
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev vəfat edib.
Nyus.Az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə jurnalist Peyman Sadıqov məlumat yayıb.
Samid Abıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, 2008-ci ilin oktyabrında baş verən avtoqəzada Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi həlak olmuşdu.
2009-cu ilin avqustun 12-də Şirvanda baş verən avtomobil qəzasınada isə onun üçüncü oğlu dünyasını dəyişib.
Nyus.Az

























