
Nyus.Az "Report"a istinadən bildirir ki, yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində 1952-ci il təvəllüdlü Novruzov Yusif Eyyub oğlu yol kənarında huşsuz vəziyyətdə aşkar edilib.
O, təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması zamanı həmin şəxsin avtomobil tərəfindən vurulduğu müəyyən edilib. Hadisəni törədən sürücünün axtarışına başlanılıb.

























