• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
21-05-2018, 08:41

Bakda küçə ticarəti bərpa edilə bilər – Gözlənti

Bakda küçə ticarəti bərpa edilə bilər – Gözlənti

İqtisadçı ekspert: “Turizmin inkişafi üçün də küçə ticarəti lazımdır”

Neçə ildir “şəhərin estetik görüşünü pozur” arqumenti ilə Bakıda küçə ticarəti ləğv edilib. Bununla bağlı Bakı Şəhər İcra hakimiyyətinin müvafiq göstərişi var. Küçədə qəzetdən tutmuş, su satışına qədər digər malların satışı qadağan olunub.
Əksər ölkələrin iri şəhər və paytaxtlarında küçə ticarəti mövcuddur. Bu, həm insanların ehtiyacını ödəyir, həm də ölkə vətəndaşlarının işsizlik probleminin qarşısını müəyyən qədər alır. Məsələn, İstanbulda küçədə addımbaşı qəzet, su, qovrulmuş şabalıd, simit və s. satana rast gəlmək olur. İstənilən adam aidiyyəti bələdiyyədən icazə alıb, vergisini ödəyib küçədə ticarətlə məşğul ola bilər.



İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, Bakıda küçə ticarəti olmalıdır: “Bu, bir tərəfdən yeni iş yerlərinin yaradılması baxımından əlverişlidirsə, digər tərəfdən də rəqabət yaradır. Say etibarı ilə ticarət obyektləri nə qədər çox olarsa, rəqabət də bir o qədər çox olur. Son 10 ildə Azərbaycanda supermarket şəbəkəsi inkişaf etməyə başlayıb. Təbii ki, supermarketlərin özünəməxsus yeri, rolu və üstünlüyü var. Eyni zamanda kiçik ticarət obyektlərinin də öz yeri və rolu var. Avropanın inkişaf etmiş ölkələrində şəhərin mərkəzində küçə ticarətinə rast gəlinir”.



“Küçə ticarəti deyəndə ağıla təxminən Bakının 90-cı illəri gəlir. Əlbəttə, onda da küçə ticarətinin böyük üstünlükləri vardı. Əsas çatışmazlığı isə daha çox səliqəsizliklə bağlı idi. Çünki küçə ticarəti şəhərin təmizlik məsələsində problemlər yaradır. Bunun qarşını almaq üçün onlar üçün xüsusi yerlər ayrıla bilər. Vaxtilə Azərbaycanda da küçə ticarəti kifayət qədər inkişaf etmişdi. İndi isə küçə ticarəti daha çox partizan xarakteri daşıyır. Rəsmi icazə yoxdur, amma qeyri-rəsmi olaraq metro-stansiyaların bəzi giriş-çıxışında küçə ticarəti mövcuddur”, - deyə iqtisadçı əlavə edir.



S. Əliyev düşünür ki, turizmin inkişafi üçün küçə ticarəti lazımdır: “Ölkəyə gələcək turistləri qarşılayacaq ilk məkan küçə ticarətidir. Bunun üçün də küçə ticarəti vacibdir. Məsələn, kitab, suvenir, əl işlərinin satışı və s. Bu məsələ həllini tapmalıdır. Əlçatmaz yerlərdə satış həyata keçirtsinlər deyə, küçə ticarəti ilə yanaşı, hətta səyyar ticarətin inkişafı da vacibdir. Səyyar ticarət istehlakçıların rahatlığı baxımından çox əlverişlidir”.



Pakistanlı Həmzə vaxtilə metronun “Nəriman Nərimanov” stansiyasının çıxışında bijuteriya satardı. Azərbaycana 2009-cu ildə gəlmişdi. Həmzəni Bakıya uzun illər Azərbaycanda alver edən dostu gətirib. Əslən Zaqataladan olan xanımla ailə də qurub. İki oğlu var. Uzun illər metro çıxışında bijuteriya satıb ailəsini dolandırardı. Bu illər ərzində Azərbaycanca da danışmağı öyrənib.



Satdığı bijuteriyalar görünüşcə əslindən seçilməsə də, qiymətləri arasında kəskin fərq vardı. Bahalı mağazalarda 50-60 manata satılan üzükləri Həmzə 5 manata verərdi. Bir az israr edəndə endirim də edirdi. Beləcə, həm onun cibi pul görərdi, həm də üzüyü alan qadınların üzü gülərdi.



İki ilə yaxındır Həmzə gözə dəymir. Bu yaxınlarda yolda qarşılaşdıq. Üz-gözündən kədər yağırdı. Əvvəlki deyib-gülən Həmzədən əsər-əlamət qalmamışdı. İş-gücüylə maraqlandım. Ovcunu göyə açıb “Allah nə versə...” - dedi.
Küçə ticarəti ləğv edən qərar Həmzə kimi onlarla, bəlkə də yüzlərlə insanın çörəyini əlindən aldı.



Qarşıdan yay gəlir. Ölkəyə xeyli turist gələcək. Turistlər üçün də küçə ticarəti əlverişlidir. Eyni zamanda Azərbaycanda işsizlik problemi var. Bunun qarşısını almaq üçün də küçə ticarətinə ehtiyac var. Bunu iqtisadçı da təsdiqləyir.



Ümid edirik ki, Bakı Şəhər İcra Hakimiyyətinə yeni təyin olunacaq başçı küçə ticarəti məsələsini də yenidən gözdən keçirəcək. Bununla da, həm insanların qarnı doyacaq, həm də ölkə iqtisadiyyatı qazanacaq.



Ləman Mustafaqızı,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az