
Rusiya hökuməti Azərbaycan və Rusiya arasında neft, təbii qaz və elektrik enerjisinin idxal və ya ixracı zamanı alınan gömrük rüsumları və digər ödənişlərin dövlət büdcəsinə köçürülməsinin tənzimlənməsinə dair saziş layihəsini təsdiq edib.
Nyus.Az "Report"a istinadən bildirir ki, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yer alıb.
Bildirilir ki, saziş layihəsi iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2016-cı ilin dekabrında Bakıda baş tutan iclasının yekununda Rusiya və Azərbaycan arasında gömrük işi sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə hazırlanıb.
Nyus.Az

























