
Ağsu rayonunda ümumi sahəsi 108 kv.m olan birmərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən milli.az-a verilən məlumata görə, Ağsu rayonunun Ərəbmehdibəy kəndində, ferma ərazisində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 81 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nyus.Az

























