
"2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda real artım ildə orta hesabla 6 faiz təşkil edib, qeyri-neft sənayesi 50 faiz, qeyri-neft-qaz ixracı isə iki dəfəyə yaxın artıb".
Nyus.Az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Orta Dəhliz barədə danışan nazir qeyd edib ki, 2030-cu ilə qədər Orta Dəhliz boyunca ticarət axınlarını 3 dəfə artırmaq mümkündür:
"Tranzit müddətini də azaltmaq olar. İnfrastrukturun qurulması prosesi başa çatıb, hazırda məqsəd xidmət keyfiyyətini, rəqəmsallaşmanı artırmaq və marşrutu xərc-vaxt baxımından daha rəqabətçil etməkdir".
Mikayıl Cabbarov yaşıl enerji layihələri barədə də məlumat verib:
"Azərbaycanda aparıcı qlobal şirkətlərin iştirakı ilə irimiqyaslı "yaşıl enerji" layihələri icra olunur. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri tərəfindən imzalanmış sazişlə "yaşıl enerji" dəhlizinin təməli qoyulub. Xəzər–Qara Dəniz–Avropa "Yaşıl Enerji" Dəhlizi ilə bərpaolunan elektrik enerjisi Avropa bazarlarına çatdırılmalıdır. Bu, investorlar üçün istehsal, ötürmə və enerji tutumlu sənaye sahələrində yeni imkanlar yaradır"Musavat.com)
Nyus.Az

























