosesi (hayla da davam edir) ədalətin hələ də bərpa olunmasını təmin etməmişdir”.

Cəmşid İrzaquliyev adlı vətəndaşın Ovqat.com-a göndərdiyi məktubda belə deyilir.

Ölkə başçısı İlham Əliyevə ünvanlanmış müraciət xarakterli məktubu kiçik ixtisarlarla dərc edirik:

Cənab Prezident!

Öncə ölkənin pandemiya ilə üz-üzə qaldığı bu ağır zamanlarında, bu sahədə göstərdiyiniz əzmkarlıq və qətiyyətdən dolayı Sizə təşəkkürlərimizi bildiririk.

Bununla paralel, millət olaraq da ölkə üzrə bütün sahələrdə qarşıya qoyduğunuz hədəflərə doğru irəliləmək məcburiyyətindəyik, çünki ölkəmizin gələcək varlığı və dayanıqlığı məhz bütün islahatlardan keçir. Bu səbəblə də yola saldığımız 2019-cu il və ondan sonrakı dövrdə Sizin tərəfinizdən nəhayət də məmur cəzasızlığına son qoyulması yönündə atdığınız addımlar və Məhkəmə-Hüquq sistemində islahatların aparılmasına dair vermiş olduğunuz fərmanlar ümidverici oldu. Çünki illərdi məmur qudurğanlığı, məmur cəzasızlığı və Məhkəmə-Hüquq sistemindəki bərbad durum ölkə vətəndaşlarının haqlı narazılığına səbəb olan ən başlıca amillərdəndir.

Son dövrdə geden prosesler və tərəfinizdən atılan addımlar onu göstərdi ki, Sizin etimad göstərib, illərdir vəzifələrdə saxladığınız məmurların bəziləri bu etimadı doğrulmamaqla yanaşı, hətta özünüzün də qeyd etdiyiniz kimi yanlış məlumatlar verib, bəzən əsl neqativ gerçəkləri belə Sizdən saxlamışlar.

Bu nədənlə də öz təsdiqini tapmış bütün bu gerçəklərlə bağlı, atılan addımlarda kimiliyindən asılı olmayaraq hər kəsin, hətta Sədri olduğunuz Yeni Azərbaycan Partiyasının yerli strukturlarında yüksək vəzifələrdə görəv alanların cəzalandırılması artıq bu prosesdə heç kimə güzəşt olunmayacağını gözlər önünə sərmiş oldu. Ağstafa və Neftçala Rayon İcra Hakimiyyətinin Başçıları və YAP rayon təşkilatının sədrlərinin həbsi buna əyani sübutdur.

Cənab Prezident!

Bir daha xatırlatmaq istərdim ki, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrində, şəkildə gördüyünüz tək oğlum Tariyel Rzaquliyev Qala-Dübəndi yolundakı keçid üzərindən keçərkən Pirallahı rayonunda İcra Hakimiyyətininnın işçisi və həm də həmin tarixdə YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafovun xidməti istifadəsində (özü də maşında olmaqla) olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq həyatına son qoyulmuş, ailəsi övladsız, az yaşlı qızı isə ailəsi ilə birlikdə başsız qalmışdır. Hadisə zamanı maşında olan digər kişi - Həsən Niftəliyev isə (başqaları bizə bəlli deyil) İcra hakimiyyətinin Başçısı Vasif İmanovun köməkçisidir.

Onlar hadisə zamanı əvvəl oradan qaçıb uzaqlaşmaq istəyib, sonradan nəsə fikirləşib geri qayıtsalar da oğluma təcili ilkin yardım göstərməyiblər. Onlar özlərinə kömək çağırıb oradan uzaqlaşıblar. Oğlumu sonradan yaxınlıqda olan N saylı hərbi hissənin zabitləri hərbi hissənin tibb maşınında götürüblər xəstəxanaya. Yarı yolda təcili tbbi maşın gəlb, yaralı oğlumu onlardan götürüb. Bütün o müddət ərzində oğlumu vuranlardan heç kim onlarla olmayıb.

