
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
Nyus.Az bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Artıq yanğın lokallaşdırılıb.
"Sədərək" Ticarət Mərkəzinin Mətbuat katibi Mikayıl Qədimov isə Trend-ə bildirib ki, yanğın hadisəsi artıq söndürülüb.
Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.
----------
08:43
Bakıda ticarət mərkəzində yanğın başlayıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzi yanır.
Məlumata görə, yanğın Ticarət mərkəzinin birinci zonasındakı çartaqda başlayıb.
Yanğının bir neçə mağazaya keçdiyi bildirilib.
Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.
Yanğının qarşısının alınması istiqamətində işlər görülür.
Nyus.Az

























