• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
30-01-2018, 08:34

Bağlanan bankların əmlakının şübhəli hərracı...

Bağlanan bankların əmlakının şübhəli hərracı...
Əkrəm Həsənov: “Ehtimallar var ki, öncədən əlbir olub bankın əmlakı ilə bağlı formal olaraq ucuz qiymətlər müəyyənləşdirə bilərlər”

Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır. Fonddan verilən məlumata görə, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır. Belə ki, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansında olan 11 ədəd müxtəlif markalı avtomobil və 2 ədəd bankomat təkrar hərraca çıxarılır, 13 ədəd müxtəlif markalı avtomobil və 4 bankomat isə ilk dəfə hərracda olacaq.

Bundan başqa, ləğv prosesində olan “Royalbank” ASC-nin balansında olan 1 mənzil, 2 ev və 1 qeyri-yaşayış sahəsi, ləğv prosesində olan “Zaminbank” ASC-nin balansında olan 1 ədəd “Ford Transit Connect” markalı avtomobil, ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin balansında olan 1 ədəd “Mercedes Benz S350" markalı avtomobil ilk dəfə hərraca çıxarılır.

Həmçinin ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan 1 qeyri-yaşayış sahəsi təkrar hərraca, 2 qeyri-yaşayış sahəsi, 3 ədəd müxtəlif markalı avtomobillər isə ilk dəfə hərraca çıxarılır. “Texnikabank” ASC-nin balansında olan bağ evi təkrar hərraca, 2 ədəd bankomat, 7 qeyri-yaşayış sahəsi və bir lot üzrə 3 torpaq sahəsi də ilk dəfə hərraca çıxarılır.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında keçiriləcək.

Bəs görəsən, bu hərracda ekspertlər və mətbuat nümayəndələrinin də iştirakı təmin oluna bilərmi? Proses nə dərəcədə şəffaf və düzgün keçiriləcək? Satışa çıxarılan avtomobilləri sadə vətəndaşlar da əldə edə bilərmi? Hərraclarda əmlakın qiymətləndirilməsi prosesində hansı yanlışlıqlara yol verilə bilər?

“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov prosesdə şübhəli məqamların ola biləcəyini açıqladı: “Əmlakı hərraca çıxarılan banklardan biri də ”Bank Standart"dır. Yanvarın 30-da “Bank Standart”ın kreditorlarının iclası olacaq. İclas Əmanətlərin Sığortalanması Fondunda keçiriləcək. Bizim orada verəcəyimiz əsas suallardan biri də odur ki, bu hərraclarda biz də iştirak edə bilərikmi? Kreditorlar olaraq, biz də iştirak etməliyik, proses ilk növbədə bizim marağımızdadır ki, bankın əmlakı normal qiymətə satılsın və bizə pul qaytarılsın. Hələlik bizdə bu haqda məlumat yoxdur. Ancaq prinsipcə bu hərraclar açıq keçirilməlidir. İstənilən şəxs gedib orada iştirak edə bilməlidir. Mətbuatın və bankın kreditorlar komitəsinin də orada iştirak etməsinə şərait yaradılmalıdır ki, hərraclarda hər hansı əlbirlik, korrupsiya hallarına yol verilməsin. Çünki hərracda belə ehtimallar da var ki, onlar öncədən əlbir olub bankın əmlakı ilə bağlı formal olaraq ucuz qiymətlər müəyyənləşdirə bilərlər. Əslində isə əmlakın dəyəri daha baha ola bilər. Təsadüfi deyil ki, təkcə “Bank Standart”ın bütün daşınar və daşınmaz əmlakı cəmi 40 milyon manat dəyərində qiymətləndirilir. Ancaq təkcə “Bank Standart”ın şəhərin mərkəzində, Mərkəzi Univermaq tərəfdə yerləşən baş ofisinin qiyməti 40 milyon manat civarındadır. Biz bu prosesdən bərk narahatıq. Əmanətlərin Sığortalanması Fondu bilərəkdən qabaqcadan bankın əmlakını çox ucuz qiymətləndirib ki, o qiymətə də satsın. Ona görə də, bütün bu məsələlərin necə olacağı bizim üçün də maraqlıdır. Bu baxımdan prosesdə mütləq iştirak edəcəyik. Hesab edirəm ki, prosesə mətbuat da gəlməlidir".