O Manaf Manafov ki, sonradan -05.05.2017-ci il tarixdə onu YAP rayon təşkilatının sədrliyindən çıxarmağa müəyyəssər olsaq da, qeyd etdiyimiz kimi Pirallahının Başçısı Vasif İmanov hələ də onu rayon təşkilatının idarə heyətində saxlayıb və hətta İcra Hakimiyyətində yüksək bir vəzifə verib qoruyur. Təssüf ki, zamanında bu barədə YAP mərkəzi icra aparatının rəhbərliyinə də dəfələrlə etdiyimiz müraciətlərimiz cavabsız qalmış, gərəkən ölçü götürülməmişdir.

Əslində Vasif İmanov bununla Sizin “qudurğan məmur və məmur övladları ən ağır cəza ilə cəzalandırılmalıdırlar” fikirinizə sayqısızlıq etmişdir. Başda Vasif İmanov olmaqla bu məmurların ən böyük mənəviyyatsızlıqları isə bu günə kimi qarşımıza çıxıb bizə bir dəfə də olsun təsəlli etməmələridir. Çünki onlar sıradan bir vətəndaş yox (o da bəllidir ki, sadə vətəndaşlar bunu etməzdi), Vasif İmanovun yüksək çinli məmurlarıdır. Bu əxlaqsızlıqdır, bu qudurğanlıqdır. Bu həm də Sizin görmüş olduğunuz bunca işlərə yerlərdə salınan kölgədir. Çünki, bütün Pirallahı rayon ictimayyəti onların bu əməlini bilir.

Ədalət öz yerini tapsın deyə, hadisədən keçən bu 3 il 8 ay ərzində tərəfimizdən Sizə, Birinci Vitse-Prezidentə, Ombudsmana, YAP İCRA aparatına, keçmiş Daxili işlər Nazirinə, Baş Prokrora, Ədliyyə Nazirinə, Məhkəmə Hüquq Şurasına və bütün instansiya məhkəmə sədirlərinə, Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısına xəbərdarlıqla bir neçə yüz məktublar, teleqramlar göndərilmiş, elektron müraciətlər edilmişdir.

Bu işdə Prezident Aparatının vətəndaşların müraciətlərinə səssiz qalmasının səbəbi isə, şübhə etmirəm ki, bu yaxınlarda işdən kənarlaşdırdığınız Əli Həsənov kimi birisinin “fəaliyyətinin” sayəsində olmuşdur. Hər halda Sizin özümüz də Milli Məclisin trubinasında açıb şəkildə qeyd etdiniz ki, Prezident aparatının məktublar şöbəsində vətəndaşlar tərəfindən gələn məktublar yox edilirmiş.

Çox hörmətli cənab Prezident!

Diqqətinizə çatdırım ki, cinayətlə bağlı Pirallahı rayon Polis Şəbəsinin o dövrdəki İQ-nun müstəntiqi Namiq Mirzəbəylinin 22 günlük, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin məsul şəxsi Vüqar Əhədov başda olmaqla, müstəntiqlərdən Azad Əliyevin, Qəzənfər Mansurovun və Cəsarət Bayramovun 7 aylıq qeyri obyektiv istintaqları ilə bizi təqsirkarın kimliyinə bir türlü inandıra bilməmişlər. Buna baxmayaraq Cəsarət Bayramovun sonda hazırladığı gülünc bir ittiham aktı Baş Prokrorun yüksək çinli əməkldaşı tərəfindən imzalanaraq Pirallahı rayon məhkəməsinə göndərilmişdir.

