• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
27-01-2018, 08:45

Azərbaycan iqtisadiyyatında şaxələnmə - perspektivdə nələr gözlənilir...

Azərbaycan iqtisadiyyatında şaxələnmə - perspektivdə nələr gözlənilir...
Ekspertlər islahatların davam etdirilməsini zəruri sayırlar

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının vacibliyi böhran illərində daha qabarıq hiss olundu. Neftin dünya bazar qiymətinin kəskin enişi ondan asılı olan Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaratdı, milli valyuta iki dəfədən çox dəyər itirdi, bahalaşma, inflyasiya sürətləndi.

Böhran iş yerlərinin bağlanması, insanların gəlirlərinin azalması ilə də müşayiət olundu. Nəhayət, ölkənin maliyyə-bank sektorunda ciddi problemlər yarandı, bu sahədə vəziyyət hələ də normal məcrasına qayıtmayıb,13 bank bağlanıb, daha 4-5 bankın da eyni aqibəti yaşaması gözlənilir. Bütün bunlar hökumətin qeyri-neft sektorunun inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirməyə, bir sıra istiqamətlərdə islahatlar başlatmağa sövq etdi.

Görülən təbirlər nəticəsində qeyri-neft sektorunda müəyyən canlanma hiss olunmaqdadır. Belə ki, rəsmi statistikaya görə, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib. Bu isə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixracın 24 faiz artması deməkdir. Ötən il ərzində meyvə-tərəvəz ixracından 503 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracından 118 milyon, plastmasa və onlardan hazırlanan məmulatların ixracından 101 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracından 83 milyon, kimya sənayesi məhsullarının ixracından 80 milyon, pambıq ixracından 52 milyon, elektrik enerjisinin ixracından 51 milyon, şəkər ixracından 39 milyon, çay ixracından 10 milyon ABŞ dolları gəlir əldə edilib.

Bu göstəricilərdən çıxış edərək, Azərbaycan iqtisadiyyatının şaxələndiyini söyləmək mümkündürmü? Bu istiqamətdə başladılan işləri, əldə olunan nəticələri nə qədər qənaətbəxş saymaq olar?

Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, əldə olunan nəticələr hələ ki, iqtisadiyyatımızda şaxələnmənin çox zəif olduğunu deməyə əsas verir: “İqtisadiyyatın diversifikasiyalaşma səviyyəsini qiymətləndirmək üçün əsas indikatorlardan biri ixracın strukturudur. Azərbaycanın ixracatının 90 faizə yaxınını neft, neft məhsulları və qaz təşkil edir. Düzdür, 3 il əvvəl bu göstərici 92 faiz idi, indi 90 faizə düşüb. Amma bu azalmanı iqtisadiyyatın divesifikasiyası baxımından ciddi bir uğur kimi qiymətləndirmək mümkün deyil. Bu rəqəm göstərir ki, ölkədə çoxşaxəli modelə keçid çox ləng gedir”.

Lakin N.Cəfərlinin sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində işlər başlanıb, xüsusilə kənd təsərrüfatı ixracının artımı baxımından yaxşı nəticələr əldə olunmaqdadır: “Burada əsas problem qurulmaqda olan modeldə xammal ixracına əsaslanmasıdır. Biz elə nefti də xammal kimi satmağa köklənmişik. Kənd təsərrüfatı məhsullarını da daha çox xammal kimi satırıq. Halbuki son məhsulun əldə olunması, son məhsulun ixracının qurulması ilə daha böyük gəlir əldə etmək mümkündür. Bu sahədə Macarıstan böyük uğur əldə edib, çox səmərəli model qurulub. Bizdə də son məhsula hesablanmış modelin, özü də qısa müddətdə tətbiq olunmasına ciddi ehtiyac var”.

Milli Məclisin üzvü, millət vəkili Vahid Əhmədovun fikrincə, Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində başladılan islahatlar tezliklə ciddi nəticələrini verəcək: “Bildiyiniz kimi, cənab prezidentin fərmanı ilə iqtisadiyyatda böyük islahatları nəzərdə tutan strateji yol xəritələri təsdiqləndi. Ondan sonra başlanan işləri mən çox yüksək qiymətləndirirəm. Əgər proses belə davam edəcəksə, qeyri-neft sektorunun inkişafı baxımından ciddi nəticələr olacaq. Xüsusilə son vaxtlar regional əhəmiyyətli layihələrin həyata keçirilməsi, Bakı-Tiflis-Qars dəmiryol xəttinin istifadəyə verilməsi, Azərbaycanın nəqliyyat dəhlizi mərkəzinə çevrilməsi, biz bu yaxınlarda qanun da qəbul edəcəyik - Ələt Azad İqtisadi Zonasının yaradılması, sənaye parklarının, rayonlarda sənaye məhəllələrinin, aqroparkların yaradılması kimi tədbirlər müəyyən müddətdən sonra uğurlu nəticələr verəcək. Düzdür, biz istəyirik ki, yaxşı nəticələri tez əldə edək. Lakin bu işlərin nəticələrini qiymətləndirmək, real gəlirlər əldə etmək üçün azı 2-3 il də bundan sonra vaxt keçməlidir. Yəni strateji yol xəritələrində nəzərdə tutulan işlər həyata keçirilsə, heç bir problem olmayacaq”.

Millət vəkilinin fikrincə, neftin dünya bazar qiymətinin artması qeyri-neft sektorunda başladılan işləri yarımçıq saxlamaq üçün əsas ola bilməz: “Cənab prezident Davosda da qeyd etdi ki, neft daimi deyil, onun tükəndiyi dövrə hazır olmaq lazımdır. Ona görə də biz qeyri-neft sektorunun inkişafına böyük diqqət yetiririk. Düşünmürəm ki, neftin indiki qiymətləri uzunmüddətlidir. Bu qiymətlər müəyyən proseslərin təsiri ilə yaranıb, onlar bitəndə qiymətlər də aşağı düşəcək. Bu baxımdan, başlanan işlərin dayandırılacağını gözləmirəm”.

V.Əhmədov onu da bildirir ki, hazırda Azərbaycan iqtisadiyyatının əsas problemli sahəsi bank sektorudur: “Bank sistemindəki vəziyyətdən çox narahatam. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası bankların sağlamlaşdırılması istiqamətində ciddi işlər görür, lakin hələ bu sahədə problemlər qalmaqdadır. Xeyli bank bağlanıb, amma düşünürəm ki, bu, çıxış yolu deyil. Bankların bağlanması özüylə çoxsaylı problemlər də gətirir. Biz bankların təmərküzləşməsinin tərəfdarıyıq. Dövlət üzərinə düşən işləri - infrastrukturun yaradılması işini həyata keçirir. Lazımdır ki, banklar-biznes-əhali əlaqələri də elə müstəviyə çatsın ki, problemlər yaranmasın. Biznes, əhali kredit üçün banka yalvarmasın, bank özü onların yanına gəlsin çoxsaylı və əlverişli kredit şərtlərilə”.

Dünya SAKİT,
«Yeni Müsavat»

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az