Ə.Həsənovun sözlərinə görə, bankın müəyyən əmlaklarını adi vətəndaşlar da ala bilərlər: “Məsələn, bankın mülkiyyətində olan avtomobilləri hər bir vətəndaş hərracda iştirak etməklə ala bilər. Onlar öncə gedib hərracı keçirən təşkilata müraciət etməlidirlər. Orada müəyyən iştirak haqqı ödəməlidirlər. Daha sonra hərracda iştirak edə bilərlər. Qanuna görə belədir və bütün vətəndaşlar iştirak edə bilərlər. Ancaq praktikada bunu necə edəcəklərini biz bilmirik, ancaq prosesi tam nəzarətə götürəcəyik”.

Bankların bəzi əmlakları isə sırf bank sektorunda istifadə üçün nəzərdə tutulub. Buraya bankomatları aid etmək olar. Bu əmlakların hərracda alınması isə yalnız banklar tərəfindən həyata keçirilə bilər. Əkrəm Həsənov vurğuladı ki, hazırda bankların filiallarının bağlandığı bir ərəfədə bu kimi avadanlıqlara tələbat olacağı gözlənilən deyil: “Bu kimi əmlakların hərracda satılması daha çox xarici bankların iştirakı ilə mümkün ola bilər. Yerli banklara bankomat lazım deyil. Çünki Azərbaycanın bank bazarı kiçilir. Buna görə də onların bu qədər bankomata və digər avadanlıqlara ehtiyacı olmayacaq. Bu da hazırda problemlərdən biridir ki, sırf bank işində istifadə edilən avadanlıqları kim alacaq... Bank filiallarının bağlandığı bir ərəfədə hansı bank əlavə avadanlıq almaq istəyər? Ola bilər ki, xarici banklar gəlib həmin avadanlıqları alsınlar. O zaman da qiyməti dəyər-dəyməzinə satılacaq.

Ə.Həsənovun fikrincə, bankların əmlaklarının satılması ilə bağlı hərraclara məhkəmə nəzarət etməlidir: “Hər bir bankın ləğvi prosesinə Apelyasiya Məhkəməsi nəzarət edir. Amma ötən həftənin 5-ci günü ”Bank Standart"ın ləğvi üzrə Bakı Apelyasiya Məhkəməsində proses oldu və hakimlər Əmanətlərin Sığortalanması Fondundan narazı idilər ki, onlara heç bir məlumat verilmir. Məhkəmə onu da dedi ki, ötən ilin birinci rübündən sonra Əmanətlərin Sığortalanması Fondu məhkəmələrə bankın əmlak vəziyyəti haqqında heç bir məlumat verməyib. Ancaq bu açıqlanmalı idi. Fond çalışır ki, məhkəmə nəzarətindən qaçsın. Qanunvericilik isə məhkəmə nəzarətini tələb edir. Mən də orada çıxış edərək dedim ki, bu məsələdə son nəticədə məhkəmə cavabdeh olacaq. Bu məlumatlar verilmirsə, məhkəmə necə nəzarət edə bilər. Söhbət yalnız əmlakdan da getmir, qaytarılmayan kreditlərdən də gedir. Əmanətlərin Sığortalanması Fondundan deyilir ki, biz borcların qaytarılması üçün filan sayda məhkəmə işləri aparırıq. Mən isə bildirdim ki, ən azından bu məhkəmə işlərinin sıyahısını verməlisiniz. Fond çalışır ki, bu prosesin üzərində nəzarət olmasın. “Bank Standart”dan başqa hazırda ləğv prosesində daha 11 bank var. Burada söhbət yüz milyonlardan gedir. Bankların xeyli daşınar və daşınmaz əmlakları var. Lakin bu, kreditorların borclarının qaytarılması üçün kifayət etmir. Əsas gəlir kreditlərdən olmalıdır. “Bank Standart” kimi böyük bir bankın misalında baxsaq, orada banka qaytarılmalı olan kreditlərin məbləği təxminən 750 milyon manatdır, ancaq onun daşınar və daşınmaz əmlakının dəyəri cəmi 40 milyondur. Yəni əsas məsələ verilən kreditlərin geri qaytarılmasıdır".

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az