• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
18-05-2019, 09:02

Bitkoini yaxın 10 ildə nə gözləyir?

Bitkoini yaxın 10 ildə nə gözləyir?

Ekspertlər ölkəmizdə kriptovalyutaların yaxın gələcək üçün ciddi perspektivini görmürlər

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Günlərdir ABŞ-la Çin arasında davam edən ticarət müharibəsi Bitkoinin kəskin bahalaşması ilə nəticələnib. Fins.az-ın məlumatına görə, Çində sərmayəçilər yuanı Bitkoin və digər valyutalara çevirirlər. Məlumata görə, kriptovalyutanın dəyəri son 24 saat ərzində 14 faizdən çox artaraq 8148 dollara qədər yüksəlib. Xatırladaq ki, ABŞ hökuməti mayın 11-də 300 milyard dollar məbləğində Çin mallarına qarşı rüsumu 10%-dən 25%-ə qədər qaldırıb. Çin hökumət isə ötən gün iyunun 1-dən etibarən ümumi dəyəri 60 milyard dollar olan ABŞ məhsullarına 5-25% gömrük vergisi tətbiq ediləcəyini açıqlayıb. Bundan başqa, 2493 məhsul üçün gömrük rüsumu 25% təyin olunacaq. Ümumilikdə isə yeni tariflər 5 min məhsula şamil ediləcək.

Bəs görəsən kriptovalyutaların bazardakı mövqeyi hazırda necə dəyərləndirilir? Ümumiyyətlə yaxın gələcəkdə Bitkoini nə gözləyir?

İqtisadçı-ekspert Rəşad Həsənov söyləyir ki, yaxın 10 il ərzində dünyada tədavülün əhəmiyyətli qismi kriptovalyutalar vasitəsi ilə həyata keçiriləcək: "Bu proses artıq başlayıb və gələcəkdə qaçılmaz olacaq. Blokçeyn texnologiyasının innovativ tərəflərinin müxtəlif üstünlükləri var. Sürət, tranzasiya xidmətlərinin aşağı olması valyutanın bu növünə olan marağı daha da artır. Son dövrlərdə müxtəlif ölkələrin mərkəzi bankları kriptovalyutalara daha ciddi yanaşmağa başlayıb. Bir neçə ölkədə kriptovalyuta investisiyasına rəsmi olaraq başlanılıb. Bu kontekstdən yanaşdıqda növbəti 10 illiklər ərzində böyük ehtimallarla ticarət dövriyyəsi, vəsaitlərin köçürülməsi istiqamətində kriptovalyutaların payı sürətlə artmağa başlayacaq. Bu da davamlı olaraq bazarda qiymət dəyişmələrinə gətirib çıxaracaq. Hazırda ciddi risklər mövcuddur. Ən çox tanınan kriptovalyuta növü olan Bitkoinin qiymətinin kəskin dəyişməsi məhz bu risklərdən qaynaqlanır. Çünki valyutanın bu növünün arxasında hər hansı iqtisadiyyat və ya qüvvə dayanmır. Eyni zamanda, hüquqi təminat yoxdur. Əksər hallarda Bitkoinin cinayətkar qrupların əlində alətə çevrilməsi ilə bağlı risklərin olması dünya banklarının bu istiqamətdə tənzimləmə mexanizmlərini təkmilləşdirməsi və daha mühafizəkar mövqedən çıxış etməsinə gətirib çıxarır. Nəticədə qiymətlər tez-tez qalxıb-enir. İndiki şərtlər daxilində Bitkoinin qiyməti onun real dəyərini əks etdirmir. Dövriyyə dəyişsə və hüquqi tənzimlənmə istiqamətində effektiv mexanizmlər formalaşdırılsa, kriptovalyutalar bazarda özünə etibarlı və dayanıqlı mövqe tapa bilər. Bu isə valyutanın bu növünə marağı daha da artırmaqla, tədavüldə həcminin artmasına gətirib çıxara bilər. Əslində bazar elə də böyük deyil. Yəni təxminən 250 milyon ABŞ dolları dəyərində dövriyyədən söhbət gedir. Hər hansı qlobal oyunçunun kriptovalyutaların alışına və satışına başlaması da qiymətlərə təsir göstərir. Bir sıra hökumətlərin səsləndirdiyi fikirlər qiymətləri birbaşa olaraq öz təsiri altına ala bilir. ABŞ-la İran arasında müəyyən təhlükələrin ortaya çıxması ilə yeni risklər formalaşıb. Belə bir dövrdə alternativ maliyyə alətlərinə yönəlmələr artır. Kriptovalyutalara olan tələb artır və bu da qiymətləri artıran məqamlardandır. Bəzi ölkələr ödəniş sistemlərinin xidmətlərindən tam olaraq yararlana bilmir. Buna görə də alternativlərdən istifadəyə üstünlük verirlər. Bu özü də bazarda tələbi artırır. Kriptovalyutalarla bağlı pozitiv açıqlamaların səsləndirilməsi valyutanın bu növünün dəyərinin yüksəlməsinə səbəb olur".