Pirallahı rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov tərəfindən yürüdülən məhkəmənin gedişatında sükan arxasındakı şəxsin kimliyi ilə bağlı qeyd etdiyimiz şübhələrimizə və bu şübhələrlə bağlı məhkəməyə təqdim etdiyimiz 17 adda ehtimal və xususatlara rəğmən, məhkəmə obyektivliyi təmin etmədi. Ən əsası isə hadisə zamanı maşında olanlardan kənar, yeganə canlı şahid N saylı hərbi hissənin əsgəri Cavid Mahmudovun məhkəmədə müstəntiq Namiq Mirzəbəyli tərəfindən hədələndiyini və tanımadığı bir adamın çiyninə əlini qoydurub şəkilini çəkdirdiklərini şəxsən dilə gətirməsi və məhkəmədə sükan arxasında oturanın Manaf Manafov olduğunu deməsi, Namiq Mirzəbəylinin köməyi ilə yolda olan 13 ədəd yol kamerasından, bir dənə də olsun görüntü əldə olunmasın deyə sildirməsi və telefon anten dairələrinin bəzilərinin yox edilməsi nəzərə alınmadı.

Bütün bu dəlil yetərsizliyinə rəğmən, Pirallahı rayon məhkəməsinin hakimi 9 aylıq məkəmə gedişatının sonunda Manaf Manafovun özünü nəyinsə xatirinə “təqsirkar” bilən sürücüsü Baxşiyev Bağış Nurəli oğluna (Halbuki qeyd olunan nədənlərdən dolayı bu gün də bizdə şübhələr var ki, sükan arxasında elə Manaf Manafovun özü olmuşdur) cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il azadlıqdan məhrum etmə cazası vermiş oldu.

Sonradan işlə bağlı vermiş olduğumuz Apellyasiya şikayəti əsasında Pirallahı rayon məhkəməsinin qərarı dəyişdirilərək təqsirkara cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 6 ay iş kəsildi. Sonradan işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə, Ali Məhkəmənin Kollegiyasına və Konstitutsiya Məhkəməsinə verdiyimiz şikayətlər təmin olunmadı, Bakı Apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldı.

Biz bu işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin CK 18 iyul 2018-ci il tarixli qərarı ilə, hökm “qüvvəyə mindikdən” sonra, hadisə ilə bağlı dəymiş zərərin və geridə qalan 9 aylıq bir körpənin gələcək yaşam qarantını əldə etmək üçün, öncə Cavabdehin ünvanına rəsmi xəbərdarlıqla müraciət etdik və ayyarım gözlədik. Heç bir cavab almadıq. Cavabdehə aid məsul kişilərlə görüşməmiz üçün də dəfələrlə xəbər salsaq da, qəbul edilmədik. Biz yəqin ki, növbəti yazılarımızda onların adlarını açıqlayacağıq. Bu günə kimi bunu açıqlamamağımızın səbəbi isə həm işin tam yekunlaşmaması, həm də dövlət və dövlətçilik maraqlarının güdülməsi səbəbindəndir. Bunu sübut edəcək məhkəmə görüntüləri və cavabdehin vəkili Ramiz müəllim var.

Bunula da biz Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1 və 1108.1-ci maddələrinə istinad edib cavabdehə qarşı mülki idda qaldırmağa, demək olar ki, məcbur edildik.

Belə olan halda, Mülki Qanunvericiliyə görə, zərərçəkmişin qanuni nümayəndələri olaraq tərəfimizdən Bakı şəhər Səbail Rayon Məhkəməsində iddia qaldırdıq.

Bakı şəhər Səbail rayon məhkəməsi (məruzəçi hakim Bağırova Mədinə Ağacavad qızı) özünün 17 sentyabr 2018-ci il tarixli (iş-2(009) 2416/2019) qətnaməsində heç bir əsas göstərmədən iddanı təmin etmədi.

Həmin qətnamədən tərəfimizdən verilmiş Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın (məruzəçi hakim Hüseynov Abiddin Qabil oğlu) 25.12.2018-ci il tarixli qətnaməsilə də təmin edilməmiş, Bakı şəhər Səbail rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hakim Abiddin Hüseynov hətta bir az da irəli gedərək, çıxardığı bu qətnamədə cavabdehin belə məsələlərdə istisna təşkil etdiyini qeyd etmişdir.

