• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
17-02-2021, 10:11

Türkmənistan-Azərbaycan hərtərəfli əməkdaşlığının inkişafı regionun enerji xəritəsində ciddi dəyişikliklərə yol açacaq - Səfir - Müsahibə

Türkmənistan-Azərbaycan hərtərəfli əməkdaşlığının inkişafı regionun enerji xəritəsində ciddi dəyişikliklərə yol açacaq - Səfir - Müsahibə



Zəngin karbohidrogen ehtiyatlarına malik Türkmənistanla Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafı nəinki bu ölkələr üçün, həm də bütün Mərkəzi Asiya, Xəzər və Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyır.

Nyus.Az bildirir ki, bunu Trend-ə Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev deyib.

O qeyd edib ki, bu əməkdaşlıq regionun enerji xəritəsində ciddi dəyişikliklərə, iri investisiya axınına, region ölkələrində iqtisadi inkişafa, yeni iş yerlərinin yaradılmasına və bunun nəticəsində həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq.

İki ölkə arasında əməkdaşlıq barədə danışan səfir bildirib ki, Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağının ikitərəfli əməkdaşlıq əsasında işlənməsi kommersiya və texniki baxımdan marağı artırır:

"Beləliklə, Xəzər dənizində karbohidrogenlərin nəqli üçün yaradılmış müasir infrastruktur "Dostluq" yatağından hasil edilən enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün əlverişli şərait yaradacaq".

Diplomat əlavə edib ki, perspektivdə yatağın işlənməsi və hasilat Mərkəzi Asiya enerji ehtiyatlarının təmin olunması üçün Trans-Xəzər boru kəmərinin tikintisinə təkan verə bilər:

"Yataqdan hasil olan təbii qaz və neft Türkmənistan və Azərbaycanın neft-kimya sənayesini genişləndirməyə imkan verəcək. Bu, geniş əməkdaşlıq üçün yol açan çox vacib razılaşmadır".

M.İşanquliyev bildirib ki, hazırda Memorandum çərçivəsində müvafiq strukturlar arasında layihələrin reallaşdırılması və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün işçi qruplar yaradılıb:

"Qrupların işi əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək və bu sahənin gələcək inkişafı üçün məqbul şərtlərin tapılmasına gətirib çıxaracaq".

Səfir enerji sahəsi ilə yanaşı iki ölkə arasında əməkdaşlığın digər sahələrindəki nailiyyətlərini də qeyd edib. O vurğulayıb ki, hazırda Türkmənistan-Azərbaycan marşrutu üzrə "Türkmentelekom" və "Azertelecom" şirkətləri tərəfindən həyata keçirilən Xəzər dənizinin dibi ilə fiber-optik kabelin tikintisi və istismarı layihəsi ilkin mərhələdədir:

"Trans-Xəzər fiber-optik kabel xətti gələcəkdə ölkələrimizi həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya üçün rəqəmsal mərkəzə çevirəcək".

Yaxın gələcəkdə planlaşdırılan birgə layihələrdən danışan M.İşanquliyev bildirib ki, hazırda Türkmənistan hökumətinin təşəbbüsü ilə "Xəzər dənizi - Qara dəniz" nəqliyyat dəhlizinin yaradılması qlobal xarakter alıb. Bu layihənin üzvləri Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniyadır:

"Hazırda Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya hökumətləri arasında "Xəzər dənizi - Qara dəniz" beynəlxalq tranzit və nəqliyyat dəhlizinin yaradılması barədə Sazişin nəzərdən keçirilməsi yekunlaşmaq üzrədir".

Səfirin sözlərinə görə, Xəzər və Qara dəniz regionlarının vahid nəqliyyat dəhlizində birləşməsi iqtisadi tərəfdaşlığın, istehsal və enerji üzrə tərəfdfaşlığın, ticarət və investisiyaların inkişafı üçün geniş perspektivlər açır:

"Xəzərdə əməkdaşlıq formatının yaradılması ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcək. Azərbaycanın karbohidrogen ehtiyatlarını Avropaya ixrac etməyə imkan verə zəruri infrastrukturu var".

M.İşanquliyev əlavə edib ki, Türkmənistan və Azərbaycan beynəlxalq enerji əməkdaşlığı sahəsində Avropa bazarlarına marşrutların şaxələndirilməsi, təhlükəsizlik və etibarlılıq təminatı, çoxtərəfli maraqların nəzərə alınmasına əsaslanan balanslaşdırılmış, çoxvariantlı tədarük sisteminin yaradılmasının tərəfdarıdır:

"Türkmənistan və Azərbaycan iri karbohidrogen istehsalçıları olaraq bir-birlərini beynəlxalq məkanda dəstəkləyir və enerji daşıyıcılarının tədarükünün şaxələndirilməsi baxımından eyni mövqe nümayiş etdirir. Bu istiqamətdə işlər həm ikitərəfli formatda, həm də beynəlxalq tərəfdaşlarla davam edəcək".

Səfir nəqliyyat sahəsində Türkmənistanla Azərbaycanın əməkdaşlığına da xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, "Lapis Lazuli" dəhlizinin Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirilməsi imkanları nəzərdən keçirilir:

""Lapis Lazuli" dəhlizinin Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirilməsi yüklərin Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə 50-60 ölkəyə, o cümlədən Avropa və Şimal Afrikanın əksər ölkələrinə nəqlini təmin edəcək".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az