• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-02-2021, 09:52

"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi üzrə planlar vacib əhəmiyyət daşıyır - Rumıniyanın energetika naziri

"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi üzrə planlar vacib əhəmiyyət daşıyır - Rumıniyanın energetika naziri


Trend BİA-nın Rumıniyanın energetika naziri Vircil Daniel Popesku ilə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 7-ci iclası münasibətilə özəl müsahibəsi

- Azərbaycan 2020-ci ilin sonunda Avropaya Xəzər qazını nəql edən "Cənub Qaz Dəhlizi"ni istismara verdi. Rumıniyanın bu layihəyə qoşulmaq perspektivləri və yolları nədən ibarətdir? Bu istiqamətdə hansı işlər aparılır?

- Rumıniya 2018-ci ildə "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının iclasında ilk iştirakından etibarən layihəyə yeni elementlərin əlavə olunması ilə iştiraka sadiqliyini və fəal dəstəyini nümayiş etdirib. Söhbət BRUA qaz kəmərindən gedir. Bu layihə Rumıniya-Bolqarıstan interkonnektoru ilə birgə "Cənub Qaz Dəhlizi"nin həm Mərkəzi Avropa, həm də Balkan bölgəsi arasında vacib halqasını təşkil edir. BRUA qaz kəmərinin ilkin mərhələsi 2020-ci ilin noyabrında, ləngimə olmadan, cədvələ uyğun başa çatıb. Boru kəməri qonşu ölkələr arasında qarşılıqlı əlaqəni lazımi səviyyədə təmin edəcək və təbii qazın müxtəlif mənbələrdən, o cümlədən Xəzər regionundan nəqli üçün yeni marşrut yaradacaq.

BRUA qaz kəməri Şaquli qaz dəhlizinin vacib komponentidir və Rumıniyanın milli qaz-nəqliyyat sisteminin ayrılmaz hissəsidir. Bu layihə bir sıra vacib üstünlüklərə malikdir: qaz-nəqliyyat infrastrukturu artıq başa çatıb, təhlükəsizdir, dayanıqlıdır və mühüm istehlak potensialına malik bazarlar (Şərqi və Mərkəzi Avropa) üçün nəzərdə tutulub.

"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi üzrə planlar vacib əhəmiyyət daşıyır, çünki yeni qaz tədarükçüləri hələ də yeganə tədarükçüdən asılı olan Balkan və Cənub-Şərqi Avropa ölkələri üçün zəruridir. Ona görə də biz "Cənub Qaz Dəhlizi"nin gələcək mərhələlərində Rumıniya-Bolqarıstan interkonnektoru və BRUA qaz kəmərinin təklif etdiyi nəqliyyat infrastrukturunun istifadəsinin imkanlarının təhlili üçün Anlaşma memorandumunun imzalanması barədə razılıq əldə etmək məqsədilə Azərbaycan rəhbərliyi ilə ikitərəfli danışıqların bərpasına ümid edirik.

- Hazırda Rumıniya ilə Azərbaycan arasında enerji əməkdaşlığının əsas amilləri hansılardır? İki ölkə enerji sahəsində əməkdaşlığı necə genişləndirə bilər?

- Rumıniya Azərbaycanla strateji enerji tərəfdaşlığını, enerji sektorunda uzunmüddətli və məhsuldar əməkdaşlığı, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması üzrə birgə səylərdə fəal iştirakını yüksək qiymətləndirir.

Rumıniya regionda müasir və səmərəli qaz-nəqliyyat şəbəkəsinin inkişafında fəal iştirak edir. Rumıniya Yunanıstan, Bolqarıstan, Macarıstan və Avstriyanın qaz-nəqliyyat sistemlərini birləşdirəcək və "Cənub Qaz Dəhlizi" ilə nəql olunan qazın bir hissəsini qəbul edə biləcək Şaquli qaz dəhlizinin əsas seqmenti olan BRUA qaz kəmərinin birinci mərhələsini başa çatdırmaqla bunu nümayiş etdirib. Ümid edirik ki, Rumıniya Avropaya yeni tədarük yolu açan bu ambisiyalı layihəni həyata keçirən komandanın bir hissəsi olacaq.

Mən həm də qeyd etmək istəyirəm ki, Rumıniyanın təbii qaz sektorunda iki vacib şirkəti, ROMGAZ və TRANSGAZ Azərbaycanın SOCAR şirkəti ilə uğurla əməkdaşlıq edir. Həmin şirkətlər xarici bazarda fəaliyyətini genişləndirmək və SOCAR-la səmərəli əməkdaşlıq variantları müəyyənləşdirmək niyyətindədir. Faktiki olaraq, TRANSGAZ 2016-cı ildə SOCAR şirkəti ilə "Cənub Qaz Dəhlizinin Şaquli qaz dəhlizinə qoşulması kontekstində əməkdaşlığın inkişafı barədə Anlaşma memorandumu imzalayıb.

- SOCAR-ın Rumıniyanın Qara dəniz şelfində kəşfiyyat və hasilat işlərində iştirak perspektivini necə qiymətləndirirsiniz?

- Qara dənizdə əhəmiyyətli qaz ehtiyatlarının hasil olunması regionun növbəti onilliklər üçün enerji təhlükəsizliyinin möhkəmlənməsinə həlledici töhfə verə bilər. Rumıniya üçün təbii qaz azkarbonlu iqtisadiyyata keçidi üçün vacib əhəmiyyət kəsb edir və milli enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Rumıniya offşor əməliyyatları üzrə zəngin ənənələrə malikdir və bu sektorda çox yaxşı mütəxəssislər var.

Son illərdə Azərbaycan tərəfi Qara dəniz şelfində yeni qaz yataqlarının yaradacağı imkanlarına maraq göstərir. Bu ehtiyatların işlənməsi, eləcə də investisiyaların cəlb olunması və zəruri texnologiyalara və biliklərə malik beynəlxalq şirkətlərlə əməkdaşlıq Rumıniya üçün prioritet olaraq qalır.

- SOCAR-ın Rumıniyadakı hazırkı fəaliyyətini necə qiymətləndirirsiniz?

- SOCAR Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş vacib enerji layihələrində iştirak edir. Biz şadıq ki, Rumıniya SOCAR-ın biznesinin inkişafının prioritet istiqamətlərindən biridir. Ümid edirik ki, bu, Azərbaycan təbii qazının Avropaya nəqli ilə bağlı da belə olacaq.

SOCAR 2011-ci ildən Rumıniya bazarında iştirak edir və artıq ölkə səviyyəsində şaxələndirilmiş yanacaqdoldurma məntəqələri şəbəkəsi yaradıb. Hazırda SOCAR PETROLEUM Rumıniyanın 40 mahalından 24-də 61 yanacaqdoldurma məntəqəsinə malikdir və yerli bazarın vacib iştirakçısıdır. SOCAR yanacaqdoldurma məntəqəsi isə rumıniyalı sürücülər arasında tanınan brendə çevrilib.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az