• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
8-02-2020, 15:54

Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biridir

Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biridir

BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) "Dünya Turizm Barometrinin" (World Tourism Barometer (WTB) Annex 18) yanvar hesabatına əsasən Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biri kimi qiymətləndirilib. Qeyd edək ki, hesabat ildə dörd dəfə nəşr olunur və turizm istiqamətləri üzrə ən son məlumatların təhlilini özündə cəmləşdirir.

Milli.Az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı Trend-ə bildirir ki, bir qədər əvvəl açıqlanan "İnternational Tourism Highlights 2019" məlumatında da Azərbaycana gələn turistlərin ümumi sayında 2017-ci il ilə müqayisədə 2018-ci ildə 6,2% artım qeydə alınıb. Müqayisə etdikdə müşahidə olunur ki, Azərbaycan Latviya, Estoniya, Rusiya, Türkmənistan, Qırğızıstan, Ukrayna kimi region ölkələrini, inkişaf etmiş Avropa ölkələrindən isə İspaniya, Fransa, Avstriya, Almaniya kimi ölkələri geridə qoyub. Həmçinin, 2019-cu ildə 11,4% artımla Azərbaycan 18-ci yerdə qərarlaşmaqla ən sürətlə inkişaf edən ölkələrdən biri olaraq dəyərləndirilib: "Hesabatda qeyd olunub ki, vacib idman tədbirlərinə ev sahibliyi, viza prosesinin sadələşdirilməsi və beynəlxalq mətbuatda aparılan reklam kampaniyaları ölkədə turizmin inkişafını təşviq edib. Turizm sektorunda xidmət paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği, fiziki və sosial regional turizm infrastrukturunun məqsədyönlü inkişafı istiqamətində əsaslı tədbirlər icra edilib. Həmçinin, ənənəvi və müasir müalicə imkanlarından istifadə edilməklə sağlamlıq, perspektivli qış turizmi və ekoturizmin inkişafına investisiya qoyuluşları və bu kimi digər tədbirlər turizmin ÜDM-də payının artımına, yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir."

N.Kazımlı əlavə edib ki, turizm qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən biridir. Həmçinin, beynəlxalq metodologiyalara əsasən də ölkənin əlverişli coğrafi mövqeyindən istifadə edilməklə hava əlaqəsinin və əlçatanlığının artırılması, qədim tarixə, ənənəvi dəyərlərə, cəlbedici təbiətə malik olması ilə yerli dəyərlərin beynəlxalq aləmdə uğurla təbliği bu sahənin əsas potensial imkanlarından hesab olunur. Turizm sektorunun inkişafının dəstəklənməsi nəticəsində mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 2015-ci illə müqayisədə 2018-ci ildə 60 ədəd, müvafiq xidmətlərdən istifadə edən yerli və əcnəbi turistlərin sayı isə 991,330 min nəfər artıb. Turizm dövlət-özəl tərəfdaşlığı əsasında xarici investisiyaların əsas payı ilə ekoloji dayanıqlıq prinsipləri əsas götürülməklə kəndlərin və regionların inkişafına əsas təkanverici qüvvəsi olaraq Azərbaycanın beynəlxalq arenada qabaqcıl mövqe tutmasına şərait yaradır.

Hesabatda bildirilir ki, Brexit prosesi (Böyük Britaniyanın Avropa Birliyindən çıxması), geosiyasi və ticari gərginlik, qlobal iqtisadiyyatdakı yavaşlama, eyni zamanda Avropadakı bir neçə aşağıbüdcəli aviaşirkətlərin qəza hadisələri kimi mənfi faktorların mövcud olmasına baxmayaraq, 2019-cu ildə beynəlxalq turist axını 4% artaraq, 1,5 milyarda çatıb. Ən çox inkişaf Mərkəzi Asiya ölkələrində 8%, Asiya və Sakit Okean ölkələrində 5% qeydə alınıb. Dünyada son 9 ildə ən çox səfərlərin olduğu Avropaya (Azərbaycan da daxil olmaqla) turist axını 4% artıb.


BMT-nin Dünya Turizm Təşkilatı təqdim etdiyi hesabatda dünyadakı beynəlxalq turist axınının 2020-ci ildə müsbət tempi qoruyaraq 3%-dən 4%-ə artacağını proqnozlaşdırır. İİTKM-in analitiki qeyd edir ki, Azərbaycanda Prezidentin rəhbərliyi ilə iqtisadiyyatın sürətlə inkişaf edən sahəsi olaraq turizm bazarının təkmilləşdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində əsaslı islahat tədbirləri həyata keçirilir, bu istiqamətdə mühüm işlər görülür. Həmin tədbirlərə misal olaraq, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Şurası Bakıda "Travel Business Azerbaijan 2020" konfransınını təşkil etməsini göstərmək olar. Tədbirdə 500-ə yaxın yerli turizm sərgisi 400 beynəlxalq və yerli alıcıya 1200 turizm məhsulunu təqdim edəcəkdir. Bundan başqa, 2018-ci ildə Azərbaycan Turizm Şurası ölkənin turizm potensialını və imkanlarını təbliğ etmək məqsədilə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Rusiya və Hindistan da daxil olmaqla 6 ölkədə tamamilə yeni milli turizm ofislərini istifadəyə verib. Həmçinin, növbəti illərdə dörd yeni ofisin açılacağı, onlardan ikisinin İngiltərə və Cənubi Koreyada yerləşəcəyi bildirilir. Bu kimi yeniliklər Azərbaycanda turizm sektoruna əhəmiyyətli dərəcədə öz tövhəsini verərək böyük inkişaf təmin edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2019-cu ildə açıqladığı "Turizm və səyahətin rəqabət qabiliyyəti" adlı hesabatına əsasən də Azərbaycan turizmdə biznes mühiti üzrə ötən hesabatla müqayisədə 57-ci mövqedən 28-ci pilləyə qədər irəliləməyə nail olub. Əldə olunan nailiyyətə əsasən hesabatda Azərbaycan "turizm sahəsində biznes mühiti üzrə dünyada ən çox inkişafa nail olmuş ölkə" statusunda qiymətləndirilib.

Nyua.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az