İT üzrə mütəxəssis Şaiq Muradov deyir ki, Bitkoinə investisiya kimi yanaşılır: "Kriptovalyutalar əslində alternativ valyutadır. Bizdə kriptovalyuta deyildikdə, yalnız Bitkoin nəzərdə tutulur. Amma əslində kriptovalyutanın bir çox növləri var. Bu valyuta növünün üzərində dayandığı Blokçeyn sistemi gələcək üçün alternativ formalaşdırır. Bitkoin olmasa da, gələcəkdə bu texnologiya üzərində alternativ kriptovalyutalardan geniş istifadə olunacaq. Hələlik Bitkoinə investisiya kimi yanaşılır. Əksəriyyət Bitkoin alır və qiymətlər qalxdığı zaman satışa çıxarır. Tələb və təklif çox olduqca, yaxud məşhur bir şirkət öz portfoliosuna Bitkoin əlavə etdiyi zaman qiymətlər sürətlə artır. Bundan imtina edildiyi vaxt isə qiymətlər yenidən aşağı düşür. Bitkoinin dəyərdən düşməsinin əsas səbəblərindən biri bir sıra ölkələrdə qadağa qoyulması idi. İndiki halda qiymətlər haqqında proqnoz vermək çox çətindir. Çünki qiymət dəyişmələri böyük oyunçuların daha çox xeyrinədir".

Telekommunikasiya üzrə mütəxəssis Elçin Verdiyev bildirdi ki, kiçik ölkələrdə kriptovalyutaların perspektivi o qədər də böyük deyil: "İqtisadiyyatı və İKT sektoru daha böyük olan ölkələrdə və qlobal şirkətlərdə valyutanın bu növünün geniş perspektivləri var. Azərbaycan kimi kiçik ölkələrdə bu sahənin inkişafı o qədər də əhəmiyyətli deyil. Çünki hələlik enerji sektoru İKT sektorunu üstələməkdədir. Kriptovalyutaların məşhurlaşmağı üçün İKT sektorunun daha da böyüməsinə ehtiyac var".

İT üzrə mütəxəssis Qafar Əhmədov qeyd etdi ki, kriptovalyutalar o ölkələrdə inkişaf edə bilər ki, orada virtual ödəmələrdən geniş istifadə olunsun: "Ölkəmizdə valyutanın bu növünün inkişaf edəcəyi yaxın 10 ildə mümkün görünmür. Kriptovalyutalar virtual pul vahididir. Amma qiymətlər stabil olmadığına görə böyük risklər var. Bir gün ərzində Bitkoinin qiyməti 10 min dollara qədər ucuzlaşa bilir. Bunun arxasında isə hansısa qüvvələr dayanır. Çünki Blokçeyn başqa bir mexanizm üzərində qurulan texnologiyadır. Hələlik insanlar Bitkoindən istifadəyə öyrəşməyib. Gələcəkdə bu, baş verərsə, bizim istifadə etdiyimiz pul vahidindən daha əlverişli ola bilər. Amma sən bu valyuta növünü cibində gəzdirə bilməzsən. Ona görə də bu valyutaya etibar edilmir".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az