
Tərtər rayonunun Həsənqaya kəndi ərazisində mina tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən milli.az-a verilən məlumata əsasən, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.
Məlumat əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan metal əşya və 1 ədəd 12.7 mm-lik patronun boş qabı aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş əşyaların ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Nyus.Az

























