• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 21-10-2026 Azərbaycanda balıq bahalaşdı - Qiymət
  • 21-10-2026 Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VIDEO
  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
1-08-2024, 09:47

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı: Səbəb nədir? - ARAŞDIRMA

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı: Səbəb nədir? - ARAŞDIRMA


Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (2-6%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər ki, ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də hədəf diapazonunun (2-6%) aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin iyun ayında 12 aylıq inflyasiya 1.1%, baza inflyasiya isə 0.8% təşkil edib. İllik ərzaq inflyasiyası 0.2%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.4% olub.

Bildirilib ki, inflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bununla belə əvvəlki aylarda müşahidə edilən davamlı qiymət azalması dayanıb və bəzi məhsullar üzrə qiymət artımı müşahidə edilib: "Tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 6 ayında 4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 1.8% artaraq 69.7 mlrd. ABŞ dolları olub. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.1% artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb".
"Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır"
Diqqətə çatdırılıb ki, ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib: "Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır. İnflyasiyanı artıra biləcək daxili risk amillərinə isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı aiddir. İlkin qiymətləndirmələrə görə 2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmə nəticəsində xərclərin artımının əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Bununla belə ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılır".
"İnflyasiyanın 2024-cü ildə 5.4%, 2025-ci illdə isə 5.5% olacağı gözlənilir"
Qeyd edilib ki, ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib: "Yenilənmiş proqnozlara görə mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5.4%, 2025-ci illdə isə 5.5% olacağı gözlənilir. İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər".
"Uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq", - məlumatda bildirilib.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az