• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-04-2020, 15:28

Təyinatının qırxıncı günündə töhmət alan başçı ümidləri doğrultmadı (FOTO/VİDEO)

Təyinatının qırxıncı günündə töhmət alan başçı ümidləri doğrultmadı (FOTO/VİDEO)

[media=https://www.youtube.com/watch?v=KmysXhgdACw&feature=youtu.be]
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Bununla bağlı Qaynarinfo-ya icra başçısına töhmət verilməsinin bəzi əlavə detalları ilə bağlı məlumat daxil olub.

Məsələ burasındadır ki, icra başçısı son addımı ilə məsuliyyətsizlik nümayiş etdirib. Artıq xəbər verildiyi kimi, N.Bağırov bir neçə gün əvvəl karantin qaydalarını pozaraq bir qrup sahibkarla rayonun Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib.

Əldə etdiyimiz əlavə məlumata görə, orada sahibkarlarla yanaşı, bir neçə nəfər də olub. Yəni icra başçısını dağa səyahəti zamanı sahibkarlarla yanaşı, digər şəxslər də müşayiət edib. Lakin mənbə etik cəhətdən həmin şəxslərin adlarını açıqlamadı.

İcra başçısı rayondakı karantin qaydalarına ciddi riayət etmək, bununla bağlı vətəndaşlara nümunə olmaq əvəzinə, qaydaları elə özü pozub. Halbuki yerli icra orqanının rəhbəri başçılıq etdiyi rayonda istər qanun-qaydalara riayət, istərsə də digər hərəkətlərində sakinlərə nümunə olmalıdır. Özüd də belə həssas dövrdə. Məsələ burasındadır ki, dünya ölkələrini ağuşuna alan, bir sıra dövlətlərin gizli düşmən adlandırdıqları koronavirus pandemiyası şəraitində ölkəmizdə vəzifəsindən, cinsindən, siyasi mövqeyindən asılı olmayaraq hər bir vətəndaş karantin qaydalarına ciddi şəkildə riayət etməlidir. Şübhəsiz ki, vəzifəli şəxslər bu prosesdə öndə getməli, öz davranışları, qaydalara əməl etmələri ilə hər kəsə nümunə olmalıdırlar. Məhz belə olduqda digərləri vəziyyətin ciddiliyini anlayar və qoyulmuş qayda-qanunlara riayət edərlər.
Lakin N.Bağırovun bu addımı ona olan etimadı doğrulmadığını göstərir. Halbuki məsuliyyətsizlik, hər kəs üçün ümumi və icbari olan qaydaların pozulması daha ciddi inzibati cəza tədbirləri ilə nəticələnə bilər. Görünür icra başçısı sabiq həmkarlarının hamı üçün ümumi və zəruri olan qayda-qanunlara riayət etməmələrinin, qadağalardan kənara çıxmaların onlar üçün hansı fəsadlar törətdiyini ya unudub, ya da fərqinə varmır. Qanun və qayda vəzifəsindən, qulluq mövqeyindən, cinsindən, siyasi baxışlarından asılı olmayaraq hamı üçün eynidir. İnsan ondan kənara çıxdıqda son nəticədə özü də kənarda qalmalı olur. Sonrakı peşmançılıq isə necə deyərlər, fayda vermir.

Sonda onu da qeyd edək ki, gənc icra başçısı bu vəzifəyə cəmi 40 gün öncə- 5 mart tarixində təyin olunmuşdu.










Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az