
Türkiyənin Yozqat vilayətində tələbələri daşıyan avtobus aşıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində sürücü və 26 tələbə yaralanıb
Hadisənin sürücünün idarəetməni itirməsi səbəbiylə baş verdiyi qeyd olunur.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri yaxşı olaraq qiymətləndirlir. Qəza ilə bağlı araşdırma aparılır.
Nyus.Az

























