
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə Südçülük sovxozunda qeydə alınıb.
1995-ci il təvəllüdlü Sadıqov Cavid Sevindik oğlu naməlum şəxslər mübahisə zəminində bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Nyus.Az

























