
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, aprelin 15-də qızılın qiyməti aprelin 12-i ilə müqayisədə 5,984 manat azalaraq 1 unsiya üçün 2191,9715 manat təşkil edib.
Gümüş 0,0263 manat ucuzlaşaraq 1 unsiya üçün 25,4468 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 6,5705 manat azalaraq 1513,3995 manat, palladiumun qiyməti isə 4,6155 manat azalaraq 2329,986 manat təşkil edib.
Ad
15.04.2019
12.04.2019
Qızıl
XAU
2191,9715
2197,9555
Gümüş
XAG
25,4468
25,4731
Platin
XPT
1513,3995
1519,97
Palladium
XPD
2329,986
2334,6015
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Nyus.Az

