Belə olduqda, biz Bakı Apellyasiya Məhkəməsinin 25.12.2018-ci il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 29.01.2019-cu il tarixdə Kassasiya şikayəti vermişik.
Azərbaycan Respublikası Ali Məhkəməsinin (məruzəçi hakim Xələfov İlqar Rəhim oğlu) 15.05.2019-cu il tarixli, 2(102)-3549/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25.12.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün, Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır.

Amma nədənsə Ali məhkəmənin hakimi qərarları ləğv edilmiş Səbail rayon məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı və Bakı Apellasiya məhkəməsinin hakimi Hüseynov Abiddin Qabil oğlu barədə xüsusi qərardad çıxarıb, haqlarında intizam tənbehinin başladılması üçün Məhkəmə Hüquq Şurasına göndərməmişdir.

Bakı Apellyasiya Məhkəməsi MK (məruzəçi hakim Sariyev Xəyal Əjdər oğlu) 21.08.2019-cu il tarixli (iş No- 2(103)-9786/2019) qətanaməsi ilə Bakı şəhər Səbail rayon məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(009) 2416/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, nəhayyətdə cavabdeh tanınmaqla, iddia tələbimizin yalnızca 4%-i təmin edilmişdir.
Belə olan halda biz məcbur qalıb, Bakı Apellyasiya Məhkəməsi MK (məruzəçi hakim Sariyev Xəyal Əjdər oğlu) 21.08.2019-cu il tarixli, 2(103)-9786/2019 saylı qətnaməsindən yenidən Ali Məhkəmənin MK-na kassasiya şikayəti verdik.

Azərbaycan Respublikası Ali Məhkəməsinin (məruzəçi hakim Hacıyev Sənan Firudin oğlunun sədirliyi ilə) 13.01.2020-cu il tarixli, 2(102)-322/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21.08.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır.

İş hal-hazırda (2(103)-3807/2020) Bakı Apellyasiya Məhkəməsinin MK-nın hakimi Elşən Kazımovun icraatındadır. Umarıq ki, sonda Bakı Apellyasiya Məhkəməsinin bu hakimi qanunların hökmünə və vicdanının səsinə qulaq asıb, təmsil olunduğu məhkəmənin və xüsusən də ölkənin imicinə xələl gətirəcək yanlış qərara imza atmaz.

Möhtərəm Prezident!

Aydındır ki, bu mücadilədə bizdən alınanı geri qaytara bilməyəcəyik. Amma bütün bu müddət ərzində bizim mücadiləmizin qayəsi Azərbaycan Respublikasının qanunlarına və ailəmizə qarşı etinasızlıq göstərmiş məmurların cəzalandırılması ilə haqqın, ədalətin azacıq da olsa bərpasına nail olmaq olub. Bizim bu mücadiləmiz həm də Sizin bu yöndə yürütdüyünüz siyasətə də bir dəstək məqsədi daşıyır. Nəhayətdə biz də ədalətli, dürüst bir cəmiyyətin qurulmasına nail olmaq istəyirik.

Bir məqamı da diqqətinizə çatdırım ki, insanlıqdan nəsibini almamış bu məmurların ən büyük günahları oğlunu itirən bir ataya qarşı bunca etinasızlıqlarıdır ki, onun eyni faciəni 3 il 8 aydır, hər gün dilə gətirməklə, təkrar-təkrar yaşamasına nədən olmuşlar. Bu isə mənaviyyatsızlıqdır, əxlaqsızlıqdır, həm də dövlətə və onun Başçısına xəyanətdir. Siz demişkən, belələri o həddə harınlayıblar ki, artıq Allahdan da qorxmurlar.

Cənab Prezident!

İnanıram ki, burada adları keçən hər kəsi diqqətə alacaq və aidiyyatı orqanlar tərəfindən araşdırılaraq, layiqli cəzaların verilməsi barədə öz sözünüzü deyəcəksiniz. Xüsusən də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, onun qoruduğu Manaf Manafov və Həsən Niftəliyev kmi məmurların haqqında ciddi ölçü götürülməsini istəyirəm. Belə mənəviyyatsızların ən azından vəzifələlərində qalmaları Sizin yürütdüyünüz siyasətə həm əngəl, həm də ləkədir.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az